beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağkilsə (Şörəyel)

Ağkilsə - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd.

Tarixi
Rayon mərkəzindən 18 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1937-ci ilə kimi Leninakan rayonunun inzibati ərazi bölgüsünə daxil idi.

Kəndin ərazisindəki ağ rəngdə olan kilsəyə görə oykonim Ağkilsə adlandırılmışdır. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir.

Erm.SSR AS RH-nin 7.XII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Kraşen qoyulmuşdur.

Əhalisi
Kəndin əsas və yerli sakinləri azərbaycanlılar olmuşdur. Ermənilər buraya 1820-1825-cı illərdə Türkiyənin Qars və Basen bölgələrindən köçürülmüşdür. 1897-ci ildə burada 12 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində (1905-1906-cı illərdə) onlar deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.


Tarix: 06.02.2015 / 18:16 Müəllif: Feriska Baxılıb: 12 Bölmə: Qərbi Azərbaycan