beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sellülitlərə qarşı təsirli həll

Dəri problemlərindən ən aktual olan, bəlkə də sellülitdir. Nəzərə alsaq ki, artıq yaz mövsümün yaşayırıq, deməli, bu fəsildə də xanımların fikirlərini ən çox qarışdıran dəri problemlərindən biri məhz bu problemdir.

Qış aylarında hərəkətsiz bir şəraitdə ortaya çıxan sellülitləri mütəxəssislərin təklif etdiyi üsullarla aradan qaldıra bilərsiniz.


Kələm müalicəsi:
Hər bir qadının kabusu olan sellülitləri 3 həftə ərzində tətbiq olunan müalicə ilə yox edir.
Qış mövsümündə yığılan artıq kiloları aradan qaldırır.
Bədəninizdə yığılan toksinləri azaldır, bağırsaq xərçənginin qarşısını alır.
Qan dövranını nizamlayır, bədəninizin canlanmasına kömək edir.
Müalicənı təqdim edirik:
4 ədəd ağ kələm yarpağını qaynayan 1 litr suya atın və vam odda, ağzı bağlı düz 15 dəqiqə qaynadın.


Ac və ya tox qarına səhərlər və axşamlar bir stəkan kələm suyu için. Bunu 3 gün təkrar edin.
3 gün qəbul etdikdən sonra kələm müalicəsinə 3 gün ara verin və təkrar 3 gün kələm suyunu içməyə davam edin.
Bu tətbiqdən sonra 21 gün ara verin. 21 gün ara verdikdən sonra yalnız həftədə bir dəfə səhər və axşam ac ya da tox qarına 1 stəkan kələm suyu için.
Əgər kələm suyu sizin ağız dadınıza uyğun deyilsə onun içərisinə heç bir şey əlavə etməyin.
21 günlük müalicə zamanı hər gün yeni kələm suyu hazırlayın.
Qan dövranını tənzimləmək üçün:
4 ədəd ağ kələm yarpağını qaynamaqda olan yarım litr suya atın və vam odda 15 dəqiqə qaynadın.


Birinci həftə səhər və axşam ac yaxud da tox qarına bir stəkan için.
İkinci və üçüncü həftələrdə günaşırı bunu təkrarlayın.
Dördüncü həftədən başlayaraq kələm suyunu iki gündən bir qəbul edin.
Üç ay ara verdikdən sonra eyni müalicəni təkrar edin.


Tarix: 23.12.2012 / 14:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 252 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri