Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilərin gizlətdikləri sirlər

Kişilər, özlərini olduqlarından fərqli göstərməyə çalışırlar! Ancaq kişilərin də bəzi sirləri var qadınlar kimi. Sirlərini etiraf edənlər bunları bildiriblər...
Glamour jurnalının kişilərlə görüşərək götürdüyü sirlər birinci ağızdan olduğu üçün inandırıcı gəldi...

Kaloriləri hesablayırlar.
Kişilər də ən az biz qadınlar qədər yeyib içdiklərinin kalorisini hesablayırlar. Bəlkə bəzilərinin bizə görə daha çox çəkilərini idarə altında tutduqlarını söyləyə bilərik. Etiraf edənlər elə deyir.

Romantik komediya sevgisi
Bu romantik komediyalar... Kişilərin bu filmlərə nifrət etdiyini, qadınlar izləmək istəyəndə onların şikayət etdiklərini bilirik həmişə, əslində onlar romantik komediyaların çox maraqlı olduğunu düşünürmüş. Elə isə bu axşam romantik komediya seansına iki bilet!

Hiyləli bədənlər
Görünüşə baxılsa, kişilər də fiziki görünüşlərindəki qüsurların ortaya çıxmasından çəkinirlər. Görüş sahəmiz daxilində çılpaq olduqları ilk 50 saniyə boyunca qarınlarını içəri çəkirlərmiş.

Yoqa sevgisi
İnanmayacaqsınız amma kişilər, kiçik hesab etdikləri yoqanı əslində özləri də etmək istəyirlərmiş. Heç olmasa Glamoura etiraf edənlər elə söyləyir!

Hesab sırası kimdədir?
Bir yemək yeyilir və hesabı kişi istəyir. Kişilər bundan zövq alarlar. Eh bəzən, bu şəkildə üstünlüklərini sübut etdiklərini zənn edərlər. Baxın, "zənn edərlər" deyirik, hesab ödədikləri üçün "üstündürlər" demirik. Yəqin bu qəribə oyundan artıq onlar da sıxılmışlar. "Bu qədər sərasər hesabı ödəmək istəmirik" deyirlər. Eynilə həyatı paylaşdığımız kimi hesabı da paylaşa bilərik əslində. Yalnız hesabda deyil, hər şeydə bərabər olmaq qeydiylə...

Qayınata qorxusu
Anasının və atasının qızını alan kişilər, o ana-atanın kölgəsini öz üzərində hiss etməkdən çəkinirlərmiş. Etiraf edən kişilər, "Qayınatanın gözü üstümdə" deyə qorxularını dilə gətirirlər. Xüsusilə qayınata qorxularını dilə gətirirlər, amma əslində qayınanadan çəkinmək lazımdır. Analar, qızlarını gorumaq mövzusunda daha sərt ola bilərlər!


Tarix: 30.12.2012 / 12:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 346 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...