beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Evdar qadin

Evdar — bu sözü kimi peşə kimi qəbul edir, kimi işsizlik…Çoxları isə fikirləşir: evdarlıq qadının yaraşığıdır. Amma heç kim bütün ömrünü dörd divar arasında keçirməyi ağlından belə keçirmir. Məktəbi bitirən ən ucqar dağ qızı da ali savad alıb, diplomlu xanım olmaq arzusundadır. Atalar qızlarına savad verib, «diplomlu gəlin» köçürmək istəyirlər. Həyatdır, olmadı belə, oldu belə…. Hətta qəribəsi odur ki, qıza elçiliyə gələnlərin ilk suallarından biri, hətta birincisi bu olur: «Qız haranı bitirib? Sənəti nədir?». Halbuki, sonradan gəlinini işləməyə buraxmayacaq ailə nədənsə «diplom» həvəskarıdır
Bəs görəsən, qadın nəyə görə işindən və ya işləyə biləcəyi peşələrdən imtina edib, evdə oturmağa məcbur olur?
Ərinin istəyinə və ya tələbinə görə
Yaradıcı qadınlar sakitcə evdə yazıb-yaratmaq, rəssamdırsa, rəsm çəkmək, bəstəkardırsa, musiqi bəstələmək üçün;
Qadın heç bir sənət, peşə, elm yolunda özünü görmür və bütün həyatını ailəsinə, ocağına, uşaqlarına həsr etməyə hazırdır;
Qadın özündə inam və qüvvə tapıb, yoldaşına qarşı tələblərini irəli sürə bilmir;
Qadın gəncliyində sadəcə, öz maddi tələbatını ödəmək və maaş xatirinə işləyibsə, ərinin kifayət qədər imkanlı olması və evini dolandırması onu evdə oturmağa vadar edə bilər
Həyat özü də insan qarşısında qaçılmaz seçimlər qoyur:
Xəstə və qulluğa ehtiyacı olan ailə üzvləri-valideyn, qaynana-qaynata, uşaq.
Dalbadal hamiləlik məzuniyyətindən imkan tapa bilməmək;
Həyat yoldaşının işi tez-tez yerdəyişmə ilə əlaqədardır;
Qadın əvvəl işləsə də sonradan özü işə qayıtmağı təxirə salır: qoy uşaq bağçaya getsin, ibtidai sinfi bitirsin və i.a.


Tarix: 18.05.2013 / 13:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 207 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri