beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kirpikləri gözəl göstərən tuşlar

Lap qədim dövrlərdən qadının gözəllik əlamətlərindən biri də onun uzun və sıx kirpiklərə sahib olmasıdır. Belə kirpiklər estetik baxımdan gözəl göründüyü kimi, həm də tibbi cəhətdən göz üçün xeyirlidir. Müasir dövrdə xanımlar qalın və diqqətçəkici kirpiklərə sahib olmaq üçün kosmetik vasitələrdən – tuşlardan istifadə edirlər.

Tuşlar iki cür olur: “waterproof’ – suya dayanıqlı və “watersoluble” – suda əriyən. Yaxşı tuşlar dağılmamalı və bərkiməməlidir. Tuşların istifadə müddəti 3 aydan artıq olmamalıdır. Suya davamlı tuşlar gündəlik olaraq istifadə etməyin. Bunlar çətin təmizlənir və kirpiklərə zərər verə bilər. Tuşları çox da qatı çəkmək olmaz, çünki kirpiklərə ağırlıq düşər və bu da onların tez qırılmasına səbəb olar.


Tarix: 26.12.2012 / 11:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 193 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri