beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Utancaqlığınızı məğlub etməyin 10 yolu

Ən son nə vaxt tanımadığınız insanlarla dolu bir otağa girdiniz və arxanıza belə baxmadan qaçmaq istədiniz? Və ya birinə tam çıxma təklif edəcəkkən ürəyiniz yerindən atılacaq kimi oldu və imtina? Ya da biriylə bir iş görüşməsi etmək istədiniz amma özünüzü olmadığınız qədər pis göstərməyi bacardınız? Hamımız həyatımızın hər hansı bir dövründə bu duyğuları az ya da çox mütləq yaşadıq. Hər kəs utancaq ola bilər və bu utancaqlığı məğlub etməyin yolları vardır.



10-Təsdiq etmək
Sözlərin üzərimizdə fövqəladə gücləri var. Özümüzə davamlı olaraq söylədiyimiz şeylər, şüuraltımıza yerləşir və bir müddət sonra gerçək olmağa başlayır. Əgər davamlı özünüzə nə qədər qabiliyyətsiz, utancaq və çirkin olduğunuzu desəniz, davamlı olaraq bunlarla üzləşmək məcburiyyətində qalacaq və utancağlığınız qat-qat artmağa davam edəcək. Amma əgər davamlı olaraq özümüzə nə qədər özünə etibarlı, qabiliyyətli və rahat olduğumuzu desək də bilinçaltımız bu yeni həqiqəti sübut etmək üçün hadisələrə yeni reaksiyalar verməmizi təmin edəcək.


9-Gözünüzdə canlandırın
Özünüzü, özünə etibarlı və xoşbəxt biri kimi gözünüzdə canlandırmaq, eyni şərtlərdə olduğunuzda o şəkildə davramanızı təmin edər. Rahat bir yerə oturun, rahatlaşdırıcı bir musiqi açın və gözlərinizi bağlayın. Özünüzü normal şərtlərdə çox narahat və utancaq hisedəcəyiniz bir vəziyyətdə olmaq istədiyiniz kimi xəyal edin. Nə hiss edirsiniz? Bütün duyğularınızı onun həqiqət olduğunu düşünmək üçün istifadə edin.


8-Gərginliyinizi hərəkət edərək atın
Yaşadığınız gərginliyin səbəbi, bədəninizdə sıxışmış olan mənfi enerjilerdir. Bu mənfi enerjiləri hərəkət edərək sərbəst buraxa bilərsiniz. Torpaq üzərində çılpaq ayaqla edəcəyiniz bir gediş, bədəninizdə sıxışmış mənfi enerjilərdən qurtulmanızı təmin edər. Bundan başqa yoga da sıxışmış enerjilerinizdən xilas olmanın ən yaxşı yollarından biridir.


7-Özünüz olmağı sevin
Ümumiyyətlə özümüzü başqaları ilə müqayisə etdiyimiz olur. Ya özünüzü o otaqda olan ən məşhur insan ilə müqayisə edirsiniz və ya televiziyada gördüyünüz məşhurlarla. Sonra da niyə mən elə ola bilmirəm deyərsiniz? Yavaş yavaş özünüz kimi olmamağa və qarşınızdakı kimi davranmağa başlarsınız. Ki bu da sizin utancaqlıq olayınızı daha da attırır. Çünki siz başqası ola bilməzsiniz. Etməniz lazım olan tək şey təbii olmaqdır, özünüz olmaq. Ancaq bu şəkildə utancağlığınızdan xilas ola bilərsiniz.


6-Qaçmayın
Utancaqlığı hiss etdiyiniz yerdən qaçaraq xilas olmağa çalışmayın. Nəticədə bu sizin utancağlığınıza çarə olmayacaq. Bu vəziyyətlə üzləşməyə çalışın. Sizi qorxudan bu vəziyyəti, inkişaf etmək üçün bir kömək taxtası olaraq istifadə edin. Və özünüzə soruşun: Niyə belə hiss edirəm? Mənim belə hiss etməmə səbəb olan şey nədi?


5-Başqalarına fokuslanın
Sıxlıq və tanımadığınız bir mühitdəsiniz və özünüzü olduqca gərgin hiss edirsiniz. Ağılınız, fikriniz özünüzdə. Bu vəziyyətdən uzaqlaşaraq diqqətinizi ətrafınızda olanlara verin. Bəlkə ətrafda sizin kimi utancağların var olduğunu görmək sizi rahatlaşdırar.


4-Güclü tərəflərinizi tapın
Hamımızın özümüzə xas xüsusiyyətləri və qabiliyyətləri vardır. Bunları tapmaq və qəbul etmək bizim özümüzü sevməyimiz və güvənməmə baxımından çox əhəmiyyətlidir. Siz kiməsə bənzəmirsiniz. Onsuz da dünyadakı hər kəs bir-birinə bənzəsəydi, dünya həqiqətən çox darıxdırıcı olardı. Yaxşı olduğunuz bir mövzu tapın və onu etməyə davam edin. Bu qısa müddətli bir inkişaf da olsa, yaxşı olduğunuzu bildiyiniz bir şeyi etmək sizə güvənininizi geri gətirəcək və utancağlığınızı azaldacaq.Güclü tərəflərinizin sizə necə üstünlüklər təmin etdiyini də axtarın və tapın!


3-Özünüzü Damğalamayın
Özünüzə davamlı olaraq utancaq etiketi yapıştırmaktan imtina edin. Siz busunuz, siz özelsiniz, siz gözəlsiniz! Özünüzü olduğunuz kimi qəbul edin və olduğunuza sevinin.


2-Fərqindəliyinizi artırın
Bir şeyin fərqində olmaq, onu düzəltmənin yarısıdır. Nəyin sizi narahat etdiyini fərqində olun. Sizi qorxudan nədi? Bütün cavablar sizdə. Siz yalnız eşitməyə istəkli olun.


1-Utancağlığınızı qəbul edin
Utancaqlıq və bunun nəticəsi olan gərginliyi hiss etdiyiniz anda dayanın. Özünüzü tənqid etmək yerinə sizə aid olan bu duyğunu sevin, onu görməməzlikdən gəlməyə çalışmayın. Onu görməməzlikdən gəldikcə əksi olacaq . O hisslərin içinizdə olduğunu qəbul edin. Özünüzü bir az da olsa rahatlamış hiss edirsinizmi?


Tarix: 19.05.2013 / 15:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 181 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri