beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Soyuq havalarda özünüzə xüsusi qayğı göstərin

Amerika Xəstəxanasının dermotoloji şöbəsinin həkimi Buket dəriyə düzgün qulluq barədə məlumatlar verib.

Hava ilə daha çox təmasda olan üz və əllərdə soyuq mövsümdə qızartılar və qurumalar müşahidə oluna bilər. Allergiyası olan insanlarda isə bu problemlər qış fəslində özünü daha çox biruzə verir.

Bədən və üz dərisinin qurumağına mane olmaq üçün kremli yaxud da yağlı sabunlardan istifadə edilməlidir. Üz tipinə uyğun nəmləndiricilərdən- məsələn, vazelin, laktik turşu, qliserindən yararlana bilərsiniz.

Mütəxəssis bildirir ki, qış aylarında da günəş qoruması davam etdirilməlidir. Yağışlı havalarda sprey, krem və losyonlardan istifadə etməklə cildinizi qorumuş olarsınız.

Qliserin, vazelinli olan sabunlardan, əlcəklərdən istifadə edərək əllərinizi soyuqdan qoruyun. Dırnaqlar da soyuq havalarda daha çox qırılır və zəifləyir. Əl kremi qış aylarında dırnağı qorumaq üçün kifayət deyil. Bunun üçün dırnaq qoruyucu kremlərdəm mütəmadi istifadəsinə diqqət edin.

A, C, E vitaminləri, sink, mis, dəmirlə zəngin olan qidalardan qış mövsümündə tez-tez qəbul edin ki, dəriniz də gözəl olsun.


Tarix: 25.12.2012 / 20:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 205 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri