beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ilk goruş

1. Hec vaxt gecikməyin

Bunu hec ağlınıza belə gətirməyin. O sizə bir şans verib və siz ilk görüşdə geciksəniz onda sizə qarşı məsuliyyətsiz biri olduğunuz haqda fikir yarana bilər. Yaxşı olar ki,görüş yerinə hətta bir az tez getməyi nəzərə alasınız. Evdən çıxanda yolda nələrin baş verə biləcəyini də heç kim bilmir. Tez çıxın ki baş verə biləcək vaxt itkisinə hazırlıqlı ola biləsiz.



2. Sadə,ama cazibədar geyinin!

İlk görüş üçün hamı paltar seçimində əziyyət çəkir. Bu təbii haldır. Lakin paltar seçimini çalışın ki düzgün edəsiz. Sadə geyimlərə üstünlük verin. Düzdü, paltarlara diqqət etmək lazımdı, amma ifratçılıq etməyin. Yadınızda saxlayın, sadə olmaq paltarla gözə girməkdən yaxşıdı.



3. Özünüz olun!

Ilk görüşdə ediləsi ən böyük səhv özünüz kimi davranmamaqdı. Məsələn, özünü hər şeydən məlumatı varmış kimi göstərmək. Ondansa onu maraqlandıran mövzulardan danışın. Gediləcək yeri əvvəldən seçin. Ilk görüşdə çalışın ki,heç də romantik və sakit yerlər seçməyəsiz. Əksinə, kinoya getmək, və ya sakit bir kafedə oturub söhbət etmək daha maraqlı olar. Söhbət qurtaranda yeni mövzu tapmaq üçün çox əziyyət çəkəsi olmayacaqsınız.



4. Problemlərinizdən danışmayın!

Bunu ağlınıza belə gətirməyin. Ilk görüşdə, söhbətin ortasında, mövzu fırlanıb problemlərə çıxanda söhbəti uzatmaq heç məsləhət deyil.



5. Telefona diqqət!

Görüşdüyünüz insanın yanında davamlı olaraq telefonla danışmaq və ya yazışmaq ən azı mədəniyyətsizlikdi. Həm də telefon hamıda var, vacib olmadığı vaxt ərzində onu çıxarıb göstərməyə dəyməz.


Tarix: 22.12.2012 / 15:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 429 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri