beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ətir və deodorant arasındakı fərq

Ətirin işi gözəl qoxu verməkdir. Ətir bədəndəki pis qoxulara toxunmaz. Bu səbəblə təmiz bədəndə tətbiq olunmalıdır. Çünki ətir pis qoxulara maneə törətməz. Tər qoxusunun üzərinə bir də ətir sıxsanız, tər qoxusu ön plana çıxar.

Baxın tər qoxusunu aradan qaldıracaq maddəyə deodorant deyilir. Deodorantın hərfi mənası qoxu önləyici deməkdir. Məqsədi tər qoxusunu dayandırmaqdır. İndiki vaxtda deodorantın içinə sintetik qoxu verən kimyəvi maddələr qatılaraq ətirə bənzəyməyə daha çox üstün verirlər.

Deodorantlar neçə növü var?
İki növü var: Antiperspirant olanlar və Antiperspirant olmayanlar. Antiperspirant hərfi mənası “tərləməyi dayandıran” deməkdir.

Antiperspirant olanlar tər bezlərini tıxayaraq tərləməyi dayandırır. Halbuki antiperspirant olmayanlar tərləməni dayandırmaz sadəcə nizamlayarlar. Sağlam olanı antiperspirant olmayanlardır. Çünki tər bezlərini tıxamazlar və təbii tərləmələri dayandırmadan nizamlayarlar.

Ən doğru olanı antiperspirant olmayan deodorantı istifadə edib tərin qarşısını almaq sonra isə ətirdən istifadə etməkdir….

Ən gözəli sizin olsun….


Tarix: 25.12.2012 / 21:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 155 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri