beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözəl qadınlar kişilər üçün zərərlidir

Qadınlarla bağlı daha bir maraqlı fakt üzə çıxıb. Aparılan bir araşdırma zamanı məlum olub ki, gözəl qadınlar kişilərin sağlamlığı üçün zərərlidir. İngiltərənin "Daily Telegraph" qəzetinin yazdığına görə, gözəl bir qadınla, sadəcə, 5 dəqiqə yalqız qalmaq kişilərin vücudundakı stress hormonu kortizolu artırır. Valensiya universitetindəki elm adamlarının apardığı araşdırma çərçivəsində 84 kişi tələbədən hər ikisindən biri qadın, digəri kişi olan 2 yad insanla birlikdə olduqları otaqda sudoku həll etmələri istənilib. Təcrübə zamanı yad qadın otaqdan çıxdığı zaman təcrübəyə qatılan tələbələrin kortizol səviyyələri artmayıb. Yad kişi çıxdıqda və ikinci tələbə yad qadınla bir otaqda tək qaldıqda isə kortizol səviyyələrinin yüksəldiyi üzə çıxıb. Bu, yad qadının gözəl olduğunu düşünən kişilərdə qeydə alınıb. Alimlər bildirirlər ki, bədəndə fiziki və ya psixoloji stress altında ifraz edilən kortizol hormonu ürək və şəkər xəstəliklərinə yol aça bilər.


Tarix: 16.05.2013 / 18:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 64 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri