Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Arı sancandan sonra əri çönüb arvad oldu

Onlar indi dünyanın ən qəribə, qeyri-adi ailəsi sayıla bilərlər. Hər halda, özləri belə deyirlər



Son illərədək kişi olan şəxs indi qadındır və əvvəllər arvadı olmuş qadın da onun əridir.


Vaxtilə Ted Prins olmuş adam Renini sevmiş, onunla ailə həyatı qurmuşdu. Bu nikahda iki övlad da dünyaya gəlib.


ABŞ-ın Ohayo ştatındakı Cekson şəhərindəki ailənin yaşamı ilk baxışdan çox adi hadisədən sonra dəyişib.


Daha doğrusu, Tedi arı sancandan sonra onun orqanizmində qarşısıalınmaz fəsadlı dəyişikliklər başlanıb.


40 yaşlı Tedin dərisi və əzələləri yumşalmağa, ombaları və sinəsi böyüməyə başlayıb.


Çoxsaylı müayinələrin nəticələrinə görə, arı sancmasından sonra Ted Prinsin orqanizmində kişi hormonu olan testosteronun miqdarı fasiləsiz azalmağa başlayıb.


Axırda isə Ted bu dəyişikliklərə dözməyərək, qadın olmaq qərarına gəlib.


Beləcə, 2 övlad atası Ted Prins 8 il nikahda olduğu arvadı Reni ilə həmcins olub. İndi o, Hloya Prinsdir...


Üstəlik, sabiq Ted-indiki Hloyanın dediyinə görə, Reni indi onun əridir.


Həkimlərin dediklərinə görə, Tedi arı sancandan sonra onun orqanizmində çox nadir rast gəlinən Klaynfelter sindromu yaranıb.


Arı sancandan sonra Tedin orqanizmindəki endokrin sistemində fəsadlar yaranıb və testosteron hormonu fasiləsiz azalıb.


"Əslinə baxsaq, qadın olmaq uşaqlıq arzum idi. Kiçik yaşlarımda tez-tez qız paltarı geyərək evdə dolaşardım. Amma bu hissimdən qorxurdum. Ömrümü kişi kimi yaşadım və sözün açığı, bu, asan deyildi", - Hloya deyib.


48 yaşlı Renni isə deyir ki, ərinin dəyişməsini görəndə dəhşətə gəlmişdi.


"Nə edəcəyimi bilmirdim. Amma sonra taleyimlə barışdım. Di gəl, ərimi ilk dəfə qadın paltarında görəndə şoka düşmüşdüm", - Renni deyir.


Bu səbəbdən Renni sabiq ərindən boşanıb: "Lakin ayrılmadıq, bir evdə yaşayırıq. Vaxtilə ərim olmuş bu adam deyir ki, indi mən onun əriyəm".


Tarix: 19.05.2013 / 15:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 74 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...