beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kosmetik vasitələr əldə edərkən diqqətli olun

Əcnəbi ölkələrdən gətirilən bəzi krem və kosmetik vasitələr dəri xərçənginə səbəb olması deyilir.

Xanımların istifadə etdikləri kosmetik vasitələr dünya bazarında önəmli yer tutur. Baza çox böyük olduğu üçün bəzi əcnəbi kosmetika firmaları insan sağlamlığını nəzərə almayaraq məhsullarını ölkədə gətirib satmağa çalışırlar.

Təkcə qonşu Türkiyədə gətirilən belə kosmetik vasitələrin sayı 39 min ədəd aşkar olunub. Mütəxəssislər kosmetik vasitələrdən istifadə zamanı diqqətli olmağa səslənirlər.

Türkiyənin Qaziantəp universitetinin tibb fakultəsinin müəllimi Prof. Sərhəd İnalgöz deyir ki, heç bir elmi xüsusiyyəti olmayan, xüsusi təlimatı rast gəlinməyən kosmetik vasitələrdən istifadə son dərəcə təhlükəlidir.

Ələ keçirilən məhsullar əsasən ilan yağı və qarışqa yumurtasında hazırlandığı üçün sağlamlıq üçün problemlər yarada bilər.

İlk olaraq belə kosmetik vasitələr allergik reaksiyalar verir, uzun müddətli istifadə isə dəri xərçənginə gətirib çıxarır. Kosmetik məhsulların sağlamlığınıza mənfi təsir etməməsi üçün mütləq xüsusi qaydada yoxlanmalıdır.


Tarix: 25.12.2012 / 20:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 173 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri