beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilər necə qadınları bəyənir?

Kişilərin, üz xəttləri özlərininkinə bənzəyən qadınları daha cazibədar hesab etdiyi təyin olundu.

Fransadakı Montpellier Təkamül Elmləri İnstitutundakı elm adamlarının etdiyi araşdırma, kişilərin göz rəngi ya da çənədə qəmzə olub olmaması kimi bəzi xüsusiyyətləri paylaşdıqları qadınları daha çox seçdiklərini göstərdi.

Alimlər 100 qədər iştirakçıya kompüter mühitində bəzi dəyişikliklər edilən fotoşəkillər göstərdi və cazibədar hesab etdiklərini ayırmalarını istədi.

Araşdırmadan sonra kişilərin çoxunun özləriylə eyni saç və göz rənginə, eyni incəlikdə dodaqlara sahib qadınları cazibədar tapdıqları, hətta çənəsində qəmzə olan kişilərin, çənəsində qəmzə olan qadınları seçdikləri görüldü.

Ən az bir uşağı olan 155 cütlüyün qatıldığı araşdırmada da bənzər nəticələr çıxdı.

PLOS One jurnalında nümayiş olunan araşdırmaya imza atanlardan Jeanne Bovet, ictimai mühitlərdə qarşılaşma ehtimalının çox olması səbəbiylə insanların öz ətraflarından yoldaş tapdıqlarının, bu səbəbdən ictimai olaraq da bənzər kəslərə yaxınlıq hiss edildiyinin daha əvvəl sübut edildiyini ifadə etdi.

Bovet, qadınların da üzləri özlərinə bənzəyən kişiləri cazibədar hesab edə biləcəyini ifadə edərək, daha əvvəl edilən araşdırmaların kişilərin fiziki xüsusiyyətlərə qadınlardan daha çox əhəmiyyət verdiyini, qadınların isə daha çox, kişilərin şəxsiyyətinə və ictimai statusuna diqqət yetirdiyini göstərdiyini ifadə etdi.


Tarix: 29.12.2012 / 18:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 263 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri