Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ön mühakimə

Uzaq kəndlərdən birində uşağı doğulmamışdan əvvəl həyat yoldaşını itirmiş hamilə bir qadın yaşayardı. O özünə yoldaş olması baxımından dağda yaralı olaraq tapdığı bir balaca canavarı evində bəsləməyə başlayar.

Canavar qadının yanından bir an belə ayrılmaz. Hər nə qədər evcil bir heyvan olmasa da olduqca tərbiyələnər. Bir neçə ay sonra qadının uşağı doğular. Tək başına bütün çətinliklərə sinə gərmək və balasına baxmaq məcburiyyətində qalar qadın.

Günlər keçər və qadın bir gün bir neçə dəqiqəliyinə də olsa evdən ayrılmaq və balasını evdə buraxmaq məcburiyyətində qalar. Canavarla körpə evdə tək qalar. Aradan bir az zaman keçər və ana evə gəlir. Canavarı və qanlı ağızını görər. Ana dəli olmuş kimi canavar hücum edər və orada öldürər heyvanı. Tam o sırada içəridəki otaqdan bir körpə səsi eşidər. Ana otağa yönələr... Və otaqda bəslədiyi beşiyin içindəki körpəsini və körpənin yanında dayanan parçalanmış bir ilanı görər.

Eynşteynin bir sözü vardır: "İnsanlardakı ön mühakiməni parçalamaq mənim atomu parçalamamdan daha çətindir."


Tarix: 01.12.2014 / 14:53 Müəllif: Aziza Baxılıb: 76 Bölmə: Maraqli Hekayeler
loading...