Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Makiyajda yalnış fikirlər

Hər bir xanım əmindir ki, özünə ideal makiyaj edə bilər. Burada əlbəttə bir həqiqət var, heç bir vizaj ustası sizi sizdən yaxşı tanıya bilməz.

Lakin sizlər bəzi hallarda yanlış oedə bilərsiz

Qaş üstündəki olan tüklərə dəyməmək

Belə bir fikir var ki, bu tüklər yalançı kölgələr yaradaraq, alnınızın formasını dəyişə bilərlər. Məsləhət görülür ki, qaşınızı alanda güzgüyə düz baxın. Tükləri dibindən tutaraq almaq lazımdır.

Dodaqlarınızı kontur karandaşı ilə cızmaq

Bu da ən böyük yanlışlardan biridir. Misal üçün, əgər qırmızı karandaşdan istifadə etdiyiniz halda, dodaq boyası neytral bir rəngə malik olsa, çox pis görüntü alınacaq. Vizajıstlər məsləhət görürlər ki, karandaş vurursanız əgər, onu pomada ilə eyni rəngdə olanını istifadə edin.

İlk öncə maye pudra sonra makiyaj üçün əsas

Vizajıstlər təkid edirlər ki, ilk öncə makiyaj üçün əsas sonra maye pudradan istifadə olunsun. Bu sizə dərinizin qüsurlarını gizlətməyə macal verəcək.

Makiyaj əsasını üzün rənginə uyğun seçmək

Vizajıstlər məsləhət görürlər ki, makiyaj əsasını boyun və sinə rənginə uyğun istifadə edəsiniz. Bunu onun ilə izah edirlər ki, üz rəngi insanın fəaliyyətindən, əsəbiliyindən dəyişə bilir, həssasdır. Buna görə də çox zaman onun təbii rəngini müəyyənləşdirmək çətinlik törədir. Boyun və sinə dərisi isə belə şeylərə daha az həssas olduqlarında əsas kimi çıxış edə bilər.

Saçların soyuq su ilə yaxalanması onları parlaq və dolğun rəngli edir

Bu işin ekspertləri bildirirlər ki, bu tamamilə yanlış fikirdir. Soyuq su qan dövranını lənqidir, saçlar şok keçirdir, buda yaxşı bir nəticə verə bilməz. Saçlarınızın parlaq olmasını istəyirsiniz isə, sadəcə saçlarınızı şampundan sonunadək yuyaraq təmizləyin.

Ətiri dəriyə tam yedirmək lazımdır

Bəzi ekspertlər söyləyirlər ki, bu zaman ətir öz ətrini qismən itirir. Həmin ekspertlər məsləhət bilirlər ki, ətri bir neçə yerdə az miqdarda üzərinizə sıxasınız, yalnız onu sürtməyin. Ətrin molekulaları müstəqil olaraq dəriyə hopacaqlar. Bu zaman onların strukturuda sağlam qalacaqdır.


Tarix: 25.12.2012 / 21:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 339 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...