beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Arıqlamağın 11 sirri

Artıq çəki - bu insanların, xüsusilə qadınların böyük hissəsinin ən önəmli problemlərindən biridir. Arıqlamaq istəyənlər üçün 11 sirri açırıq. Belə ki, GI (Glisemik indeks) dəyəri aşağı olan istədiyiniz şeyləri yeyərək arıqlaya bilərsiniz.

Sadəcə gündə 1-2 dilimdən çox çörək yeməyin, aclıq hiss etdiyinizdə qoz, fındıq, meyvə və ya şəkərsiz dondurma qəbul edin.

1 - Doyumcul səhər yeməyi

Çörək, mürəbbə, süd və şəkər kimi Gİ yüksək olan qidaların əvəzinə yumurta, sosis, pendir, göbələk, hisə verilmiş balıq, evdə hazırlanan meyvə şirəsi, yulaf, təzə qatıq yeməyə çalışın. Ancaq çörəkdən 1, maksimum 2 dilimdən artıq istifadə etməməyə çalışın.

2 - Əsas yeməklər

Rasionu tərkibində nişastası bol olan qidalar üzərində qurmayın. Bunun əvəzinə ləzzətli ət sousları, toyuq, tərəvəz kimi qidalara üstünlük verin.

3 - Təhlükəsiz atışdırmalıq

Yemək arasında atışdırmalıqlar seçərkən çox diqqətli olun. Məsələn, gündə birdən artıq meyvə, az yağlı qatıq, təzə tərəvəzlər, şəkərsiz marmelad, az yağlı və şəkərsiz dondurma, aşağı GI malik fındıq.

5 - Alış-veriş

Bu məhsullar həmişə evinizdə osun. Ədviyyat - dad verməkdən əlavə antioksidan özəlliyə sahibdir, sarımsaq - bilinən ən sağlam qidadır, vitamin və mineral mənbəyidir, təzə tərəvəz - xüsusilə bibər, yerkökü, yaşıl soğan güclü antioksidandır. Onlardan mümkün olduqca çox istifadə etməyə çalışın.

6 - Geniş bir menyu

Pəhrizə uyğun yemək tapmaq çox asandır. Əsas odur ki, düzgün seçim edə biləsən. Bəzən heç bir qidaya məhdudiyyət qoymadan yemək olar. Əsas odur ki, ölçünü itirməyəsən.

7- Tava

Artıq çəkidən qurtulmağı qarşısınıza məqsəd qoymusunuzsa, dərin bir tava alın. Bu sayədə qidalar daha az yağda dadları dəyişmədən daha tez bişəcəklər.

8 - İdman

Müntəzəm olaraq idman olmasa, pəhriz ağır olur. İdman yalnız bədən xətlərini düzəltmək üçün yox, həmdə özünüzü daha gümrah hiss etməyiniz üçündür. Bunun üçün isə idman mərkəzində vaxt keçirmək lazım deyil. Evdə də idman hərəkətləri etməklə yağ təbəqəsini yox etmək olar. Həftədə 3 dəfə 15 dəqiqəlik yürüş ürək sağlamlığı üçün önəmlidir.

9 - Bədən ölçünüz

Pəhrizə başlamadan öncə bədən ölçülərinizi qeyd edin. Bu sayədə nisbətən sürətlə çəki itirəcəksiniz.

10 - Su

Hər gün 4 stəkan su için. Əgər kifayət qədər su içməsəniz, qəbzlik yarana bilər.

11 - Çoxlu vitamin

Xüsusilə C vitamini gün ərzində özünüzü daha gümrah hiss etmənizə kömək edəcək. Limon və portağal kimi mövsüm meyvəsi bunda ən yaxşı köməkçiniz ola bilər. Bundan əlavə zeytun yağı, zəncəfil, pendir, qaymaq, yumurta, təzə balıq, təzə meyvə də vitamin mənbəyidir.


Tarix: 05.12.2012 / 20:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 882 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri