beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İlk Baxışdan Məhəbbət

Gözlərin xarici küncünü qabartmaq üçün nəzərdə tutulan bu makiyajı sına. O, gözlərini vurğulayaraq, əks-cinsin ürək döyüntülərini artıracaq.

Peşəkar: Lottie, Nyu York vizajisti.
Hazırlıq: Şişkinlikləri azaltmaq üçün göz qapaqlarına soyuq qaşıq qoy.
Tünd dairələri qapatmaq üçün əksetdirici hissəcikli konsilerdən istifadə et: onu şəkildə göstərildiyi kimi üçbucaq formasında vur.
Parlaq qızılı-çəhrayı kölgələri əvvəlcə göz qapaqlarına (a), sonra alt kirpiklərin konturu üzrə (b) çək. Parıldayan kölgələrdə işıq əks olunanda, gözlər vizual olaraq daha iri görünür.
Gözlərin xarici künclərinə tündrəngli kölgə çək. Onları V formasında – göz qapağının bükükdən yuxarı və alt kirpiklərin artması xəttilə çək.
Son addım olaraq alt göz qapağını daxildən qara laynerlə rənglə, kirpiklərə isə həcmverici tuş vur.
Məsləhət

Suyadavamlı laynerlər ən yaxşı möhkəmliyə malikdir, buna görə onlara üstünlük ver. Əmin ol, makiyajın yayılmayacaq və qrimə çevrilməyəcək.


Tarix: 22.12.2012 / 20:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 217 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri