Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqli HekayelerZərdüşt belə dedi (Fridrix Nitşe)

Bir gün Zərdüşt əncir ağacının altında yatmışdı, isti idi, o, əlini üzünə qoymuşdu. Bu vaxt bir ilan gəlib boynundan sancdı ki, Zərdüşt ağrıdan qışqırdı. O, əlini üzündən çəkdi və ilana baxdı; onda ilan Zərdüştü tanıdı, yendəmsiz halda dönüb getmək istədi. “Dayan görək, – Zərdüşt dilləndi, –əvvəl təşəkkürümü qəbul et! Məni vaxtında oyatdın, yolum yaman uzaqdır”. İlan dərdli-dərdli: “Yox, yolun çox qısadır, –dedi, – mənim zəhərim tez öldürür”. Zərdüşt gülümsündü. “Nə vaxtdan bəri əjdaha ilan zəhərindən ölür? – dedi.

Amma hər halda gəl zəhərini geri götür. O qədər varlı deyilsən ki, mənə belə hədiyyə verəsən”.Onda ilan yenidən onun boynuna sarılıb yarasını yalamağa başladı.

Zərdüşt Ardı »

Maraqli Hekayelerİffət dediyimiz

Kran təmirçiliyi ilə məşğul olan yaraşıqlı gənc oğlanın başına belə bir hadisə gəlmişdi:
Bir gün oğlanın yanına gələn bir qadın,evində təmir ediləcək kran olduğunu söyləyir.Bundan sonra ikisi də evə gedirlər.Evə gələndə qadın qapını arxadan bağlayır və oğlanı pis yola dəvət edir.

İffət dediyimiz

Oğlan bu çirkin təklifi qəbul etmədikdə:
- "Bax qışqıraram,mənə pis məqsədlə hücum edirsən" deyərəm,şəklində təhdid edəndə oğlan belə cavab vermişdi:

"Bəli,qəbul edirəm,amma mənim tualetə getməyim lazımdı" deyərək qadının yanından ayrılır.
Tualetə gedərək üzünü,əllərini,paltarını pisliyə bulaşdırır.Çıxdıqda bunu bu vəziyyətdə görən qadın diksinir və:
- "Get,səni görmək istəmirəm" deyərək qovur.
Cəhənnəmin dəhşətli atəşləri yerinə dünyada pisliyin bulaşmasını seçən gənc oğlan,az bir pisliyə bulaşaraq,böyük bir pislikdən qurtulmuşdu.
Bundan sonra evinə Ardı »

Maraqli HekayelerSoyuducudan məktub - Qaraqan

Bilirsiniz mən indi haradayam? Mən soyuducunun içindəyəm. Mən bu axmaq soyuducunun içindəyəm. Soyuducunun içindən məktub yazan adama nə deyərsiniz? – Dəli.

Mən də deyərdim. Iki ay əvvəl bu restoranda işə düzəldim. Hər şey yağ kimi gedirdi. Bu günə kimi.

Amma o sarsaq italiyanın meymunu masanın üzərinə çıxıb şamları süfrəyə yıxmasaydı mən indi soyuducuda son sözlərimi yazmazdım. İndi həmişəki kimi oturduğum menecer otağında çayımı içərdim. Bilmirəm necə oldu amma süfrə birdən-birə alışdı.

Bəlkə içkilərdəki spirtə görə alov belə güclü oldu. Bilmirəm… Tərslikdən döşəməni də səhər spirtli məhlulla silmişdilər. Par- par parıldayırdı. Süfrədən bir parça od yerə düşən kimi bütün restoran alışdı. Mən Ardı »

Maraqli HekayelerDalğanın hekayəsi

Bu, keçmiş zamanlarda okeanda ləpələnən kiçik bir dalğanın hekayəsidir.

O, külək və təmiz havadan həzz alırdı, ətrafındakı digər dalğalarınsahilə çırpıldığını gördüyü o vaxta qədər. «Allahım, bu dəşhətlidir», -dalğa dedi. «Mənim başıma nə gələcəyinə bir bax!» Sonra birdən, başqa bir dalğa yaranır. O, əhvalı pis görünən birinci dalğaya baxır və deyir: «Nə üçün bu qədər qəmgin görünürsən?»

Birinci dalğa cavab verir: «Sən başa düşmürsən! Bizim hər birimiz yox olacağıq! Səncə, bu qorxunc deyil?»

İkinci dalğa söyləyir: «Yox, sən başa düşmürsən. Sən dalğa deyilsən, sən okeanın bir parçasısan!»

«Bəzən biz yalnız özümüzü düşünməkdən əl çəkib, həyata daha böyük pəncərədən baxmalıyıq.» — Amy Alusa

Mitch Albomun «Mori ilə çərşənbə Ardı »

Maraqli HekayelerBəs sonra?

Çox zəngin bir biznesmen dəniz sahilində yerləşən kiçik bir qəsəbədə istirahət edirdi. Bir gün sahildə gəzən zaman gözü kiçik bir balıqçı qayığına sataşdı. Qayığı sahilə tərəf gətirən cavan bir oğlan qayıqdan düşərək onun ipini sahilə basdırılmış dəmir parçasına bərkitdi. Biznesmen qayığa tərəf yaxınlaşanda gördü ki, içərisində bir neçə balıq var. O, cavan oğlana “Tutduğun balıqlar çox gözəl və keyfiyyətli balıqlardır.” dedi. Cavan oğlan da biznesmenə xoş sözlərinə görə təşəkkür etdi. Daha sonra biznesmen davam etdi:“Bu balıqları tutmaq üçün nə qədər vaxt sərf etdin?”
“Təxminən bir-iki saat.”
“Onda nə üçün bir neçə saat da qalıb daha çox balıq tutmadın?”
“Tutduğum balıqlar mənim bir günlük ehtiyacımı Ardı »

Maraqli HekayelerHeç bir şey sınan bir ürəyə dəyməz

Balaca qız evlərinin qarşısındakı çiçək dolu bağçaya girdi. Ürəyi sevincdən az qala yerindən çıxacaqdı. Bir anlıqgirl and broken vaseöz-özünə: «Bir dəstə çiçək yığıb anama aparsam, kim bilir nə qədər sevinəcək? Hələ üstəlik, „Qızım məni nə qədər çox sevir“ deyib yanaqlarımdan öpəcək», — deyə düşündü. Elə bunları düşünə-düşünə çiçəkləri yığmağa başladı. Sonra da bu çiçəklərdən gözəl bir dəstə bağladı. Anası daha çox sevinsin deyə, mətbəxdən bir güldan götürdü. Sonra da çiçək dəstəsini bu güldana qoydu. Ancaq mətbəxdən yeni çıxmışdı ki, birdən ayağı sürüşdü və güldan əlindən yerə düşdü. İndi həm güldan sınmış, həm də çiçəklər dağılmışdı. Bu vaxt səsə yan otaqdan anası Ardı »

Maraqli HekayelerSon Vidasi Var..

Gedəcəydin niyə gəldin ömrümə?
Bağışla demənin nə mənası var?
Bir daha baxmaram o gözlərə mən,
O ilk baxışların çox xətası var.
İndi ayrılığın gəlibdir dəmi,
Nə edim gözümün qurumur nəmi,
Mən ki, gözlərimdə görürdüm səni,
Səninsə gözündə bir başqası var.
Axı sevən tərk eləməz sevəni,
Deyirsən ki, getdim unutdun məni?
Belə tez heç unudarammı səni?
Hələ bu sevdanın ili, yası var.
Bu həsrət salıbdır saçıma dəni,
Qoy əsən küləklər aparsın məni,
Qəbsizlər evində taparsız məni,
Tapın bəlkə sizə son vidası var. Ardı »

Maraqli HekayelerYalançı azadlıq

Bir gün burun azad olmaq istədi və öz-özünə: «Niyə göz üçün ola-ola bu gözlükləri mən daşımalıyam? Niyə göz üçün ola-ola bu gözlüklərin yükü mənim üstümdədir? Elə isə necə olursa-olsun, bu gözlüklərdən xilas olmalıyam», — dedi. Və sonra da elə bərkdən asqırdı ki, gözlük yerə düşüb xıncım-xıncım oldu. Beləliklə, göz gözlüksüz görə gilmədiyi üçün yolunu azdı və çox keçməmiş burun bir ağacın gövdəsinə dəyib əzildi... Ardı »