Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qırışlardan azad olmanın yolları

Yuxunun faydalarını saymaqla bitmir. Qırışlara qarşı yuxu xüsusilə əhəmiyyətlidir. Gün ərzində normal dərəcədə yatmaq həm gün ərzində yorğunluğunuzu, stressi atmağa, həm də üzünüzdəki qırışlardan xilas olmağa müsbət təsir göstərər.

Sizi çox narahat edən qırışlarınıza görə çoxlu pul xərcləyib müxtəlif vəsaitlər almaq əvəzinə kifayət qədər dincəlib, mışıl-mışıl yatmaq daha fayda verər. Yuxusuzluqdan əziyyət çəkənlər, yatmaq yerinə televiziya qarşısında saatlarla vaxt keçirənlər belə bu xəbərdən sonra doyunca yatacaqlar. Dəri qırışlarından xilas olmaq üçün yuxunun əhəmiyyəti haqda daha ətraflı öyrənək.

Uzun yuxusuz gecələrin nəticəsində üzdə arzuolunmaz və vaxtından əvvəl qırışılar meydana gələ bilər. Yatmaq lazımdır, bu təbii müalicə hesab olunur.

Yatmadığımız zamanlarda dərimiz yorulur. Ona görə dəridə problemlər yaranır, istəmədiyimiz görünüşə sahib oluruq. Yatarkən dəri istiliyi də yüksəlir ki, bu da gün ərzində dərinin normal temeraturunun tənzimlənməsini təmin edir. Ən əsası isə makiyajla yatmağı tərgidin.


Tarix: 24.12.2012 / 19:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 287 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...