beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınlar niyə bəzənir?

Keçən gün bir iş yoldaşım, qadınların kişilər üçün deyil, digər qadınlardan daha gözəl olmaq üçün bəzəndiyini söylədi. Yəni həmcins yarışı! Digər yoldaşlarda bunu təsdiqlədilər. Sonra özümü düşündüm; "Niyə bəzənirəm " deyə! Bir xeyli fikirləşdikdən sonra, özüm üçün bəzəndiyimə qərar verdim, bəzən tələsik halda özümü rahat hiss etməyəcəyim bir paltar geysəm, bütün günüm pis keçir, ya da saçlarımı istədiyim kimi edə bilmədimsə, kefim olmur.

Hələ, "bu gün səni heç bəyənmədim, niyə belə oldun" deyən biriylə qarşılaşsam, o gün məndən uzaq gəzin. Onsuz da özünü heç cür rahat hiss edə bilməmisən, güzgülərdən qaçırsan. Gerçəyi söyləyən və səmimiyyətinə inandığım bütün yoldaşlarım məni tənqid etsinlər, heç əhəmiyyətli hesab etmərəm. Amma üzərimdə bədbəxtliklərini test edən insanların buna haqqı yoxdur. "Mən bədbəxtəm, səndə bədbəxt ol" fəlsəfəsi... Başqasının bədbəxtliyini və pisliyini istəyirsənsə, onsuz da xoşbəxtlikdən çox uzaqsan, deməkdir. İnsanın özünü sevməsi və inanması daha vacibdir.
Kişilərin bir çoxu, qadınların çox bəzəkli olması ilə maraqlanmır. Onlar üçün təmiz, baxımlı və gözə hədsiz dərəcədə çarpmayan şəkildə bəzənmək kafidir. Qadınlar, birlikdə olduğu adam tərəfindən paltarı, makiyajı, aksesuarları, lakı nə qədər tənqid edilirsə edilsin, bildiyindən dönməz. Yenə aksesuarlarını taxar, bəzənər və beləcə keçər sevdiyinin qarşısına... Buradan da anlayırıq ki, qadınlar həqiqətən ya özləri, ya da həmcinsləri ilə yarışdan ötəri bəzənirlərmiş.

İnsan özünü makiyajsız da yaxşı hiss edə bilər. Əhəmiyyətli olan daxili vəziyyətinizdir. Kimisi tənbəlliyindən, kimisi yaraşmadığını, kimisi lazımsız olduğunu düşündüyündən xarici görünüşünə əhəmiyyət verməz. Halbuki, özünə və ətrafına hörməti olan hər kəs görünüşünə diqqət yetirmək məcburiyyətindədir. Əl, uz, diş, saç bunlar hamısı həmişə qarşı tərəfə xitab edən şeylərdir. Eyni zamanda adama da zövq verər. İnsanın düzəldə bilməyəcəyi bir xəstəliyi, ya da qüsuru yoxdursa, baxım qadını qadın edən xüsusiyyətdir.

Əvvəlcə, necə bir qadın olduğunuzu düşünün, Özünüzü qiymətləndirin. Siz sizin kimi bir qadından xoşlanardınızmız? "Qadın" sözü bizdə çox müqəddəsdir, ana olma xüsusiyyətinə görə. Bu səbəbdən işi də heç asan deyil. Amma bunlar qadının baxımsız olmasına dəlalət etmir.

Enerji də bir növ baxımdır. İnsandan insana keçər. Özünü sevən və diqqət göstərən insan, qarşısındakılarla da müsbət əlaqələr qurar. Güzgüyə baxdığınızda özünüzü yaxşı hiss etməniz baxımından xarici görünüşə əhəmiyyət verməliyik. Qarşınızda necə bir insan görmək istəyərsiniz? Düşüncələriniz müsbətdirsə, siz də o tip insan olmağa çalışın.


Tarix: 19.05.2013 / 15:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 188 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri