beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əsgər Əsgərov (jurnalist)

Əsgər Əsgərov (d.14.03.1936. Qaraçanta, Ağbaba mahalı) - SSRİ Jurnalistlər Birliyinin üzvü (1967), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1986), “Təbib” nəşriyyatının baş redaktoru (2009)

Həyatı
Əsgər Fərhad oğlu Əsgərov 14 mart 1936-cı ildə Ağbaba mahalının (Amasiya rayonu) Qaraçanta (sonradan Əzizbəyov) kəndində müəllim ailəsində anadan olub. İbtidai təhsilini kənd məktəbində, orta təhsilini isə rayon mərkəzində almışdır.

1955-ci ildə APİ-nin (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) dil-ədəbiyyat fakültəsinə daxil olmuş, 1960-cı ildə tarix-filologiya fakültəsini bitirmişdir.

İnstitutu bitirdikdən sonra Amasiyada Yeniyol kənd səkkizillik məktəbində dil-ədəbiyyat müəllimi (1960), “Kolxozçu tribunası” rayon qəzetində ədəbi işçi, yerli radio verilişlərində təşkilatçı-redaktor (1960-1963), Amasiya orta məktəbində müəllim (1963-1965) işləmişdir.

1965-ci ildə Amasiya rayon Komsomol Komitəsinin birinci katibi seçilmişdir.

1967-ci ilin fevralında İrəvanda “Sovet Ermənistanı” respublika qəzetində şöbə müdiri, 1978-ci ildən isə qəzetdə məsul katib işləmişdir.

Sov.İKP MK yanında Moskva İctimai Elmlər Akademiyasının məzunudur (1978).

1986-cı ildən Bakı şəhərinə köçmüş və Abşeron rayonunda rəhbər vəzifələrdə çalışmış (1986-1993), Abşeron rayon Dövlət arxivinin müdiri olmuşdur (1993-2008).

2009-cu ildən Azərbaycan Tibb Universiteti "Təbib" nəşriyyatının baş redaktorudur.

1967-ci ildən SSRİ Jurnalistlər Birliyinin üzvü, 1986-cı ildən isə Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Əsgər Əsgərovun vaxtaşırı respublika mətbuatında, dövrü nəşrlərdə məqalələri, oçerkləri çap olunur. O, həmçinin dil, üslub, tərcümə məsələləri ilə bağlı sanballı yazıların müəllifidir.

Məqalələri əsasən “Sovet Ermənistanı”, “Kommunist”, “Xalq qəzeti”, “Azərbaycan gəncləri”, “Sovet kəndi”, “Abşeron” və s. dövrü mətbuatda çap olunmuşdur.

Məqalələri
“Yaxşı oxuyursan, amma...”. "Laçın yurdu" jurnalı, №1(4), 2012, Bakı, "Bəxtiyar-4" nəşriyyatı, 2012., səh. 65-73.


Tarix: 05.02.2015 / 16:13 Müəllif: Feriska Baxılıb: 77 Bölmə: Qərbi Azərbaycan