Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

O, qadındır....!

O, qadındır... — Hələ doğulmamışdan gah arzu edilən, gah da məhz O olduğu üçün çox vaxt imtina edilən....!
O, qadındır... — Körpəykən belə balaca gəlincikləri geyindirən və oynadan...!
O, qadındır... — Böyüdükcə hər kəs tərəfindən qadağalara göz yuman, hər hərəkətinə fikir verməli olan...!
O, qadındır... — Həyatında sonsuz sayda xəyallar quran, arzulayan və ümid edəndir...!
O, qadındır... — Sadəcə 3 dəqiqəlik mahnıya belə ağlayan...!
O, qadındır... — Gülümsəyən, sevən, sevilən, inciyən, incidilən, ağlayan, ağladılan və bəzən də ağladan...!
O, qadındır... — Bəzən susan, gözləri ilə danışan və danışdıran, susmağa məcbur edən və susduran....!
O, qadındır... — Məhəbbət dolu, kövrək, sirrli və müəmmalı....!
O, qadındır... — O, Anadır... və O, isə təbii ki müqəddəsdir.....!
O, qadındır... — O, bəzən həyatı boyu unudulmayacaq bir nifrət bəsləyən, bəzən isə o nifrəti silməyə qadir bir gücdür...!
O, qadındır..... — Neçə illər keçsə də, o, keçmişdən tək bir şey həmişə yeni kimi saxlayacağdır... — O, tarixdir....!


Tarix: 11.05.2013 / 13:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 99 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...