beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözləri qorumaq üçün nə edək?

Gözlər qəlbin aynasıdır. Bu orqanımız xüsusi qulluq tələb edir. Bəs gözləri qorumaq üçün nə etməliyik?
Gözləri qorumaq üçün qidanın vitaminli olmasına fikir vermək lazımdır. Gözlər üçün ən çox A vitamini tələb olunur. Bundan başqa müəyyən edilib ki, B, C və D vitaminlərinin çatışmaması bəzi göz xəstəlikərinə səbəb olur.
Həftədə 3 dəfə az miqdarda bitki yağında bişirilmiş kök yeyin. Kökdəki A və E vitaminləri görmə qabiliyyətini yaxşılaşdırır, gözlərə parlaqlıq gətirir.
Kəpək və çovdar çörəkləri içindəki selen elementinə görə gözləri mikroblardan qoruyur.
Gözaltı qaralmaları üçün
Çobanyastığı çayı ya da lavanda bitkisinin çayını soyudun. 2 parça pambığı çaya batırıb əlinizlə sıxın. Göz qapaqlarınıza tətbiq edin.
Göz ətrafı qırışıqlıqları üçün
1 qəhvə fincanı soya yağı, 1 qəhvə fincanı badam yağı və yarım qəhvə fincanı avokado yağını bir qabda qarışdırın.
Barmaq uclarınızı bu qarışığa batırıb göz ətrafına masaj edərək sürtün. Bu tətbiqi axşamları yatmadan əvvəl edin. Səhərlər üzünüzü yuyub qurulayın.
Rəndələnilmiş xiyarı dondurun. Dondurulmuş kubları gözlərin üstünə masaj edərək tətbiq edin.
* Xiyar suyuna ya da kartof suyuna pambığı batırın və göz ətrafınıza tətbiq edin.
* Göz altı torbalar üçün hər hansı bir çay paketi, (bitki mənşəli olsa yaxşı olar) soyudular və gözlərinin üzərinə yerləşdirin istirahət etdirilər.
* Göz altındakı bənövşəyi halqalar üçün çiy rəndələnilmiş kartofu bir bezə sarın və göz qapaqlarınıza 15-20 dəqiqə tətbiq edin. İlıq su ilə durulayın.


Tarix: 16.01.2015 / 13:26 Müəllif: Aziza Baxılıb: 56 Bölmə: Oftalmologiya