beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qızların sevdiyi rənglər

Qırmızı

Olduqca təcavüz rəngidir: Əgər bu rəngi sevirsinizsə, deməli siz məqsədi olan, inadkar və ürəkli insansınız. Şöhrətpərəst, həm də əmr verməyi sevənsiniz. Həmişə hər işi öz əlinizə almağa çalışır, bunu sizdən yaxşı heç kimin etməyəcəyini düşünürsünüz. Və sizə doğrudan da qulaq asırlar, çünki sizin enerjiniz aşıb-daşır. Amma beləbir paradoks yaranır: Sizin üstünlüyünüzü qəbul edən və etiraz etmədən sizə tabe olan kişini heç zaman sevə bilməyəcəksiniz, hətta ona hörmət etməyəcəksiniz. Əvəzində sizinlə mübarizə aparan, hökümlü olmağınızla barışmayan kişini sədaqət və ehtirasla sevəcəksiniz. Lakin sizdən güclü olacaq bu xasiyyətli kişini tapmaq o qədər də asan deyil.


Çəhrayı

Siz mehriban və həlimsiniz. Sevdiyiniz rəng ürəyinizin gənc və təmiz olduğundan xəbər verir. Həyat sizin üçün gözəl və heyrətamizdir. Siz ümidlərlə yaşayır, qəlbinizdə təmiz xəyallar bəsləyirsiniz. Yaxınlarınız sizi çox istəyirlər. Amma demək lazımdır ki, bütün həyatınız boyu xəyallar içində yaşaya bilməzsiniz. Artıq yavaş-yavaş böyümək lazımdır. Çünki gec -tez hansısa hadisə sizin xam xəyallarınızı uçura bilər.


Narıncı

Bu rəngi sevən insanlar daim yüksəklikdə olmağa çalışırlar. Xasiyyətcə siz mübarizsiniz, ruhdan düşmək sizə yaddır. Sizin fikrinizcə , yalnız zəiflər qaşqabaqlı olurlar . Ona görə də adamlar sizə can yandırırlar. Siz hər bir vəziyyətdən çıxış yolu tapırsınız. Əgər aşınıza bir iş gəlirsə, günahkar özünüzsünüz. Məsuliyyət hissi sizdə çox böyükdür və siz bilərəkdən özünüzü çoxlü işlərlə yükləyirsiniz. Lakin çox zaman gücünüz və imkanlarınıza olduğundan daha artıq qiymət verirsiniz.


Süd Rəngi

Qadınlar bu rəngi ət rəngi də adlandırırlar. Əgər bu rəng xoşunuza gəlirsə , siz mehriban və səmimi insasınız. Siz hamını razı salmağa çalışırsınız və konfiliktlərdən uzaq olmağa üstünlük verirsiniz. Həlimxasiyyətli və qərarsız görünsəniz də , əslində , prinsiplərinizə sadiq qalmaq üçün iradəniz böyükdür. Şöhrətpərəst deyilsiniz. Ailə dəyərləri sizin üçün birinci yerdədir. Ətrafınızda yalnız sizi sevən insanların olmasını istəyirsiniz. Sizi sadəlövh hesab edirlər, lakin siz özünüz öz daxili dünyanızı göstərməyə çalışmırsınız.



Göy

Əgər məhz bu rəng xoşunuza gəlirsə, deməli siz romantik insansınız.Lakin açıq şəkildə bunu yalnız gənclik çağlarınızda göstərirsiniz. Yaşa dolanda artıq öz isslərinizi gizlətməyə alışacaqsınız. Siz həm hərəkətinizdə, həm də düşüncələrinizdə orjinal və sərbəstsiniz. Özünüzdən başqa heç kimə güvənmirsiniz. Maneələrdən çəkinmirsiniz və hesab edirsiniz ki, bütün vəziyyətlərdən çıxış yolu tapmaq olar.


Bənövşəyi

Bu rəngi sirli xasiyyətli adamlar sevir. Siz həyatda qeyri-adi, adi anlayışlara sığmayan və müəmmalı olan hər şeyi xoşlayırsınız. Gerçəklik öz kobudluğu ilə sizi bezdirib və ətrafınıza yalnız gözəl olanı yığmağa çalışırsınız. Jestləriniz eleqant, ədalarınız teatraldır. Siz adamları şoka salmağı xoşlayırsınız. Ammahəqiqətdə özünəinam hissi sizdə azdır. Çünki uşaqlıqla hələ tam vidalaşmamısınız. Sizağıllı və gözəlsiniz, amma bu sizin üçün kifayət deyil Siz istəyirsiniz ki, hamı sizin qeyri-adiliyinizi qəbul etsin. Amma buna necə nail olmağınızı bilmirsiniz, ona görə də qəmli və əsəbi olursunuz.


Mavi

Bütün həyatınız boyu bu rəngi sevirsinizsə bu sizin dəymədüşər, həssas, aciz adam olduğunuzu deyir. Kişilərdə özünüzə arxa, dayaq axtarırsınız və adətən onu tapırsınız. Adamlara son dərəcə şəfqət göstərdiyiniz üçün sizi çox istəyirlər. Kimdənsə hansısa günahına görə heç zaman üz döndərmirsiniz. Siz tabe olmağı xoşlayırsınız. Tez məftun olan və cazibədarsınız, lakin dostlarınız sizi çox zaman tərk edir. Çünki passivliyiniz onları sizdən uzaqlaşdırır, həmçinin onlar əmindilər ki, siz onları bağışlayıb yenidən qəbul edəcəksiniz.


Tarix: 30.12.2012 / 12:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 612 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri