beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alındakı qırışlardan azad olun!

Yaş üstünə yaş gəldikcə üzün müxtəlif nahiyələrində qırışlar yaranır. Bu qırışlardan isə qadınlar hər zaman şikayətçi olurlar. Qarşıda isə alın hissəsində yaranan qırışlardan və ondan yaxa qutarma üsulundan söhbət açacağıq. Bununlar bağlı kosmetoloqlar bir sıra araşdırma aparıblar, gəldikləri nəticələr isə belə olub:
Ilk növbədə yatanda çalışın ki kürəyi üstdə yatasınız. Amerika Dermatoloji Akademiyasının mütəxəssisləri yuxunun üzdə yaranan qırışlara birbaşa təsirli olduğunu bildirib.
Balıq məhsulları xüsusilə də ton balığını yeməyə çalışın. Amma yalnız ton balığı deyil, digər balıqlar da zülal baxımından çox zəngindir. Dərinin parlaq və sağlam görünməsində dəniz məhsulları olduqca effektivdir. Dermatoloq Nicholas Perricone yağlı turşuların parlaq gənc dəriyə sahib olmağın təmin etdiyini qeyd edir, bu isə qırışların yaranması önləyir.
Gözlərinizi qıymayın. Əgər uzağı görməkdə və kitab oxumaqda çətinlik çəkirsinizsə eynəkdən istifadə edə bilərsiniz. Əks halda bu vəziyyətdə göz ətrafında qırışların yaranmasına səbəb olar.
Təbii meyvə turşuları ölü dəri hüceyrələrinin təmizlənməsinə yardım edir və qırışların meydana gəlməsinin qarşısını alır.
2006-cı ildə Journal of Nutritionda nəşr olunan bir araşdırmaya görə qəhvə dərini günəş yanıqlarından qoruyur. Dərini daha yumşaq və hamar edir.
Üzünüzü çox yumayın. Maryland Medical Center Universitetinin dermatoloqlarının dediyinə görə üzü həddindən artıq tez-tez yumaq dəridə təbii yağı azaldır, beləcə dəri nəmsiz qalır və qırışların yaranmasına şərait yaranır. Istifadə etdiyiniz sabunun tərkibində isə mütləq nəmləndirici olmalıdır.
C vitamini də dərinin tez qırışmasının qarşısını alır. Buna görə də tərkibində C vitamini olan meyvə və tərəvəzi bolluca qəbul edin.
Üz dərinizin uzun illər boyu parlaq və gənc qalmasını arzulayırsınızsa o zaman dəriyə mütləq diqqət yetirin:
Günəşdən uzaq durun
Günəş altında qoruyucu kremdən istifadə edin
Siqaretdən imtina edin

Nəmləndiricini isə unutmayın, hər zaman ondan istifadə edin.

esas budur


Tarix: 24.12.2012 / 19:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 438 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri