Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Duz və su

Hindli bir yaşlı usta, çırağının hər şeydən davamlı şikayət etməsindən bezmişdi. Bir gün çırağını duz almağa göndərdi. Həyatındakı hər şeydən narazı olan çıraq qayıtdıqda, yaşlı usta ona, bir ovuc duzu bir stəkan suya atıb içməsini söylədi.
Çıraq, yaşlı adamın söylədiyini etdi, amma içən kimi ağızındakıları tüpürməyə başladı.
"Dadı necədir?"- deyə soruşan yaşlı adama hirslə: "Acı" deyə cavab verdi.
Usta gülərək çırağın qolundan tutdu və çölə çıxardı. Səssizcə bir az irəlidəki gölün sahilinə apardı və çırağına bu dəfə də bir ovuc duzu gölə atıb, göldən su içməsini söylədi.
Deyiləni edən çıraq, ağızının kənarlarından axan suyu qoluyla silərkən eyni sualı soruşdu:
"Dadı necədir?"
"sərin"- deyə cavab verdi gənc çıraq.
"Duzun dadını hiss etdinmi?" deyə soruşan yaşlı adamı, "Xeyr" deyə cavabladı çırağı.
Daha sonra yaşlı adam, suyun yanına diz çökmüş olan çırağının yanına oturdu və belə dedi:
Həyatdakı iztirablar duz kimidir, nə azdır, nə də çox. İztirabın miqdarı həmişə eynidir. Ancaq bu iztirabın acılığı, nəyin içinə qoyulduğuna bağlıdır. İztirabın olduğunda etməyin lazım olan tək şey iztirab verən şeylə əlaqədar hisslərini genişlətməkdir. Onun üçün sən də artıq stəkan olmağı burax, göl olmağa çalış.


Tarix: 01.12.2014 / 15:06 Müəllif: Aziza Baxılıb: 68 Bölmə: Maraqli Hekayeler
loading...