beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dərinin Növünü Müəyyənləşdiririk

Normal dəri – donuqdur, hamardır, elastikdir, artıq parlaqlığa malik deyil, qüsursuzdur, azacıq çəhrayı rəngə çalır, məsamələri hiss olunmur, qabıqlanmır. Dəri piyinin və nəmliyin miqdarı normaya uyğundur, yəni bu, ifraz olunan nəm, yağ və turşunun ideal tarazlığıdır. Bu cür dəri sabuna və suya yaxşı tab gətirir, atmosfer təsirlərə dayanıqlıdır: onu nə külək, nə soyuq, nə də isti narahat eləyir. Ancaq yaşa dolduqca onlar quruluğa meyilli olur.

Quru dəri – zərifdir, hamardır, nazikdir, əllə yoxlanıldıqda qurudur, parlaq deyil, tez-tez qabıq verir və dartılan görünür, şəffafdır – onun arasından kapilyarlar görünür. Dərinin vəziyyəti ya anadangəlmə, ya da yaşla bağlı piy vəzlərinin yetərincə fəal olmaması ilə bağlıdır. Adıçəkilən növ üçün yanaqlarda və çənədə qırmızılıq, dartılma hissiyyatı, zəif elastiklik xarakterikdir. Dəri piyinin azlığı dərinin səthindən nəmin yoxa çıxmasına gətirib çıxarır ki, nəticədə üz daha tez təravətini itirir və xırda qırış toruna bürünür. Yetərincə yağ ifraz edə bilmədiyindən dəri onu quruda biləcək hər şeydən – soyuqdan, istidən, hərarətin kəskin dəyişməsindən “qorxur”.

Yağlı dəri həmişə parıldayır, iri məsamələrə malikdir və xarici görünüşünə görə limon qabığını xatırladır. İnfeksiyanın təsirilə onun üzərində tez-tez səpkilər və iltihablar, çivzələr və komedonlar (qara nöqtələr) olur. Əvəzində daha qalın yağlı dəri uzun müddət elastikliyini qoruyub-saxlayır, gec qocalır, yağ ifrazı isə yaşa dolduqca normallaşır ki, nəticədə onun vəziyyəti də yaxşılaşır.

Kombinasiya edilmiş, və ya qarışıq növlər özündə ayrı-ayrı növləri birləşdirən hissələrə malikdir: alında, çənədə və burun pərlərində – yağlı, yanaqlarda və göz qapaqlarında quru ola bilir. Bu növ dəri 25-23 yaşlarında inkişaf edir və xüsusi diqqət tələb edir.

Dərinin növlərinə onun müəyyən vəziyyəti də uyğundur, bununla ya-naşı onlardan bir neçəsi istənilən növün dərisində meydana çıxa bilir.

Dərinin zərif rəngə malik olması üçün şaftalı və ya ərik lətinə azca yulaf unu qatmaqla maska düzəltmək olar. Dərinin yumşalmasına 1 çay qaşığı bitki yağı kömək edir.

Dərinin daha geniş yayılan vəziyyətləri:
Əgər yağlı dəri lazımi qaydada təmizlənməyibsə, dəri piyi və ölü hüceyrələr məsamələri çirkləndirə və beləliklə çivzələrin yaranmasına səbəb ola bilər. Müalicə vaxtında təyin olunmadıqda infeksiyaların birləşməsi nəticəsində onlar sızanaqlara çevrilə bilərlər;
Yüksək həssaslıq – istənilən növ dəriyə xas olan xüsusiyyət olub, havanın, suyun çirklənməsinə, qidaya əlavə edilmiş konservantlara normal reaksiyasıdır. Bu cür dərinin fərqləndirici nişanəsi səthindən görünən damarların, kapilyarların miqdarıdır. Onlar damarların elastikliyinin az olmasından xəbər verir ki, bu da həddən artıq acı qida, spirtli içki, hərarətin müxtəlifliyi və atmosfer təzyiqinin titrəyişilə əlaqədardır. Damarlar istənilən təsirə həddən artıq genişlənmə və ya daralma ilə reaksiya verir, bu səbəbdən də dəri qıcıqlanmış və həssasdır.
İstənilən dəri quruluğundan və yağlılığından asılı olma-yaraq susuzlaşa bilər. O, normal miqdarda piyə malik olduğu halda quruya və qabıq verə bilər, burda nəinki dəridə nəmliyin azalması, həmçinin bütövlükdə orqanizmin susuzluqdan əziyyət çəkməsi böyük rol oynayır. Ümumi susuzlaşmanın bir neçə səbəbi ola bilər: günəşin altında həddən artıq vaxt keçirmə, fiziki təmrinlər ucbatından intensiv tərləmə, suyun qəbulunun məhdudlaşdırılması. Bu hallarda suyun defisitini aradan qaldırmalı, dərini səhər-axşam nəmləndirməlisiniz.
İstənilən növ dəri qocalma ucbatından sallana, bükülə və qırışa bilər. Qırışları hamarlaşdırmaq və təbii qocalma prosesini yavaşıtmaq üçün uyğun kosmetik prosedurlar mövcuddur.
İstənilən növ dərinin vəziyyəti sutka ərzində, mövsümlə, yaşa dolduqca dəyişə bilər. Bir çox halda illər ötdükcə dəri quruyur.

Dəriyə düzgün qulluq etmək üçün onun hansı növə aid olması haqda təsəvvürə malik olmaq lazımdır. Bunun üçün sifəti yumalı və bir-iki saatdan sonra ona salfet kağız yapışdırmalı və ya şüşə, ya da güzgü qoymalı. Yağlı dəri hiss olunacaq dərəcədə yağlı iz buraxır, normal dəri – yüngül yağlı iz buraxır, quru dəridən isə, demək olar ki, heç bir iz qalmır.

Ancaq çox vaxt kombinə edilmiş dərilə rastlaşırıq, bu səbəbdən də onun növünü böyüdücü şüşə ilə ayırd etmək pis olmazdı. Dərinizin yuxarıda təsvir edilmiş növlərdən hansına aid olduğunu bilmək üçün onu diqqətlə nəzərdən keçirmək lazımdır.

Dəri növünü dəqiqliklə müəyyənləşdirmək üçün sizlərə aşağıdakı test yardımçı olacaq. Belə ki, oradakı suallara cavab verməklə dərinizin müxtəlif kosmetik vasitələrə necə reaksiya verdiyini öyrənmiş olacaqsınız.


Tarix: 23.12.2012 / 14:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 757 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri