Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qaçırılmış nişanlı qızın hekayəsi

Mən 22 yaşında cavan bir qız idim.Hər gün tezdən durub işə gedirdim.Və hər gün yolda bir yaraşıqlı oğlanla qarşılaşırdım.İçimdən həmişə'kaş bu oğlan mənim qismətim olaydı'deyərdim.Mən ona heyran idim,bir başqası isə mənə.Həmin oğlanla da hər gün qarşılaşırdım.Və bir gün o mənim qarşımı kəsib,məni sevdiyini söylədi.Bu oğlan mənim heç xoşuma gəlmirdi.Və mən onu heç düşünmədən rədd etdim.O isə buna baxmayaraq,məni həmişə sevəcəyini söylədi.Mən isə bəyəndiyim o oğlanı düşünürdüm.Bir gün isə o mənə yaxınlaşıb mənimlə tanış olmaq istədiyini söylədi.Mən inana bilmirdim,mənim üçün möcüzə baş vermişdi.O mənim qarşımda idi və mənə sevən gözlərlə baxırdı.çox keçmədi,ailələrimiz də razılıq verdi və biz nişanlandıq.Hər gün məni evin qarşısından götürürdü və biz birlikdə işə gedirdik.Bir gün yenə mən evin qarşısında onu gözləyirdim.Zəng vururdum,telefonuna zəng çatmırdı.Birdən bir qız mənə yaxınlaşdı və dedi:
-Xanım,məni sizin nişanlınız göndərib.O xəstəxanada ağır vəziyyətdədir.Və sizi gözləyir.
Təbii ki,mən inanmadım.Yenə də zəng etdim və yenə də telefonuna zəng çatmırdı.özümü itirdim.Tez qızdan onun hansı xəstəxanada olduğunu soruşdum.O isə maşının yaxında olduğunu və bizi ora aparacağını dedi.Biz maşına getdik.....................
Mən gözlərimi açdım.Qarşımdakı isə nişanlım deyil,bir vaxt məni sevdiyini etiraf edən,mənimsə düşünmədən rədd etdiyim oğlan idi.Mən heç nə başa düşə bilmirdim.Birdən sanki ağlım başıma gəldi.Və nişanlımın xəstəxanada olduğu yadıma düşdü.Mənsə onun yanına getmək istədim.O isə məni buraxmadı.Məni aldadıb qaçırdığını söylədi....
Mənsə ona nişanlı olduğumu və nişanlımın gəlib onu öldürəcəyini söylədim.Və həmin vaxt qapı döyüldü.Atamgil və nişanlım içəri girdilər.Və mənim ailəmlə oğlanın ailəsi arasında dava *qışqırıq başladı.Mən isə qaçıb nişanlımı qucaqlayaraq məni burdan aparmasını istədim.O isə məni itələdi.Mən onun ayaqlarını qucaqladım və heç nə baş vermədiyini,mənim yenə həmin insan olduğumu söylədim.O,mənim əllərimdən yapışıb məni qaldırdı.Əlimdən nişan üzüyümü çıxarıb öz üzüyünü isə ovuclarıma qoydu.Və dedi:
-Mənim qadınım təmiz olmalıdır.Bu cür qadını mən özümə arvad edə bilmərəm.Sən mənə layiq deyilsən.Sən əxlaqsızsan.
çıxıb getdi.Mən isə məcburən həmin oğlanla evləndim.özümü öldurməyi belə düşündüm.Amma yoldaşım məni o qədər sevdi,o qədər əzizlədi ki,məndə ona qarşı məhəbbət oyandı.Və biz dünyanın ən xoşbəxt ailələrindən biri olduq.İndi iki uşağımız var.
Əvvəlki nişanlıma gəldikdə isə:o həbsdədir.çünki o,öz arvadını öldürüb.Səbəbi: arvadı ona edilməyəcək əxlaqsızlıqlar,deyilməyəcək yalanlar söyləyib.
O mənə əxlaqsız dedi,Allah isə onun qarşısına əxlaqsızın əxlaqsızını çıxardı.
Əsl sevgi sevdiyini olduğu kimi qəbul etməkdir....


Tarix: 01.12.2014 / 17:35 Müəllif: Aziza Baxılıb: 86 Bölmə: Maraqli Hekayeler
loading...