beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üz tipinizə görə eynək seçimi

Sizə ən çox yaraşan günəş gözlüyü üçün saysız model sınağınıza,gərəyindən çox vaxt xərcləmənizə ehtiyac yoxdur. Üz tipinizi bilin və üzünüzə getməyəcək günəş eynəklərini əldə edin…



Oval üz tipi
Oval üz tipinə sahibsinizsə çox şanslısınız çünki mütənasib üz xəttləriniz sayəsində bəyəndiyiniz hər hansı bir eynək modelini ala bilərsiniz. Ayrıca yeni trendleri sınamaq istəyirsinizsə, könül rahatlığıyla təcrübəy edə bilərsiniz.


Yumru üz tipi
Əgər yumru üz tipinə sahibsinizsə, üzünüzü uzun və incə göstərəcək modelləri seçməlisiniz. Başqa sözlə seçəcəyiniz çərçivə üzünüzün ən geniş qisimiylə eyni genişlikdə ya da bir az daha genişcə bir model olmalı. Ayrıca kvadrat ya da düzbucaqlı kimi iti xəttli modellər üzünüzə çox daha çox yaraşacaq. Xüsusilə yumru xəttli modellərdən uzaq dayanmağa çalışmalısınız.


Almaz üz tipi
Alınınız dar, çənəniz kiçik və almacıq sümükləriniz də diqqətə çarpansa almaz üz tipinə sahibsiniz deməkdir. Bu şərtlər altında oval çərçivəli günəş eynəklərini seçməniz sizin üçün çox daha doğru olacaq. Əgər oval eynəklərdən xoşlanmırsınızsa küncləri yüngül yumru, düzbucaqlı bir çərçivə modelini də seçim edə bilərsiniz.


Kvadrat üz tipi
Geniş çənə sümükləri, alın və almacıq sümüklərinə sahibsinizsə, kvadrat üz tipi qrupuna girirsiniz deməkdir. Sizin onsuz da bucaqlı olan üz xəttlərinizi yumşaltmaq üçün yumru xəttli günəş eynəklərini seçməniz lazımdır. Yumru bucaqlı çərçivələr yüzünüzə çox yaraşacaq.


Geniş üz tipi
Əgər geniş bir üz tipiniz varsa, yenə üzünüzün ən geniş qisimini keçməyəcək genişlikdəki modelləri seçim edebilirisiniz. Yumru xəttli ya da kvadrat çərçivələr üzünüzə çox yaraşacaq. Ancaq hərəkətli sapları olan modellərdən uzaq dayanmalısınız çünki bu tip modellər üzünüzün çox daha geniş görünməsinə səbəb ola bilər.


Üçbucaq üz tipi
Üzünüz alınınızdan çənənizə doğru daralırsa, üçbucaq üz tipinə sahibsiniz deməkdir.Alt qisimi çərçivəsiz olan metal modelləri seçim edə bilərsiniz.


Tarix: 13.05.2013 / 19:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 94 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri