Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dərini hamarlaşdıran yeni makiyaj təklifləri

Son zamanlar stressli iş həyatı və bir sıra ailəvi problemlər nəticəsində xanımların üz dərisində qüsurlar əmələ gəlir. Mütəxəssislər də bunu nəzərə alaraq xanımlara gün ərzində daha sağlam görünməsi üçün bir neçə təklif irəli sürüblər.

Bu üsullarla dəriniz qüsursuz olacaq. Hər zaman ekranlarda seyr etdiyimiz məşhurların üzlərinin necə də hamar olması diqqətimizdən yayınmır. Indi isə onların makiyaj hiylələri ilə tanış olacağıq.

Makiyajda edilən ən böyük səhv makiyajın üstünə altından çox əhəmiyyət verməkdir. Makiyaja başlamazdan əvvəl mütləq dərinizi nəmləndirin. Amma bunu əlinizlə üz dərisinə yeritməyi məsləhət bilmirlər. Əgər belə olarsa o zaman üz dərinizdə əl yaxud da barmaq izləri qala bilər.
Üzünüzdəki hər hansı bir qırmızı ləkəni örtmək istəyirsinizsə çox incə və sərt olmayan bir fırçayla tonal krem tətbiq edin. Göz altını işıqlandırmaq üçün piqmentləri gizlətmək üçün istifadə edilən korrektordan yararlanın.
Makiyajda son addım şaftalı rəngli kirşandan bütün üz boyunca yüngülcə istifadə etməkdir. Kirpiklərinizə isə tuş vurun. Unutmayın ki, hədəf təbii görünməkdir. Dodaqlarınızı da şəffaf bir dodaq parıldadıcı ilə parladın. Deyilənlərə əməl etsəniz demək olar ki, artıq işə hazırsınız.


Tarix: 23.12.2012 / 14:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 288 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...