beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Solyarium və günəş altında qaralma insanda dəri xərçəngi yarada bilər

Böyük Britaniya alimlərinin araşdırmalarına görə, qadınların dəri xərçənginə yoluxma riski daha çoxdur. Belə ki, solyariumdan həddindən artıq tez-tez istifadə etmək və günəş şüası altında çox qalmaq dəri xərçəngi yaradır.

BBC-nin Böyük Britaniyanın “Cancer Research” xeyriyyə təşkilatına istinadən yaydığı məlumata görə, bu ölkədə dəri xərçənginə tutulanların sayı hər il 650 nəfər artır. 2006-cı ildə xəstəliyin aşkar edildiyi şəxslərin sayı 10,4 min nəfər olub.

“Cancer Research” təşkilatının proqnozlarına görə, 2024-ci ildə dəri xərçənci xəstələrinin sayı 15,5 min nəfərədək artacaq. Alimlərin fikrincə, qadınlarda dəri xərçəngi təhlükəsi kişilərdən daha çoxdur: hər il Böyük Britaniyada bədxassəli melonoma 5600 qadında və 4,800 kişidə aşkar edilir. Lakin bu xəstəlikdən ölüm hallarına kişilər arasında daha çox rast gəlinir.

“Cancer Research” təşkilatı informasiya şöbəsinin müdiri Sara Hayomun sözlərinə görə, statistika göstərir ki, insanlar indi daha çox solyarium və ya günəş şüasında qaralmağın təhlükəsini dərk etməlidir:

“Araşdırmalar göstərir ki, çox ağ, çil və ya xallı dərisi olan insanlarda dəri xərçənginə yoluxma riski daha çoxdur. Biz insanlara tövsiyyə edirik ki, günəş şüası altında həzz alarkən sağlamlıqları barədə də düşünsünlər. Günorta saatlarını kölgədə keçirmək, günəşli havada yüngül geyim və tünd eynəklərə üstünlük vermək, dəriyə tez-tez günəşdən müdafiə faktoru minimum 15 olan krem çəkmək lazımdır”.


Tarix: 24.12.2012 / 19:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 220 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri