Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əla və cazibədar görünüşlü dırnaqlara necə sahib olmaq olar?

Bu il dördkünc formalı dırnaqlar dəbdədir. Rəng qamması müxtəlifdir ? gavalı, boz, badımcan çalarlarından tutmuş - qara rəngin tünd çalarlarına qədər. Natural manikür üçün rəngsiz, təbii rənglər seçilsə - daha məqsədəuygun olar. Sizin fantaziyanızın köməyinə açıq çəhrayı, bej və digər bəyəndiyiniz açıq çalarlar gələcək.

Bu məsələdə vacib bir məqam var ? manikürun rəngi aksessuarlardan, geyiminizdən və geyiminizin üslubundan asılı olaraq seçilməlidir. Bu forma çimərlik geyiminə, gecə paltarlarına və işgüzar görüşlər üçün nəzərdə tutulmuş geyimlər üçün müvafiq olaraq seçilir.

Qara lak dıqqəti dırnaqların uzunluğuna cəlb edir. Dırnaqların uzunluğu eyni deyilsə - qüsur daha gözəçarpan olacaq.

Gündəlik lak örtüyü üçün mat çalarlar seçin. Açıq rənglər dırnaqları uzun müddətə səliqəli və yaraşıqlı edir. Xüsusi mərasimlərdə, tədbirlərdə isə daha parıltılı, şıltaq rənglərdən istifadə etmək olar.

Bu mövsümün əsas istiqaməti - parıltılı, bər-bəzəkli manikürdur.

mumiyyətlə keyfiyyətli manikür ən azı bir həftə dırnaqlarınızdan silinməməlidir. Bu ustanın professionallığından asılıdır. Əsas məqamlardan biri isə - prosedurun təhlükəsizliyidir. Alətlərin steril təmizliyi bir qırağa ? manikür zamanı barmaqlarınız zədələnməməlidir, ağrı və diskomfort olmamalıdır.

Gənclər üçün nəzərdə tutulmuş manikür dırnaq modasını daha da əlvan və maraqlı edib. Bu gün ?Barbi? və ya kukla üslubu dəbdədir. Rənglər ? çəhrayı rənginin bütün çalarları. Dizayn ? çəhrayı frenç, müxtəlif texnikada işlənmiş qeometrik naxışlar, kublar, romblar, güllər... Optimal uzunluq - qısa və orta.
Dizayn - strazları, qoloqrafik fiqurları, akvarim üslubunda işlənmiş quş tüklərini qədul edir.
Beləliklə, unutmayın - gözəlliyiniz, daha dəqiq desək, əllərinizin və dırnaqlarınızı gözəlliyi - sizin əlinizdədir!


Tarix: 22.12.2012 / 15:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 386 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...