beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kosmetik salonda qaşların və kirpiklərin rənglənməsi

Kosmetik salonda qaşların və kirpiklərin rənglənməsi, burulması və uzadılması

Qadın üzünün cazibədarlığı əksər hallarda qaşların forması və rəngindən asılı. Kosmetik salonda rəngi solmuş qaşları, məhz qaşlar üçün nəzərdə tutulan xüsusi boyalarla rəngləmək olar.

Kosmetik salonda kirpiklərin rənglənməsi uzun müddət ərzində onların rəngini daha parlaq saxlamağa imkan verir. Bu rənglənmə prosesi çox sadədir: usta kosmetoloq gözün alt sahəsini pambıq disklə bağlayaraq kirpiklərə xüsusi boya çəkir. 5-10 dəqiqə keçdikdən sonra boya yuyulur. Alınan nəticə 2 həftədən 1 aya qədər olan müddət ərzində saxlanılır. Hazırda kirpikləri nəinki ənənəvi qara rəngə, hətta qəhvəyi, yaşıl və göy rənglərə də boyamaq olar.

Əlbəttə ki, kirpikləri uzatmaq, onları rəngləmək, qalınlığını artırmaq tuş vasitəsi ilə də mümkündür. Ancaq kirpiklərin cəlbedici burulmasını əldə etmək o qədər də asan deyil. Məhz buna görə kosmetik salon xidmətləri sırasında kirpiklərin kimyəvi burulması daha geniş yayılmaqdadır. Bu prosedura çox sadə və ağrısızdır: kirpikləri səliqə ilə xüsusi mütəkkələrin (“biqudi”) üzərinə yerləşdirərək, onların üzərinə xüsusi fiksəedici tərkib sürtürlər. Öz təsirlərini göstərmək üçün mütəkkələri 20 dəqiqə ərzində (mütəkkələrin qalınlığı fərdi şəkildə seçilir) kirpiklərin üzərində saxladıqdan sonra çıxarırlar. Prosesin son mərhələsi qidalandırıcı tərkibin çəkilmə sidir. Adətən, bu hər hansı bir yağ olur. Kirpiklərin burulmasının effektivliyi təxminən 3 ay müddətində – kirpiklərin təbii “həyat müddəti” başa çatanadək saxlanılır. Kirpiklər burulduqdan sonra ağardığı üçün, bir neçə gün sonra onları boyayırlar.

Burulmuş kirpiklərə ev şəraitində kirpiklərə qulluq edilməsi üçün tərkibində vitaminlər və gənəgərçək yağı olan xüsusi balzamlardan istifadə etmək məsləhət görülür. Balzam gündə 1 dəfə olmaqla, yatmamışdan 2 saat əvvəl çəkilir.

Hər hansı bir göz xəstəliyi, allergik reaksiyalara meyllilik olanda, kirpiklərin kimyəvi burulması və rənglənməsi aparıla bilməz!

Kirpiklərin uzadılması kosmetik salonda aparılan bir proseduradır. Onun köməyi ilə kirpikləri daha sıx, daha uzun və daha qalın etmək olar. Kirpiklərin uzadılması iki tipdə olur: “kirpiklərin dəstə şəklində uzadılması” və “kirpiklərin tək-tək uzadılması”.

Kirpiklərin tək-tək uzadılması zamanı əlavə ediləcək nazik kirpikciklər xüsusi elastik yapışqan sürtülməsi ilə təbii kirpiklərin əsasına birləşdirilir. Süni kirpiyin təbii kirpiyə birləşdirilən yeri qətiyyən nəzərə çarpmır. Kirpiyin bu cür uzadılması hiss edilməz olur və kirpiklər olan sahədə heç bir diskomfort (narahatlıq) yaranmır. Belə kirpiklər 3 ay müddətində qalır.

Kirpiklərin dəstə şəklində uzadılması zamanı təbii kirpiklər arasına nazik kir-piklər dəsti yapışdırılır. Belə kirpiklər, heç də kirpiklərin tək-tək uzadılmasında olduğu kimi, uzun müddət qalmır və bir azca da qeyritəbii görünür. Kirpiklərin tək-tək uzadılmasından fərqli olaraq, onların dəstə şəklində uzadılması göz qapaqlarının cüzi də olsa artıq yüklənməsinə səbəb olur, sanki onları ağırlaşdırır. Bu üsulun üstünlüyü isə onun daha ucuz olması və kirpiklərin tək-tək uzadılmasına nisbətən xeyli qısa müddət ərzində başa çatmasıdır.

Mütəxəssislər kirpiklərin uzunluğunu, hər bir şəxs üçün, onların öz kirpiklərinin vəziyyətindən, gözlərin formasından və qadının istəyindən asılı olaraq, fərdi şəkildə müəyyən edirlər.

Kirpiklərin uzadılması zamanı “təbii” (heyvanların tükləri, ipək lifləri) və ya süni (neylon lifləri) kirpiklərdən istifadə olunur. Təbii kirpiklər daha baha olur. Ancaq onu da qeyd etmək lazımdır ki, süni neylon liflərdən istifadə olunduqda, onların gözə düşməsi nəticəsində allergiyanın əmələ gəlməsi təhlükəsi də mövcuddur.

Uzadılan kirpiklərin tökülməsi prosesi tədricən, ətrafdakılar üçün nəzərə çarpmadan baş verir.

Əlbəttə ki, uzadılan kirpiklərlə ehtiyatla davranmaq lazımdır. Bu zaman ən əsas qayda göz qapaqlarına və kirpiklərə mümkün qədər az toxunulmasıdır. Yuyarkən gözləri ovxalamaq olmaz. Bu zaman yalnız yağsızlaşdırılmış lasyon və ya kosmetik süddən istifadə etməklə gözləri səliqə ilə təmizləmək lazımdır. Göz qapaqları və kirpiklər üçün nəzərdə tutulmuş yağlı kremlərdən və yağlardan istifadə etmək olmaz. Arxası üstə olmaqla səliqə ilə yatmaq da arzu olunandır. Əgər siz kantakt linzalar-dan istifadə edirsinizsə, hamam və saunaya tez-tez gedirsinizsə, sizin yapışdırılmış kirpiklərinizin qalma müddəti də qısalmış olur.

Əlbəttə ki, qaşların rənglənməsi, kirpiklərin rənglənməsi, burulması və ya uzadılması qərarına gəldikdə, yalnız müasir kosmetik salonlara müraciət etmək lazımdır. Məhz belə müasir yerlərdə, kirpiklərinizin və qaşlarınızın daha yüksək səviyyədə gözəlləşdirilməsi üçün ən qoruyucu hesab edilən üsullardan, daha müasir və təhlükəsiz kimyəvi boyalardan istifadə etməklə, sizə xidmət göstərilə bilər. Hər halda, istənilən dekorativ proseduraları ehtiyatla, tez-tez təkrarlamadan etmək tövsiyə olunur, əks halda qaşlarınızın və kirpiklərinizin zərif tükləri seyrələ və quruya bilər.


Tarix: 24.12.2012 / 19:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 409 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri