Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quru və kəpəkli saçlar

Kiminin saçı quru, kimininki yağlı, kimininki də kəpəklidir. İlk baxışdan adi görünsə də, əslində bu orqanizmdəki xəstəliklərlə bağlıdır.

Bəs görəsən saçlarda yaranan problemlər hansılardır və onları necə aradan qaldırmaq olar?

Mütəxəssislərə görə, saçlarda parlaqlığın azalması B vitamini çatışmazlığının əlamətidir. Saçlardakı yağlılıq isə süd məhsullarından çox istifadə zamanı yaranır. Bu zaman süd məhsullarından, xüsusilə qatıqdan az istifadə etmək tövsiyə olunur.

Saçların uzanmaması və tez-tez sınması isə orqanizmdəki mineral çatışmazlığının əlamətidir. Saçları tez-tez yumaq, daramaq və tərkibində protein çox olan ərzaqlardan istifadə etmək bu problemi aradan qaldırır.

Kəpəkli saçlara gəlincə, mütəxəssislər bunun saç dərisindəki göbələklərlə bağlı olduğunu bildirir. Bunu aradan qaldırmaq üçün kəpəyə qarşı xüsusi şampunlardan istifadə etmək, selenium fosfor kimi minerallar qəbul etmək məsləhətdir.


Tarix: 29.12.2012 / 18:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 157 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...