beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ərə getmək xanımlar üçün xeyirlidir

Tibb alimləri müəyyənləşdiriblər ki, ailə qurmaq qadınların sağlamlığına və psixi durumuna müsbət təsir göstərir. Almaniyanın Ştutqart universitetinin alimi Hans Hendriksonun araşdırmalarına görə, ərli xanımlar həkimlərə ürək-damar sistemindəki, psixi problemlərlə əlaqədar daha az müraciət edir, həmçinin onların fəallığı daha yüksəkdir və yaxşı formada qalırlar. Bununla da qadınların ailə qurduqdan sonra darıxması, özlərinə diqqət yetirməməsi ilə bağlı iddialar tamamilə yalanlanıb. Təcrübələr 35 min cütlük arasında aparılıb. Təcrübələr göstərib ki, ailə qurmazdan əvvəl sərbəst həyat tərzi sürən qadınlar ərə getdikdən sonra bir çox zərərli adətdən əl çəkiblər, həmçinin ciddiləşiblər. 2 il ərzində bu cütlüklərin birgə həyat tərzi müşahidə edilib. Sonda onların 24 faizi boşanıb. 1 il sonra tənha qalan qadınlar yenidən müayinədən keçirilib. Onların sağlamlıqları əvvəlki nəticələrlə müqayisədə xeyli pisləşib. Psixoloji fon pozulub, immunitet isə aşağı düşüb. Ekspertin sözərinə görə, nikah qadınların vəziyyətini sabitləşdirə bilər.


Tarix: 16.05.2013 / 19:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 91 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri