beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cəhənnəm qorxusu

Şahın qızını oğurlayırlar. Qız oğruların əlindən çətinliklə də olsa qaçmağı bacarır. Gecə olduğundan saraya qayıda bilmir və gizlənmək üçün bir evin qapısını döyür və vəziyyəti qapını açan oğlana başa salır. Oğlan qızı gizlədir evdə. Sonra gedib quran oxumağa başlayır.

Qız isə onu gizlincə müşahidə edir. Oğlan Quranı oxuduğu zaman əlini otağı işıqlandirmaq üçün yandırdığı

şamın üstünə tutur, sonra Quranı götürür və oxumağa davam edir. Belecə oğlan quranı bu qayda ile sehere

qeder oxuyur. Seher qızı şahın sarayına gətirir. Qiz atasına oğlanın Quran oxuyanda əlini şamın üstünə

tutduğunu deyir. Bu tebii ki şaha da maraqli olur və oğlanı sarayına çağırıb nə üçün belə etdiyini soruşur.

Oglan isə deyir:
-Mən Quranı oxuyanda tam diqqətimin Quranda olmasına baxmayaraq, sanki şeytanın vəsvəsəsinə uyub

nalayiq addımlar atmaq içimdən keçirdi. Amma əlimi şamın üstünə tutub istisinə çox az müddət tab gətirə

bildiyimi görəndə düşünürdüm ki, edəcəyim pis hərəkətin müqabilində məni cəhənnəm gözləyir və cəhənnəmdəki

o istiyə sonsuzadək dözməli olacam.


Tarix: 01.12.2014 / 16:04 Müəllif: Aziza Baxılıb: 74 Bölmə: Maraqli Hekayeler