Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qulaq deşməyin faydaları

Sırğa taxmaq üçün qulağın deşmə ənənəsi hələ eradan əvvələ gedir. Tarixi mənbələr qədim hindular, misirlilər və ərəblərin sırğa taxdıqlarından xəbər verir. Hələ qədim zamanlarda meyvə, aypara, gül, qalxan, tovuz quşu, durna və digər formalarda sırğalar düzəldilərdi.

Qədim yunanlar həm özləri sırqa taxar, həm də pərəstiş etdikləri ilahələr üçün sırğalar düzəldərdilər. O dövrdə oğlan uşaqları yetkinlik yaşlarına çatana qədər sırğa taxardı. Roma qadınları da yunan qadınlarından təqlid edərək mirvari və briliyantdan hazırlanan bahalı sırğalar taxmağa başlayırlar.

Eradan əvvəl sırqa taxmaq dəb halını alır, iş o yerə çatır ki, romalı kişilər kütləvi şəkildə qulaqlarını deşdirib sırğa taxmağa başlayır, bu isə imperatorun xoşuna gəlmir və buna qadağa qoyur.
Orta əsr dövrü sona çatdıqda kişilər yenə sırğa taxmağa başlayırlar. Lakin bu dəfə yalnız sol qulaqlarına.


Sonraki dövrlərdə kişilərlə qadınların saç düzümü bir-birlərindən kəskin şəkildə fərqlənməyə başlayır. Zaman keçdikcə uzun saçlar saxlanılır və bunun nəticəsində sırğalar əvvəlki dəbini itirməyə başlayır. XV-XVI əsrlərdən etibarən sırğalar yenidən dəbə minir və həmin dövrdən etibarən daha çox qadınlar arasında dəbdə olur. Kişilər arasında bir o qədər də dəbdə olmasa da bəzi dəstələrə aid olan şəxslər hələ də sırğadan istifadə edirlər. Qaraçılar, dənizçilər, İtaliya və İspaniyada yaşayan bəzi dəstələri buna misal çəkmək olar.

Bir vaxtlar həkimlər qulaq deşdirməyin faydalı olduğunu dilə gətirsələr də indi bu sözü demirlər. Hətta bir vaxtlar belə bir fikirdə hökm sürərdi ki, qulaq deşdirmək görmə qabiliyyətini gücləndiriyindən orta əsrlərdə dənizçilər qulaqlarını bu səbəbdən deşdirərdilər.


Tarix: 13.05.2013 / 20:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 129 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...