beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dərinin Təmizlənməsi üçün Resseptlər

Əzvay tərkibli losyonla qulluq solğun quru dəri üçün xüsusən xeyirlidir. Qeyd olunan şəraitdə müalicəvi otlarla üzü silmək də az effektli deyil.

Dərinin Təmizlənməsi üçün bu Resseptləri təklif edirik:
Südlü zərdab

Tələb olunur: südlü zərdab.
Hazırlama qaydası: bir tikə pambığı zərdabda islatmaq.
Tətbiqetmə: Üzü silmək, 15-20 dəqiqədən sonra sərin su ilə yuyunmaq.
Soyuq süd

Tələb olunur: 30 ml süd, 30 ml su.
Hazırlama qaydası: soyuq südü su ilə qatmaq.
Tətbiqetmə. Pambıq tamponunu durulaşdırılmış süddə isladıb, üzü silmək.
Cəfəri həlimi

Tələb olunur: 200 q cəfəri göyərtisi, 500 ml su.
Hazırlama qaydası: cəfəri göyərtisini xırdalamaq, üzərinə su tökmək, oda qoymaq və 15 dəqiqə qaynatmaq. Süzmək. Həlimi soyuducuda saxlamaq.
Tətbiqetmə: Yuyunma üçün istifadə etmək.
Əzvay həlimi

Tələb olunur: 3 iri əzvay yarpağı, 1,5 litr su.
Hazırlama qaydası: əzvay yarpaqlarını soyuducuda 7 gün saxlamaq, yumaq və üzərinə soyuq su tökmək, 2 saat saxlamaq. Vaxt tamam olduqda zəif odda qaynadıqdan sonra daha 5 dəqiqə qaynatmaq. Hazır həlimi süzmək, soyutmaq. Soyuducuda saxlamaq.
Tətbiqetmə: Yuyunma üçün istifadə etmək.
Kətan toxumu həlimi

Tələb olunur: 1 çay qaşığı kətan toxumu, 250 ml su.
Hazırlama qaydası: toxumların üzərinə soyuq su tökmək, oda qoymaq, qaynama həddinə çatdırmaq və 15 dəqiqə qaynat-maq. Soyutmaq, süzmək.
Tətbiqetmə: Qabıq verən dəri sahiblərinin yuyunmasında istifadə etmək.
Cökə çiçəyinin həlimi

Tələb olunur: 1 çay qaşığı cökə çiçəyi, 250 ml su.
Hazırlama qaydası: xammalın üzərinə su əlavə etmək, zəif oda qoyub, 15 dəqiqə qaynatmaq. Soyutmaq, süzmək.
Tətbiqetmə: Quru dərini yuyarkən istifadə etmək.
Müalicəvi otların həlimi

Tələb olunur: eyni miqdarda çobanyastığı, sürvə, cökə çiçəyi, 500 ml su.
Hazırlama qaydası: 2 xörək qaşığı qatışığın üzərinə qaynar su əlavə edib, qaz plitəsinə qoymaq və zəif odda 15 dəqiqə qaynatmaq. Həlimi soyudub süzmək.
Tətbiqetmə: Dəriyə elastiklik vermək üçün yuyunmada istifadə etmək.
Nanə həlimi

Tələb olunur: 1 xörək qaşığı xırdalanmış nanə yarpağı, 200 ml su.
Hazırlama qaydası: nanənin üzərinə qaynar su töküb yarım saat odda saxlamaq. Süzmək.
Tətbiqetmə: Yuyunma üçün istifadə etmək.
Qarpız ləti

Tələb olunur: 1 dilim qarpız.
Hazırlama qaydası: qabığını kəsmək.
Tətbiqetmə: Qarpız lətilə üzü silmək.
Sodalı təmizləyici vasitə

Tələb olunur: 50 qram yulaf lopaları, 1 çay qaşığı soda, süd.
Hazırlama qaydası: lopalan blenderdə xırdalamaq, soda ilə qarışdırmaq. Qarışığı ilıq südlə xama qatılığmadək durulaşdırmaq.
Tətbiqetmə: Vasitəni masaj hərəkətlərilə üzə və boyuna sürt-mək. İlıq su ilə yumaq.
Nişastalı su

Tələb olunur: 1 çay qaşığı nişasta, 1 litr su.
Hazırlama qaydası: nişastanı 1 xörək qaşığı soyuq suda həll etmək, bir az qaynar su əlavə etmək və qarışdırmaq. Sonra qarışığı qalan ilıq su ilə durulaşdırmaq.
Tətbiqetmə: Yuyunma üçün istifadə etmək.


Tarix: 23.12.2012 / 14:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 322 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri