beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qum və daş

Bir hekayədə iki yoldaşın səhrada getdiyi izah edilir. Səfərin bir nöqtəsində bir münaqişə olur və biri digərinə yumruq vurur. Yumruğu yeyənin canı ağrıyır amma bir şey söyləmədən quma belə yazır:
"Bu gün ən yaxşı yoldaşım məni şillələdi."
Bir vahəyə gələnə qədər getməyə davam edirlər və suya girməyə qərar verirlər. Yumruğu yeyən bataqlıqlığa batır və boğulmağa başlayır amma dostu qurtarır. Dostu boğulmadan xilas olduqdan sonra bir daşa belə yazır:
"Bu gün ən yaxşı yoldaşım həyatımı qurtardı".
Yumruğu atan və həyat qurtaran soruşur:
"Canını ağrıtdığımda quma yazdın,niyə indi daşa yazdın?"

Digəri cavab verər: "Biri canımızı yandırdığında quma yazmalıyıq ki, bağışlama küləyi silə bilsin, amma biri bizim üçün yaxşılıq etsə daşa həkk etməliyik ki, heç bir külək silə bilməsin.
"Ağrılarınızı quma və yaxşılıqları daşa yazmağı öyrənin."
Dəyərli bir insanı tapmaq bir dəqiqə alır. Unutmaq isə bir ömürü...


Tarix: 01.12.2014 / 14:52 Müəllif: Aziza Baxılıb: 55 Bölmə: Maraqli Hekayeler