beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xanımlar üçün təhlükəli peşələr

Mütəxəssislər 3 peşəni: Müəllim, stüardessa və satıcı-konsultant vəzifələrini ən zərərli peşə hesab edirlər.
Çox sakit və sülhçü görünən bu peşələr əslində sağlamlığa olduqca böyük zərər verirmiş.
Yanğınsöndürənlər yanğınla mübarizə aparır, polislər sonunadək cinayətkarlarla mübarizə aparırlar, xialsedicilər hansısa dağıntıdan insan xilas edirlər və sən öz rahat ofisində oturub "Nə yaxşı ki mən qızam" deyə düşünürsən. Lakin bu rahatlığa aldanıb heç də qabaqcıl rəy çıxarmayın.

Tunel sindromu

Heç bir səbəb olmadan əlin və biləyin keyiməsi, sakitcə vücuda yayılmağa başlayan ağrı meydana gəlir, hansı ki gecələr də rahat yatmağa imkan vermir. Tanış hislərdir? Həkimlərin "Tunel sindromu" adlandırdıqları da məhz bu ağrılardır. Katibələr bu ağrıyla qarşı-qarşıya dayanmış olurlar. Klaviaturayla yazı yazırsınızsa, "siçanla" işləyirsinizsə əliniz və biləyiniz narahat pozisiyadadır deməkdir. Əgər bu işiniz 2 saat ərzində davam edəcəksə halınız heç də yaxşı olmayacaq deməkdir. Çünki baş, orta və işarə barmağınız vətərdən zədələnəcəkdir. Siz bütün gecəni komputerin qarşısında keçirəcəksinizsə, o zaman cərraha belə ehtiyac yarana bilər. İşi cərrahın skalpelinə qədər apamamaq üçün ofinizdə rahatlığınızı təmin edin. Rahat kreslo seçin, rahat klaviaturadan və rahat "siçan" dan istifadə edin. "Siçan"ın altına qoyduğunuz altlıq da silikon və yumşaq olsun. İş prosesində fasilə verib 40dəqiqəni hərəkətdə olmağa çalışın.



Müəllim

Angina: Uşaqların ağlında, ürəyində yaxşı yer eləmək, onlara təsir göstərmək və nəyisə başa salmaq üçün olduqca çox danışmaq lazımdır. Təəssüf ki, müəllimlərə müğənnilər kimi səsin idarəsini, düzgün nəfəs almanı öyrətmirlər və ona görə də müəllimlərin səsi ağır təcrübələrdən keçməli olur. Bundan əlavə, uzun danışıq nəticəsində səs tellərinin ön və arxa divarı zədələndiyindən asanlıqla mikrob və viruslar daxil ola bilir. Sən gözünü qırpmağa vaxt tapmamış boğazın ağrımağa, temperaturan qalxmağa başlayır və öz -özünə "Yenə angina" deyə təəssüflənirsən. Bunun ən pis tərəfi odur ki, tez-tez xəstələnərək siz daha ağır xəstəliklərlə qarşılaşa bilirsiniz. Bədənə daxil olan bakteriyalar asanlıqla qana keçib ürəyi, böyrəkləri və oynaqları zədələyə bilir.

Bunun qarşısını almaq üçün dərs zamanı səs tellərinizi gərginləşdirməyin və burnunuzla nəfəs almağa çalışın. Tənəffüzlərdə boğazınızı daxili masaj edin. Dil ucunuzu qatlayın və onu müxtəlif hissələrə hərəkət etdirin. Evə gələrək mikrobları təmizləmək üçün qarqara edin və A, O, U hərfləriyə səs tellərinizi məşq etdirin.
Satıcı-məsləhətçi

Bütün günü eyni yerdə dayanmaq, üstəlik ayaq üstə hündürdaban ayaqqabılarla və sizi sıxan iş geyimiylə bütün gününü işdə bucür keçirmək. Təəccüblü deyil ki sizin ayaqlar evə gələndə ağrayır və şişlər əmələ gəlir. Yəqin sən özün də başa düşürsən ki, bu heç də yaxşı göstərici deyil. Ayaqların bu gücdən şişməsi daha ağır fəsadlar yarada bilər. Varikoz-damarların genişlənməsi halı baş verir. Qan axını ləngiyir. Çünki siz eyni yerdə dayananda ayaqlarınızın əzələləri sabit olur və müqavimət göstərmir. Bu da o deməkdir ki, o Yerin ağırlıq qüvvəsinə tabedir və qanı ayağınızda hərəkət etdirmir. Bu da qanın damarlarda yığılıb qalamsı deməkdir Əgər ayaq kapilyarlarınız "tənbəl"dirsə o zaman qan aşağıya doğru axır, dövr eləməyərək ayağınızda toplanıb qalır. Bu isə ayağın şişməsinə səbəb olur. Üzə çıxan kapilyarlar isə ayağınızı torlu mavi rənglə "bəzəyir".

Uzun ətək və şalvarla vəziyyəti qurtara bilməzsiniz. Bunun üçü damarlarınıza qayğı göstərin. Ayaqlarınızı döşəmədən 1-2 sm yuxarı qaldırın və təkrar endirin. Bu qan dövranını artırır. Evdə 15-20 dəqiqə ərzində ayaqlarınızı yuxarı tutaraq dayanın və gecə yatarkən ayağınızın altına döşəkçə qoyun. Boş vaxtlarınızda da daimi hərəkətlə və idmanla məşğul olmağa çalışın.



Stüardessa

Hamilə qala bilməmək. Səma. Təyyarə. Qız. Bundan romantik nə ola bilər?! Və təhlükəli. Stüardessalar daim təhlükəli faktorlarla üz-üzə gəlməli olurlar. Təzyiqin dəyişməsi, Azon və kosmik radiasiya, ritm pozuqluğu. Bütün bunlar qızlarda hamilə qalmaq təhlükəsi yaradır. Ona görə də təyyarənin bu qrupuna aid olan xanımlar heç də sağlam uşaq dünyaya gətirmirlər. Təəssüf ki, zamansız və hədsiz uçuşlar zamanla ana olmaq imkanını da əldən alır. Hamilə xanımlar üçün ən təhlükəli period isə 3-4-cü həftədir. Çünki bu mərhələdə uşağın artıq bir neçə orqanı, sinir sitemi formalaşmağa başlayır. Mənfi amillər isə təsir göstərərək uşağın düşürülməsinə gətirib çıxarır.

Hamilə qadınlar bu mərhələdə bacardıqları qədər uzunmüddətli uçuşlardan uzaq durmalıdırlar. Hava Yolları özü bu mərhələdə xanımlar üçün "Yerdə" iş təşkil etməlidir.


Tarix: 18.05.2013 / 13:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 209 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri