beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xeyanet Qoxusu II hisse

Davami...
−Ele yox, sağ eli geri çekib, solu qarşıya uzadırıq. He, bax bele. – meydandakı oğlanın dayanışını diger telebelerine gösterdi. – Bu veziyyetde sol el zerbeye hazır görünse de, esas gücü sağ ele veririk. Bununla reqibin diqqetini sol elin zerbesineyöneldirik. O sol terefden müdafiyeye hazır olduğu halda, sağ terefin qefil zerbesinden hetta nakauta gede biler. Solaxaylar, sağ eli solla evez ede bilerler. Burada mehz hansı el ile vurmaq vacib deyil, reqibin diqqetini işlek olmayan terefe yöneltmekdir. Başa düşdünüz? −Beli. −Başa düşdük. Elşeni yerine ötürüb, Feridi çağırdı: −Sen gel bura. Men reqibinem. Fendini istifade elemelisen.Bele tesevvür edek ki, men senin fendinden xebersizem. Amma yadında saxla, reqibin bu fendi bilmeye biler, amma ele başqa fendden de istifade eder ki, senin bundan xeberin olmaz... Odur ki, tekce bildiyini tetbiq etmek lazım deyil. Diqqetli adam qarşı terefin de meqsedini tutmalıdır. Başla görek! Oğlan müelliminden öyrendiyi fendi tetbiq etmek üçün ireli atıldı. Baxmayaraq ki, evde bunu meşq etmişdi, hetta bayaq zala gelenden beri de neçe defe tekrarlamışdı, amma müellim deyirse, demek elemelidir. Gözel bilirdi ki, o, heç neyi ele-bele, sebebsiz demez. İndi daha arxayınlıqla döyüş veziyyetini aldı. Rauf gözlenilmeden onun ayaqlarına baxdı. Feridin diqqetinin yayınmasına bu kifayet etdi ki, Raufun qefil zerbesinden küreyi üste qalın ve sert döşeyin üstüne çırpılsın. −Bax bu, tamam yeni dersimizdir. – yıxılan oğlana elini uzadıb, qalxmağa kömek etdi. – Özüne emin reqibi tekce el-qol ve diger hereketlerle çaşdırmaq olmaz. Bunda her bir ezamızın rolu ola biler. Baxış fendi esas fendlerden biridir. Bunu her bir reqibin bilmesi ehtimalı var. Amma, hetta en güclü ve tesirli fendlerden xeberdar olsaq da, en esası işlenme yerini bilmek lazımdır. Reqibin buna hazır olmadığı meqamı tutmaq lazımdır.Sonra yanında dayanıb qaşqabağını tökmüş Feridi süzdü: −Tekce çalışmaqla deyil ki. Diqqetli olmalısan, özün de nese keşf etmelisen. Xoşum gelir de bele şagirdlerden... – kenarda sakitce dayanmış 20 yaşlı oğlanı gösterdi: −Elşen kimi. Arxaya dönende hiss etdi ki, kimse azacıq aralı qalmış qapıdan onlara göz qoyur. Bu Maya idi... Rauf zalın künc hissesine yerleşdirilmiş yığcam stola yaxınlaşdı. Üstüne qoyulmuş sudan stekana süzdü. Gözucu lap azacıq aralanmış qapıya nezer saldı. Heç ne görünmese de, bildi ki Maya hele de onlara baxır. Stekanı stolun üstüne qoyub, geri döndü: −Siz davam edin! – otağa teref getdi. * * * O çox süretli oxuyurdu. Hele de kimise inandıra bilmirdi ki, orta qalınlıqda her hansı kitabı birce güne oxuyub başa vurur. Özü de başqa işleri, dersleri texire salmadan. Hetta bir defe qardaşı ile mercleşmişdi de. Onun bele süretli oxuduğuna inanmayan Nicat bacısının bir güne oxuduğu kitabı eline alıb, ordan-burdan suallar vermişdi. İndiki kimi yadındadır, en sevimli yazıçıarından birinin eseri idi. O qeder beyenmişdi ki, o eseri. Hetta hemin kitabdakı en çox beyendiyi qaraqabaq, temkinli, temiz ürekli ve sade xefiyye obrazının portretini yaratmışdı. Hansı ki, yaxın vaxtda teşkil olunacaq resm sergisinde hemin portret de nümayiş olunacaqdı... Yene de adeti üzre müelliminin verdiyi tapşırığı süretli, amma diqqetle oxudu. Otağa tekrar göz gezdirib, qapını bir azacıq araladı. Oradan böyük zal çetinlikle görünse de, baş verenleri görürdü. Müellimine heyretle baxırdı. “Telebeleri ona nece de hörmet edirler, demeli o qeder de pis adam deyil. Amma yazıq oğlanı yere ne berk çırpdı. Men olsaydım sesküyüm alemi tutmuşdu. Heç sesi de çıxmadı. Ya da özünü sındırmadı. Bu oğlanlar qeribe mexluqlardır. Canın ağrıdı, azacıq da olsa sesini çıxar, yüngülleş de... Amma müellim de yamandır. Bele bacarıqlıdırsa, yeqin özüne yaman arxayındır. Kaş men de bilerdim o fendlerden.” Müellimin geldiyini görüb celd yerine qayıtdı.Raufun diqqetli nezerleri altında özünü itirdise de, biruze vermemeye çalışdı. −Çox süretli oxuyursunuz. – Rauf kresloya eyleşdi. Maya teeccüblendi: −Beli. Hardan bilirsiniz? Rauf ona teref baxmadan, noutbuku işe saldı: −Hetta bizi pusmağa da vaxtınız çatdı.Hemin an Mayanın pertliyini tesvir etmek mümkün deyildi. Utandığından ne edeceyini bilmedi. Axı pis meqsedle etmemişdi bunu. Sadece çox maraqlı gelmişdi. Heç vaxt bele canlı meşq sehnesi görmemişdi. Pis niyyeti yox idi axı. Amma indi müellimi onu pis başa düşecekdi. Ne pis oldu. Axı niye yaxınlaşdı o qapıya. −Müellim, men ele-bele... Pis niyyetim yox idi. Maraqlı geldi, ona göre, – utandığından pörtlenmiş üzünü gizlemeye çalışdı - fendlerinize baxırdım. Rauf onu maraqla süzdü.Utananda ne qeşeng görünürdü bu qız. Doğrudan qeşeng qız idi. Amma onun Aytacına heç kes tay ola bilmezdi. Onun Aytacı... – kinayeli gülümsedi – yox, hansısa bankir oğlunun Aytacıdır artıq. Onun Aytacı qelbinde qaldı, ebedi xeyallarında defn olundu. Bu başqa, yad biridir... −Müellim, inanın... −Narahat olmayın, facie baş vermeyib. Diqqetle oxudunuz? Maya qızarıb, allanmış üzünün istiliyini elinde hiss etdi: −Beli... −Onda, başladıq! * * * Eve çox qanıqara geldi. Evdekilere hiss etdirmemek üçün telesik salamlaşıb, otağına keçdi. İrade xanım qızının ardınca gelib, qapını açdı: −Yorulmusan? Paltarını tez deyiş, gel nahar ele. −İstemirem. −Niye? Ders oxuyursan, ac qarına ders girer başına? −İndi istemirem, birazdan. İrade xanım qızının qeşeng gözlerine baxdı: −Hazırlıq nece keçdi? −Normal... −Nese öyrede bilir axır? −He ana, öyredir. Çıx, paltarımı deyişim. İrade xanım gülümsedi: −Yaxşı, deyiş. – çıxıb, qapını örtdü.Maya tenbel-tenbel dolabını açıb, gündeliyi götürdü. Yazıstolunun arxasına keçdi: 7 mart, 2011 “Salam, eziz gündeliyim. Bu günüm pis başlamamışdı. Mektebe getdim, sabahkı bayram münasibetile qadın müellimlerimize hediyyelerimizi payladıq. Elece de sinif oğlanlarımız pul yığıb qızlar üçün hediyye almışdılar. Menim payıma qeşeng bir oyuncaq it düşdü. Sinif yoldaşlarımın hamısının xetrini olduqca çox isteyirem. Oğlanlarımız da bizimle mehriban, hörmetle davranırlar. Hediyyeni dolabımın üstüne qoydum. Hemişe baxanda onları xatırlayacam. He, neyse, birinci dersden icaze alıb, eve geldim. Sonra da fizikadan ilk hazırlığıma getdim. Hazırlıq ne hazırlıq... Ele pert olmuşam ki, hele de yadımdan çıxmır. Axı müellimim hem de idman müellimidir. Men onun otağında olanda, o da zalda meşq keçirdi. Tapşırığı oxudum, sonra da maraqlı geldi,qapının arasından zala baxdım... Axı döyüş filmlerini de xoşlayıram. Her şeyle maraqlanmağım da başıma beladır lap. Sen deme bu müellim menim baxdığımı görübmüş. Üstelik üzüme vurdu gördüyünü. Hele bir sonra da deyir ki, “Narahat olmayın, facie deyil.” Adama deyerler, facie deyildise, niye meni pert edirdin? O qeder acıqlıyam ki. Bu müellimden heç xoşum gelmir, heç! Birce hazırlığı başa vursaydım...” Durub paltarını deyişmek isteyirdi ki, el telefonunun melodiyası seslendi. Zeng vuran Efsane idi: −Salam, ay qız. −Salam. – kefsiz halda dillendi. −Hardasan, gelmisen eve? Maya corablarını çıxardı: −He, evdeyem. Efsane telesik yekunlaşdırdı: −He, tez get telefonun yanına, eve zeng vururam. Kontur azdı. Maya ağır addımlarla dehlize çıxdı. Qonaq otağı ile yataq otağının kesişmesinde dehlize qoyulmuş telefon aparatına yaxınlaşdı. Eyni vaxtda telefon zeng çaldı: −He, Efsane. −İncime, kontur yox idi. Qulaq as, hazırsan? Maya teeccüblendi: −Neye? Efsane hövseleden çıxdı: −Bilmirem axır vaxtlar sene ne olub? Qocalırsan deyesen... Hediyye almağa getmeyecekdik?! Maya vaysındı: −Vay, vay! Gör nece yadımdan çıxıb. Başım dolub ele bil. −Sene ne olub? Yaxşısan? −Boş ver, yolda danışaram. Sen çıx, men de bu deqiqe çıxıram. −Yaxşı, tez gel. −Helelik. Celd otağa qayıdıb, corablarını geyindi. Yüngül bir çanta götürüb, pulunu, telefonunu, el desmalını ona yerleşdirdi. Metbexde eyleşib televizora baxan anasının yanına qaçdı: −Ana, Efsane ile tecili bir yere gedirik. İrade xanım döndü: −Ne tecili? Xeyirdi? Maya eyilib onun üzünden öpdü: −He, xeyirdi, xeyirdi. Men qaçdım. İrade xanım onu rahat buraxdı. Hara getdiklerini başa düşmüşdü... −Tez gelin. −Yaxşı. Helelik. Binadan çıxıb, yaxınlıqdakı dayanacağa teref telesdi. Bu dayanacaq, hem Efsanegilin, hem de Mayanın yaşadığı binalarının arasında en ortaq nöqte idi. Onlar bir sinifde oxuyurdular. Hetta, bir partada eyleşirdiler. Neçe iller idi ki, mektebe de bu dayanacaqda görüşüb gedirdiler ve bu ilden hazırlığa da. Herden Efsane zarafat edirdi ki, “bu yerde görüşüb ali mektebe de birlikde gedeceyik, hele desen işe de”. Uzaqdan Efsanenin tünd göy penceyini tanıdı. Hemişe o baş-bu başa var-gel ede qız, indi qısılıb bir küncde dayanmışdı. Bir az da yaxınlaşanda onun düz yaxınlığında dayanmış iki oğlan diqqetini çekdi. İkisi de qızın etrafında fırlanır, ona ne ise söz atırdılar. Refiqesinin kömeksiz veziyyetde olduğunu görende birteher oldu. Gör ha, bu yaramazlar öz doğma şeherinde, öz xalqının qızını incitmek fikrine düşmüşdüler... Efsane de Mayanı görüb sevindi: −Şükür! Harda qalmısan? Maya onun qoluna girib, sekiye teref çekdi: −Bu axmaqlar ne isteyir? −Bilmirem, nese boş-boş danışırlar. Maya gözucu arxaya baxdı. Oğlanlar bayaqkı yerlerinde dayanıb, onlara baxırdılar. Efsaneni dartdı: −Tez-tez gedek. −Nolub, gelirler? – Efsane geriye boylandı. Maya acıqlandı: −Ay qız, baxma! Nese, heç xoşuma gelmedi bu veziyyet. Efsane çiynini atdı: −Heç ne eleye bilmezler. Fikir verme! Hara gedek evvel? Maya mızıldandı: −Ne bilim? Men etir, bir de gül alacam. Pulum buna çatır. −Men de etir almaq isteyirem. −Hm, yaxşı. Onda Süsen müellimegilden aşağı terefdeki parfüm mağazasına gedek. Orda qeşeng brendler olur. Özü de ele baha deyil. Efsane razılaşdı: −Gedek de, ne deyirem. Beri bax, nolub sene? Sen canın, qaşqabağını tökme. −Ele bir şey deyil. Efsane el çekmedi: −Dedin danışacam. Dosta bax da... Maya deyindi: −Heç ne... Bugünkü fizika hazırlığı bir qepiye de deymez. Müellimden de heç xoşum gelmir. −Öyrede bilmir? −Öyretmeyine öyredir. Amma çox özünden razının biridir. −Neyleyib ki? −Onun idman meşqine baxırdım. Düzdür, xelvet baxırdım. Amma maraqlı geldi, baxdım. Sen deme o da görüb baxdığımı. Efsane güldü: −Tergitmedin de her şeyle maraqlanmağı. Heç xeyirli xasiyyet deyil. Maya elini yelledi: −Ehh... Neyse. −Ele buna göre pozulub kefin? Ne var ki burda, başa düşmedim heç ne. −Yox. İçeri qayıdanda üzüme vurdu gördüyünü. Sonra da deyir, narahat olma, facie deyil.Tesevvür ele bir. Efsane fikirleşdi: −Belke ele eleyib ki, bir de tekrarlamayasan? - elave etdi. Maya başını buladı: −Başqa cür eleyerdi. Ne bilim, axır heç yadımdan çıxmır. Efsane birden döndü: −Dayan, hem de idman müellimidir dedin? −He... −Onda cavan qalar yeqin. Maya gülümsedi: −Ele cavandır da. −Doğurdan? Ne yaşda olar ki? −Mence 26-27. Efsane teeccüblendi: −Yaxşı da. Hardan tapmısınız onu? Maya çiyinlerini çekdi: −Ne bilim, Müzeffer dayı meslehet görüb atama. Efsane öz-özüne danışdı: −Genc şagird ve genc müellim. İndi bildim seni niye cırnadır. Maya ters-ters baxdı: −Boş-boş danışma! O müellimdir, men şagird. Özü de sen deyen adamlardan deyil. Çox ciddi, qaraqabaq biridir. Hem de kobud, özündenrazı! Efsane güldü: −Yaxşı, yaxşı. Sen lap barıtsan ki. – Birden arxaya baxıb, tez döndü. - Maya... −Nolub? −Gelirler... −Kim? – soruşdusa da, özü arxaya boylandı. Tez de döndü: −Axmaqlar! Bunu gören oğlanlar üreklendiler. Qızların onları gözlediklerini zenn edib, onlara çatmağa çalışdılar. Maya ve Efsane artıq binaların arasındakı yola dönmüşdüler. Burada geliş-gediş daha az idi. Maya narahat oldu: −Ay Allah! Bunlar hardan gelib çıxdılar? Bu vaxt düz arxada ses eşitdiler: −Göresen bu gözeller hara gedirler? Efsane hirslenib ağzını açmaq istedi, amma Maya onun elini berk-berk sıxdı. Onların dinmediyini gören diger oğlan el çekmedi: −Men yanmaz idim ey yar, Nazın meni yandırdı.... Maya ciddi sesle geri dönmeden dillendi: −İndi seni ele yandıracam, oduna qohum-eqreban isinecek. Oğlan daha da cüretlenib, onun qolundan tutdu: −Teki meni sen yandır. Maya qıpqırmızı pörtdü, bir anlıq özünü itirdi. Efsane de qorxaq nezerlerle özlerinden böyük ve boy-buxunlu oğlanları süzdü. Birden Maya diqqetle oğlanın ayaqlarına baxdı. Oğlan da eyni istiqametde baxanda, gözlenilmeden dizi ile onun qarnına möhkem zerbe vurdu. Bu ele ani baş verdi ki, diger oğlan da özünü itirdi. Bundan istifade eden Maya, üstü demir qayışlı çantanı oğlanın başına çırpdı. Amma buna ehtiyac yox idi. Onsuz da oğlan qarnını tutub, aşağı çökmüşdü. Teşvişe düşmüş yoldaşı oğlanın qoluna girib onu uzaqlaşdırmağa çalışdı: −Delidir ki, bu. Vehşi pişiye oxşayır. Oğlan zarıyıb ayağa qalxdı: −Qalsın qulluğunda! Onların uzaqlaşmasına nezaret edib, arxaya çevrilen Maya heyecandan esirdi: −Axmaqlar, edebsizler! Bize düşmen heç ne eleye bilmez. Ne eleyir bunlar eleyir. Men başa düşe bilmirem. Yeni, bunların anasına, bacısına qarşı bele eleyende xoşlarına gelir? Efsane de qorxmuşdu. Amma hem de gülmek tutmuşdu: −Aferin sene vallah! Senin yerine men qorxdum. Birden qayıdıb seni vurardı. −Buna cesareti çatmazdı. −Niye? −Ona göre ki, üz vermemişik. Efsane perestişle dostuna baxdı: −Sen canın, hardan ağlına geldi bu? Maya güldü: −Bu günkü hazırlıq ehvalatının yegane xeyri... Müellim meşqde uşaqları öyredende gördüm.
Xeyanet qoxusu (VIII hisse)
Eve gelenden beri otağından çıxmamışdı. Bezi yerlere zeng edib Elçin Talıbovun qetli ile elaqedar bütün senedleri, melumatları toplamışdı. İndi noutbukun arxasında eyleşib, elinde olan bütün delilleri oxuyurdu. Otağın qapısı döyüldü, ardınca atası Mahir içeri girdi: −Ne iş görürsen? Rauf ayağa qalxdı ve yeniden eyleşdi: −Heç, bir-iki yazı var, ona baxıram. Atası yaxınlaşıb, noutbukun ekranına baxdı. Gözleri zeiflemişdi. Yaxşı seçe bilmediyi üçün köyneyinin cibinden eyneyini çıxardı. Rauf dinmedi. Mahir uzun müddet müsteniq ve son iller prokuror işlemişdi. Amma hekimler ona ürek xesteliyi diaqnozu qoyandan sonra, istefaya çıxmalı olmuşdu. Peşesine bağlansa da, sevse de, oğlunun bu yolda olması o qeder de üreyince deyildi. Bilirdi ki, çetin olacaq. İncidecekler. Vicdanlı, temiz işçiler çox çetinlikle üzleşirdiler... Daha nelerden keçmirdi onlar. Ele ona göre tez zamanda ürek xesteliyi tapdı Mahir. Özü de çox tehlükeli növünden. Hem de ürek xesteliyini tekce özü tapmamışdı. Heyat yoldaşı Gülnaz xanım da, eyni tehlükeni, eyni heyecanı onunla yaşamışdı. Geceler qefil harasa çağırılanda, yuxusuna qor qatırdılar qadının. Uşaqları yatırdıb, bütün geceni eli qoynunda keçirirdi. Heyecan, qorxu... Odur ki, onun da sinirlerinden, sağlamlığından tesirsiz ötüşmemişdi bu iller... Elxan hekim olmaq isteyirdi. Onun bu arzusu evde böyük sevincle qarşılanmışdı. Atası da en yaxşı müellimler tapıb, onu hazırlaşdırırdı. Yüksek balla Türkiyedeki ali mekteblerden birine, cerrahlığa qebul oldu. Ürek cerrahlığına... Amma Rauf, atasının da, anasının da narazılığına baxmayaraq, onları yola getirdi. Hele lap uşaqlıqdan olan arzusunun ardınca getdi. Hüquqa sened verdi, qebul oldu. Bacarıqlı, ağıllı, mentiqli düşüncesine göre, gücüne, qüvvetine göre hamıdan seçilirdi. Onu elave hazırlıq üçün bir illik kursa da göndermişdiler xarice. Mahir hemişe uşaqlarına oyuncaq alanda, Rauf tapança, silah isteyirdi. Deyirdi “ata, böyüyüb banditleri, pis adamları tutacam. Adam öldürenleri öldürecem”. Bele deye-deye de, nevaxt böyüdükleri, bu yaşa çatdıqları hiss olunmadı. Arzusuna çatmışdısa da, atası gizlince xahiş edib tapşırmışdı ki, onu helelik de olsa ehtiyata keçirsinler. İndi hem karate ve kinqbox dersleri üzre idmançılar yetişdirir, hem de esl peşesinin ardınca gedirdi. Mahir qaşlarını çatdı: −Bunlar neyine lazımdı? Rauf yalan demek istemedi: −Teze işdir. Mahir ciddi baxışla oğlunu süzdü: −Demişdim axı, bele işleri götürme!... O qeder yüngül iş var ki. −Bes hamı yüngüle qaçsa? −Başa düşürem seni. Amma sen de ananla meni başa düş. Rauf gileylendi: −Hemişe her xırda şeye göre narahat olursunuz. Bele şeyden heç xoşum gelmir. Mahir başını bulayıb, divanda eyleşdi. Boy-buxunlu, yaraşıqlı oğlunu sanki neçe iller görmürmüş kimi diqqetle süzdü. Üreyinden çox şey keçirdi, lap çox... O da övlad toyu görmek isteyirdi. Dünyadakı bütün valideynler kimi bele şeyler düşünende üreyine serinlik gelir, üzüne tebessüm qonurdu. Bu yaxınlarda heyat yoldaşı ile ikilikde söhbet edende söhbet geline, neveye çatdı. Mahirin qızı yox idi. Ona göre de Mahir hemişe deyirdi: Gelinimi qızım kimi isteyecem. Üreyi ne istese alacam ona. Qoymayacam zerrece xetrine deyen olsun.Hele neveleri düşünende ne hissler keçirirdi. Üreyi telesirdi neve qığıltısı, neve şıltaqlığı, nadincliyi üçün... Qaşlarını düyünleyib, neyise diqqetle oxuyan oğluna baxıb, yene eyni xeyalları qururdu. −Rauf... – sesi birteher çıxdı. Bunu hiss eden oğul diqqetle atasına baxdı. İlahi, iller insanı nece deyişermiş. Ne vaxt deyişildi atası bele. Möhkem bedenli, şux, sıx qara saçlı atasının evezine üzünün bezi yerlerinde derin qırışlar yaranmış, saçları çallaşmış bir kişi dururdu. Evvelki gümrah görünüşünü tam itirmese de, yaşlanmışdı atası... Nece olub ki, bunu bu günedek görmeyib, duymayıb. Her gün bir süfre başına eyleşende bu deyişiklik niye onu celb elemeyib. Üreyinin derinliyinden bir sızıltı keçdi. Sanki, ata ve oğul bir-birlerinin fikirlerini oxumuşdular. Bu deyişikliyi, duyduqlarını baxışları ile biri-birilerine etiraf edirdiler. Rauf baxışlarını çekdi. Atası onu çağırdı: −Gel yanımda otur, çoxdan bele danışmırıq. Rauf itaet etdi. Mahir ireli eyilib, birleşdirdiyi ellerini dizinin üstüne dayadı. Oğluna teref baxmadan dillendi: −Bilirsen menim neçe yaşım var? Rauf dodaqaltı mızıldandı: −Bu il 55 olacaq. −Bes mene ne qeder yaş verersen? O, atasını süzdü: −Ele o qeder. – yalan danışdı. −Mene yox da. Rauf susurdu. Gözel bilirdi ki, atası neden danışacaq. Anası bu defe onu daha ciddi danışmağa tehrik etmişdi. Heç olmasa, yene ananı yola vermek olurdu. Amma atasından çekinirdi. Bu mövzuda hemişe perde olmuşdu aralarında. Heç vaxt bele açıq danışmamışdılar. Hetta evvel Aytac ile qarşılaşanda da, meseleni yalnız anasına açmışdı. Narahat halda yerinde qurcuxdu. Atası sert baxışlarını oğlunun üzünde saxladı: −Etiraf etmek istemirsen... Bele-bele, heç hiss elemeden meni de itireceksen, ananı da. Rauf nese demek istedi, amma atasının zehmli sesinin yaratdığı abu-havanı pozmaqdan çekindi. −Oğlum, hamı kimi arzu-kamım var. Eger qardaşın evlenmek isteseydi, lap ele evvelce onu evlendirerdik. Amma Elxan and içib ki, sen evlenmesen evlenmeyecek. Gör inadcıllığın ne qeder adamın xoşbextliyine mane olur. Rauf mızıldandı: −Mene çox da bel bağlamayın. Mahir ciddileşdi: − O söz deyil, danışırsan. Geldim seninle söhbet eleyim. Eger zerre qeder mene, yaşlı anana hörmetin varsa, qız tap, evlen. Ya da men evime üreyim isteyen gelini getirecem. Başqa variantın yoxdur! – Ayağa durub ağır-ağır qapıya doğru getdi, dönüb başını aşağı dikmiş oğluna baxdı. - Eger hörmetin varsa... Rauf esebi halda noutbukun arxasına keçdi. Ele hövseleden çıxmışdı ki, işleye bilmeyeceyini başa düşdü. “Ne işe düşdüm amma. Evlenmek istemirem de, ne mecburdur. Ax seni Elxan, bunun da inadına bax. Meni başqa cür yola getire bilmir deye, xoşbextliyini qardaşının ixtiyarına verir. Aytac... Gör meni ne hallara saldın. Gör sene göre ailem de nece eziyyet çekir. Sen ise yeqin indi yeni sevgiline mehebbetden dem vurursan. Yeqin başını doldurursan ki, guya o ilk mehebbetindir, guya ondan başqasını seve bilmemisen. Guya arxanca sürünenler içinde qelbini ele ala bilen tekce o olub. Yox, yox, sene nifret etmeye haqqım var. Özü de çox var! Bu dünyada kime inanmazdımsa da, senin qelbinin paklığına nece de sadelövhcesine aldanmışdım. Meleklere tay tuturdum seni. Qadınlar senin timsalında ucalmışdı gözümde. Öz ucalığını da itirdin, qadınları da alçaltdın. Get, bacarsan xoşbext ol!” Kino kadrları kimi bir-birini evez eden şirin, eyni zamanda acıdan-acı xatirelerini beyninden qovmaq istedi. Evlen deyirler. En pak bildiyin, tanıdığını sandığın biri bele çıxandan sonra, başqalarına nece inansan axı? Nece tapasan özüne layiq olanı? Birden-bire Mayanı xatırladı nedense... Amma heç ne duymadı, heç ne hiss etmedi. Sadece haradansa, birden-bire yadına düşdü... Yeqin onun da isteyi bütün qızlar kimi varlı adamla aile qurmaq, var-dövlet içinde yaşamaqdır. He de, hamı kimi! Amma ümumilikde qeribe qızdır. Hele özüme ne qeder acığım tutdu. Nece oldu ki, ona yazığım geldi. Yeni, bele hessas olmuşam?! O gül istedi, ala bilmedi ancaq. Pulu çatmadı. Ne olsun, başqasını alacaqdı. Onun meyusluğu meni nece yoldan çıxardı?! Onsuz da anasına verecek hemin gülü. Özü de başa düşdü ki, anasını nezerde tutub almışdım. Neyse, bu qız hardan düşdü yadıma..." – Özünü qınadı. Qalxıb vanna otağına keçdi. El-üzünü soyuq su ile yudu. Azacıq gözüne tökülmüş saçlarını yaş elleri ile geriye hamarladı. Boynuna su çekdi. Suyun temasını hiss etdikce, ele bil bir az rahatlaşırdı. Telefonu seslendi. Öz-özüne deyindi, “Allah xeyir elesin!” −Beli?! −Salam Rauf, İlqardır. −Salam, tanıdım. −Men ofisdeyem. Arxanca adam gönderirem. Yarım saata orada olacaq. Rauf etiraz etdi: −Özüm gelecem. −Tapa bilersen? −Taparam. −Yaxşı, onda gözleyirem. Otağa keçib qurulandı. Telefonun melodiyası tekrar seslendi. Gizledilmiş nömreden zeng vururdular. Elxanı xatırladı. Bezen xaricden vurulan zengler gizli nömre kimi görünürdü. −Beli?! −Raufdur? −Beli! Danışan adamın sesi çox boğuq gelirdi. Hiss olunurdu ki, sesini deyişmeye çalışır. Hetta deyesen ağzına desmal da tutub. −Yaşamaq gözeldir? Rauf söhbeti uzatmağa çalışdı: −Berkden danışın! – celd noutbukun arxasına keçdi. −Deyirem, yaşamaq gözeldir? - Raufun onu eşitmediyine asanlıqla aldanan namelum şexs esebi sesle tekrarladı. Rauf barmaqlarını iti hereketle klaviaturanın üzerinde gezdirdi, “Nömreme gelen zengi tecili araşdırın!”. Gönderme düymesini vurdu. −Çox gözeldir. Duymaq isteyirsinizse, desmalı ağzınızdan çekin, boğularsınız... - Rauf temkinle dillendi. Namelum sesin sahibi esebileşdi: −Deyesen zarafat elemekden xoşun gelir haa... Rauf gülümsedi: −Elbette, ömrü uzadır. −Amma men zarafatı xoşlamıram. Qulaq as, öz başına iş açma! Onsuz da heç ne alınmayacaq. Sonra deme ki, xeberdar elemedim... Namelum adamın hede-qorxusu Raufu hövseleden çıxarmırdı, eksine onunla söhbeti uzadaraq hem vaxt qazanır, hem de qatilin nece herekete geldiyinden hezz alırdı. −Eksine, men de sizi xeberdar edirem, özünüzü nahaq yere yorursunuz. Çox nahaq. Boğuq ses bir az xırıldadı: −Özüne çox güvenme! Rauf noutbukun ekranında görünen mesajı açdı: “Zeng şeher telefonundan vurulub. İçeri şeher metrosunun yanından. Telefonunuz dinlenilir. Zengi uzatmağa çalışın. Adamlarımız gönderilib”. Rauf ani susub, dillendi: −Hm, niye düşünürsünüz ki, heç ne eleye bilmerem? Amma deyesen reqib şübhelenmeye başladı: −Men sözümü dedim! – deyib, desteyi asdı. Rauf celd telefonu rehberindeki nömrelerden birini yığdı: −Celd olun, elaqe kesildi. −Göndermişik. - kimse aramla cavab verdi - ehtimalında olan biri var? −Bir onu bilirem ki, pis adamdır. – Rauf gülümsedi. −Ehtiyatlı ol! −Telefonuma qoyulan dinlemeni qaldırın. −Yaxşı. Üç deqiqeden sonra mesaj geldi: - “Hedef uzaqlaşa bilib”. Gödekçesini geyinib olduqca sakit dedi: −Qoy uzaqlaşsın. Dünya küredir, yene rastlaşacağıq... *** Maşını böyük, büsbütün şüşeli bir binanın qarşısında saxladı. Qapıda dayanmış iki “nehengin” arasından keçmek istemedi, onsuz da imkan vermeyecekdiler. Amma ele bu vaxt bayaqdan Raufu gözleyen İlqar onun geldiyini pencereden gören kimi, qapıçılara onu buraxmaq emri verdi. İçeri kifayet qeder bahalı materiallarla temir olunmuş ve ele bahalı da mebel ve avadanlıqlarla temin edilmişdir. Liftle yuxarı mertebeye qalxdı. Qebul otağında katibe ile öteri salamlaşdı. Katibe qız Raufu başdan-ayağa süzdü: −Rauf Şıxov? −Beli! −Keçe bilersiniz. Kabinetde İlqardan başqa da beş nefer var idi. Rauf hamısını başı ile salamlayıb, İlqarla el tutuşdu: −Qeşeng ofisdir. İlqar gülümsedi: −Çox sağ olun. Deqiq adamsınız, düz vaxtında geldiniz. – Sonra üzünü eyleşib maraqla bu cavan oğlanı süzenlere tutdu. – Bu dediyim Rauf Şıxovdur. Genc zabitdir. Rehmetlik Elçinin işini o araşdıracaq. Rauf gülümsedi: −İnşallah! İlqar, sizinle razılaşıram. Qonağını maraqla süzdü: −Nede? −Bu ölüm tesadüfü qetl deyil. İlqar dirçeldi: −Nece meger? −Artıq qatil menimle gizlenqaç oynamağa başlayıb. İlqar teeccüblendi: −Nece? Eyleş, xahiş edirem. Etraflı danış. Rauf deri üzlüklü yumşaq divanda eyleşdi: −Zeng edib meni hedelediler. İlqar esebleşdi: −Ay seni, azadlıqda kef edir. Hele hedeleyir de bir. −Hmm... İlqar fikirli halda başını qaldırıb, oturanları gösterdi: − Heç teqdim etmedim bizimkileri. Bu, böyük yeznem Kamran Eliyevdir – sıx saçları çallaşmış, 55-56 yaşlı kişini gösterdi. Rauf başını terpederek salamlaşdı. −Bu, kiçik yeznem Mirehmeddir. Mirehmed Babayev. – İlqar ondan sağ terefde eyleşmiş kişini gösterdi. −Bu ise hemin o yaralanan cangüdendir. Canlı-cesedli bir oğlan olan Efqan başı ile salamlaşdı. −Bunlar da, - kenarda yanaşı eyleşmiş orta yaşlı kişini ve 30-33 yaşlı başqa kişini gösterdi. - sürücüleri idi... Rauf tutqun halda dillendi: −Doğrusu, tek-tek danışacağımızı güman edirdim. İlqar etiraz etdi: −Buna ehtiyac görmürem. Özümüzkülerdir. Rauf qaşqabağını tökdü: −Hele indi başlamışıq, artıq ikinci şerti pozursunuz. İlqar ani duruxub, güldü: −Yaxşı, Rauf, yaxşı. Nece isteyirsen. Bizde boş otaq tapılar. −Bu yaxşı xeberdir. – deyib, ayağa qalxdı. Yığcam, lakin işıqlı otaqda ikisi tek qalmışdılar. Rauf qarşısında eyleşmiş qaşqabaqlı oğlanı süzdü: −Adınız nece oldu? −Efqan. −Hm, Efqan. Siz merhumun cangüdeni olmusunuz. Bes nece oldu Elçine xeber vere bilmediniz? −Deyesen demeyibler ki, men yaralanmışdım. – Oğlan kobud cavab verdi. −Ses salıb, xeberdarlıq ede bilerdiniz. −Dedim axı, yaralı idim. Heç men de bele şey gözlemirdim. Sesboğucu var idi tapançasında. Men yıxıldım, amma qışqırdım. Sonra da qatil otağa girdi. Qalanın da bilirsen. Rauf ani fikre getdi. Sonra yene acıqla oğlanı öteri süzüb, baxışlarını onun gözlerinde saxladı: −Hadise vaxtı ofisde ikiniz olmusunuz? −Nahar fasilesi idi de, başqa nece olmalıdır? Hamı nahara getmişdi. −Bes Elçin Talıbov niye getmedi? Efqan karıxdı: −Hardan bilim? Ele şeyleri bizimle meslehetleşmirler. Dedi naharı ofise sifariş verim. Men de verdim. −Qapıçılar harada idi? Naharda? – Rauf kinayeli soruşdu. Efqan ani susdu. Çiynini çekdi: −Bilmirem niye, amma ele bil tek qalmaq isteyirdi. Qapıçı oğlanlara dedi ki, çöl soyuqdur, gedin eve, bir az istirahet edin. Hele mene de dedi ki, sen de get. Razılaşmadım. Raufun qaşları düyünlendi: −Belke kimise gözleyirdi? −Bes onda bizi eve göndermek neye lazım? Onsuz da qonaqları otağında qebul edirdi. −Sence Elçin nece adam idi? – Rauf gözlenilmeden soruşdu. Efqan çaşdı: −Nece ki? −Münasibetiniz nece idi? −Fikirleşirsen ki, onu men öldürmüşem? Qatil tapılıb, cezasını çekir, hele ondan beterini çekdirecekler ona... Amma pula göre atılmısız ortalığa, alemi qatırsız bir-birine. Neyime lazım idi onu öldürmek? Çöreyim, pulum ondan gelirdi. Maşın vermişdi, ev vermişdi. Yaxşı davranırdı. Ne isteseydim de vererdi. Niye öldürüm? Rauf sakitce onun hereketlerini izledi, temkinle başını buladı:
− Efqan, insan qeribe mexluqdur, herden öz oturduğu budağı da baltalayır... - ve nedense birden Aytacı xatırladı, - men demedim sen öldürmüsen. Bu işi araşdırmağı boynuma götürmüşem, bunu elemek de vezifemdir. Ele hamınızı sorğuya tutmaq da!
− Qatili tezeden hebs edeceksen?
− Efqan, belke de bu güne qeder esl qatilin başqası olduğuna emin deyildim, amma bir saat bundan evvel meni buna inandırdılar.Möhkem inandırdılar...
Efqan heç ne başa düşmeyerek çiyinlerini çekdi.
* * *
Maya artıq dördüncü defe idi ki, müellimine zeng vururdu.Hazırlıqdan gelenden sonra axşam baxıb görmüşdü ki, tapşırıq defteri zalda qalıb. Fikirleşmişdi, sabah dersden çıxanda gedib götürer.
İndi Raufa ne qeder zeng vururdusa da, telefonu bağlı idi.Maya deyindi:
− Bes indi neyleyim? Sabaha hazırlıq var, defter de orda. Deyecek ki, hele ilk günden bele mesuliyyetsizsen.
Efsane teselli vermek istedi:
− Ne edesen bes? Seni ele pert etmeyinin qarşısında özün yaddan çıxmamısan, hele
şükr ele.
Maya mezemmetle refiqesine baxdı:
− Sen de ki. Ne de olsa, ilk növbede şagirdem.
− Hemişe özünü günahkar çıxar.
− Öz sehvini tutmayanın başqasında sehv axtarmağa haqqı yoxdur! – Maya atasının hemişeki sözünü tekrarladı.
− Pah, başladı da filosof.
Maya zarafatı tutmadı:
− Bes men neyleyim?
Efsane birden döndü:
− Belke gedek zala? Zeng etmeyin menası yoxdur.
− Ne danışırsan? Özüne xeber elememiş? Belke heç orda yoxdur?!
− Bes harda olacaq ki?!
Maya başını buladı:
− Ele söz deyirsen. Bu adamın dersden başqa işi-gücü yoxdur?
Belke ya evdedir, ya sevgilisinin yanında... – gizli qısqanclıqla dedi.
Onun udqunması Efsanenin gözünden qaçmadı. Mayanı sınamaq istedi:
− Yeqin qeşeng qız olar. Ele yaraşıqlı oğlan ele-bele qıza yanaşmaz ki...
Maya qaş-qabağını tökdü:
− Bize ne. Onun heyatını araşdırmıram ki. Mene ders lazımdır.
− Gedek zala.
Maya ciddileşdi:
− Bilirem seninki nedir... Men heç yadına düşmürem, seni zal maraqlandırır, guya bilmirem?!
− Yox, hem bu, hem de o... – güldü.
* * *
Zal açıq idi. İçeride yene de meşq keçirilirdi deyesen. Sıxıla-sıxıla içeri girdiler. Onlara teref gelen gövdeli oğlanı görüb Maya astaca Efsaneye pıçıldadı:
− Sen deyersen de.
Efsane etiraz etmek istedi, amma oğlan artıq onlara çatmışdı:
− Ne lazımdır?
Efsane gözucu Mayaya baxdı:
− Rauf müellim yoxdur?
− Neyleyirsiz Rauf müellimi? – oğlan azacıq sezilecek istehzayla dedi.
Xüsusi vurğunu sezen Maya ciddi sesle dillendi:
− Men onun şagirdiyem. Bura hazırlığa gelmişdim o gün.
− Amma men sizi burda görmemişem.
− Ola biler. Bu ehemiyyetli deyil.
Oğlan saatına baxdı:
− Rauf zeng elemişdi, demişdi ki, getmeli yer var.
Maya teeccüblendi:
− Zeng çatmır axı nömresine.
− Görünür onu tanımırsınız, vacib işi olanda hemişe telefonunu söndürür.
− Ne pis oldu... – Maya teessüflendi. - Defterim otağında qalıb.
Belke siz açasınız, götürüm.
Oğlan onu şübheli nezerlerle süzdü:
− Açar ancaq özünde var.
Maya Efsanenin elinden dartdı:
− Onda sağ olun!
* * *
Rauf hele de deqiq cavab tapa bilmirdi ki, niye pul bezi adamları qudurdur...
Qarşısında tekebbürle eyleşib, bahalı bir siqar tüstüleden Mirehmed Babayeve baxıb yene bu sualı fikirleşdise de, cavab tapa bilmedi.
− Son vaxtlar Elçinin davranışında qeribelikler hiss etmemişdiniz?
Mirehmed istehzayla güldü:
− Sence bu sualı vermeyibler bize?
Rauf sert sesle dedi:
− Kimin ne soruşduğu meni maraqlandırmır. Bu menim işimdir.Kömek etmek arzunuz olsa, buyurun.
Mirehmed nifretle qarşısındakı genc oğlanı süzdü:
− Yox! Heç bir deyişiklik yox idi.
− Bes sizce niye hemin gün qapıçıları yola salmışdı? Hetta cangüdeni de eve göndermek isteyib, amma getmeyib. Belke kimise gözleyirdi?
− Deyirsen eceli özü qarşılamaq isteyib? Cenab zabit, Elçin ağıllı adam idi, bunu hamı bilir. Nese tehlüke olsaydı, bele elemezdi.Sadece qatil ondan yanıqlı idi. Çoxdan fürset güdürmüş. Hemin gün de bexti getirib.
− Merhumun silahı var idi? – Rauf gözlenilmeden soruşdu.
Mirehmed duruxdu ve bu ani davranış Raufun gözünden qaçmadı.
− He var idi, Makarov tipli tapança. Ofisde özünde olur, qalan vaxt Efqanda. - azacıq düşündü - Amma, çox vaxt heç özü ile götürmürdü.
− Hardan bilirsiniz?
Mirehmed hövseleden çıxdı:
− Nece yeni? Sence men maraqlanmamışam? Efqandan azı yüz defe soruşmuşam. Nedir, dünenin uşağısan, gelib burda aranı qatırsan?! - başını bulayıb elini dizine vurdu. - Sen ölmeyesen, bilmirem adam puldan ötrü daha ne oyundan çıxarmış. Atası sağ olsaydı, hele ondan da şübhelenerdin.
Rauf ciddi ve temkinle emr etdi:
− Danışığınıza diqqet edin!
Mirehmed onu diqqetle süzüb, özünü yığışdırdı:
− Bes sen gelib yaralı yerimizi qazıyırsan, hele bir diqqet de isteyirsen. Qardaşım, dostum, ezizim ölüb, meni şübheli adam kimi istintaqa çekirsen. Niye esebleşmemeliyem?
Rauf gülümsedi. Hem de ürekden gelen bir kinaye ile:
− Çox teeccüblenirem, çox... Bura gelenden sonuncu danışdığım adam sizsiniz. Amma hamı eyni sualı verir. "Men onu niye öldürmeliydim?" Heç men kimese dedim ki, onu sen öldürmüsen? Men öz işimi görürem. Ortaq mexrece gelmek üçün hamınızla danışmalıyam, etraflı melumatlanmalıyam. Meger şahid qisminde dindirilenlerin hamısını mehkemede qatil adlandırırlar?!
Mirehmed sesine mülayim ton verdi:
− Rauf, gel sen incime. Hamımız bu hadisenin şokundan hele de özümüze gele bilmemişik. Ona göre sinirlenirik, tez coşuruq, - elini kresloya dayaq edib, qalxdı– başqa sualın yoxdursa, menim işim var.
Rauf gülümsedi:
− Eslinde sualım çoxdur, lap çox... Gedin! – deyib elinde qaraladığı vereqe ne ise anlaşılmaz şekil çekdi. Daha çox silah şekline benzeyirdi...
Mirehmed qapıdan çıxanda, qapı ile divarın arasında dayanıb geri baxdı:
− Amma, menden sene meslehet! Qatil tapılıb. Özünü nahaq yoracaqsan...
Rauf başını döndermeden ucadan dedi:
− Meslehetinize göre teşekkür.
Binadan çıxanda telefonu işe saldı. Ne qeder cavabsız zeng gelmişdi. Aytac ile ayrılandan beri demek olar ki, aile üzvlerinden başqa zeng edeni yox idi. Tesadüf işler nezere alınmasa. Ona göre de zengler ona qeribe geldi. Ekrana gelmiş mesajı oxuyanda ise dodaqaltı mızıldandı:
− Görecek günlerim qarşıdadır da...
* * *
Çay süfresine tezece eyleşmişdiler ki, anası otağa gedib,elinde nese qayıtdı:
− Senuberin qızını nişanlayıblar, bu da şirnisidir. Maya üçün gönderib. – bezekli kağıza bükülmüş şokoladı Mayaya uzatdı.
Maya teeccüblendi:
− Doğrudan? Ne vaxt?
İrade xanım xalatının yaxasını düzeltdi:
− Dünen. Deyir heç kes olmayıb, ele özleri. Beş-on nefer qız evinden, ele o qeder de oğlan evinden. Toy tez olacaq da, ona göre temteraqlı keçirmeyibler.
Eldar pultu götürüb, televizorun sesini azaltdı:
− Allah xoşbext elesin. Yaxşı, semimi uşaqdır.
Maya razılaşdı:
− Çox yaxşı qızdır. Gerek zeng eleyib, tebrik edim. - elindeki konfete baxdı. - Ele qeşeng bağlayıblar ki, adam heç açmaq istemir.
Ellerini stolun altında gizledib, telefonla meşğul olan Nicat bacısının eline baxdı:
− Açma da.
Maya gözucu anasına baxıb, menalı gülümsedi:
− Yox, açmalıyam!...
Vaxtsız çalınan qapı zengi söhbeti yarımçıq qoydu. Axşam saat 9-a işlemişdi.
Eldar qapıya getdi:
− Allah xeyir elesin!
Dehlizden gelen sesle Mayanın yerinden sıçraması bir oldu.Telesik balkona qaçıb, orada künce qoyulmuş kiçik güzgüde özünü sahmana salmağa çalışdı. Bayaq ders oxuyanda vaxt itirmemek üçün yerinden qalxmayıb, ele qelemle yığmışdı saçlarını.
Ona göre de qeşeng, dalğalı saçları dağınıq formada yarıyığılı qalmışdı. Evde don geyinen deyildi. Amma indi yüngül bir yaz donu geyinmişdi.
Güzgüye baxdı. Yalnız sineden yuxarı görünürdü. Eyilib özüne baxanda donun xeyli qısaldığını hele indi gördü. Utanıb,celd eli ile aşağı dartışdırdı. Amma bu defe onsuz da eyninde yığılmış donun yaxası dartıldı. Dilxor halda paltarla elleşende, atasının sesini eşitdi:
− Maya, gel gör kim gelib?!
Nedense elleri esirdi. Utandığından özüne yer tapmırdı. Bir yandan da bu sade ve eyninde bir qeder yığılmış paltarda lap birteher olmuşdu. Keyfiyyetli paltar buraxılır ki?! Çoxu bir defe yuyulan kimi yığılıb, formasını itirir. Bezisi de eksine, ipleri boşalıb sallaqlaşır.

Rauf özünü nezere çapdırmamaq üçün deriden-qabıqdan çıxan Mayanı görüb, ciddi halda el tutuşdu:
− Bele diqqetsizliye yol vermeyin! İlk günden defterinizi dersde unutmusunuz. – Rauf bunu ele dedi ki, heç kes gün erzinde Mayanın onu axtardığını hiss etmedi. Maya pert halda gözlerini kenara dikdi:
− Axırıncı defe olar.
Eldar İrade xanıma teref döndü:
− Rauf müellimdir, fizika hazırlığını keçen. - ardınca qonağını qarşıya ötürdü – Keçin, evimize xoş gelmisiniz. – gülümsündü.
− Yox, sağ olun! Maya, yaxın gel. Ele burda bir-iki tapşırıq da elave edecem deftere.
Eldar incik sesle defter-qelemi ondan aldı:
− Rauf müellim, hele evime gelen heç kes qapımda durmayıb. Men onu hörmetsizlik sayıram. Xahiş edirem, keçin içeri.
Bu sözlerin qarşısında başqa nese demek doğurdan da hörmetsizlik olardı. Rauf ev sahibinin qarşısına düşüb sade, lakin seliqesi ile könül oxşayan evin qonaq otağına keçdi.

Eldar Rauf ve Nicatla hansısa mövzunu müzakire edirdi. Herden Eldar ürekden gülür, Rauf temkinle gülümseyir, Nicat da özünü qarşısındakı reğbet doğuran oğlana benzederek, temkinle gülmek isteyirdi. Bunu hiss eden Raufa her şeyden çox mezeli görünen de ele bu idi. Çünki, Nicat şen oğlan idi ve özünü ciddi tutumağa çalışsa da, üz cizgileri, güler ve oynaq gözleri sözüne baxmırdı. Maya süfreye çay getirende evvelce otağına keçib paltarını deyişdi. Otağından dehlize çıxan kimi, tez de fikrini deyişdi. “Birden sehv başa düşülerem. Bu qız özünü niye bezeyir?! Ehh...” Qayıdıb yene donunu geyindi. Rauf defteri qarşısına çekdi:
− Maya, yazdıqlarıma diqqetle bax! Dörd tapşırıq yazıram. İndi hell üsulunu da deyecem. Amma yoxlayanda nece hell etdiyini izah edeceksen.
− Beli. – qız onun qelem tutan eline baxdı. Maya qefil başını qaldıranda, anasının diqqetle onlara baxdığını gördü ve qızardı. Yaranmış sükutu Rauf özü pozdu:
− Buyur, hazırdır. Sabah dersden çıxan kimi naharını edib, tez gelersen. – çayı qarşısına çekdi.
Bütün televiziya kanallarında 8 mart bayramında qadın hebsxanalarından buraxılan, efv olunmuş dustaqları gösterirdiler. Artıq bayramdan iki gün keçse de, prezidentin böyük sevince sebeb olmuş bu fermanına göre efv olunmuş dustaqları gösterirdiler.
Onların sevinci, göz yaşından boğula-boğula danışıb, teşekkürlerini bildirmesi hessas adamları duyğulandırırdı.Qadınlar her biri ne üstünde hebs olunduqlarını, ardınca da ürek sözlerini deyirdiler. Maya yaşarmış gözlerini görmesinler deye televizordan üzünü dönderib, köks ötürdü:
− Gör nece sevinirler.
Anası da duyğulanmışdı:
− Vallah, adamın yazığı gelir. Qadın hara, hebsxana hara.
− Bunu onlar evvelden düşünmeli idiler. Sehv eleyib, sonra da peşmanam demeyin ne faydası var ki? Onsuz da heç neyi geri qaytarmaq olmur. – Rauf dillendi ve yene ani olaraq Aytacı xatırladı. Nicat yene de xoşuna gelen bu oğlanın fikrine qahmar çıxdı:
− Düzdür, hamısı ele danışır ki, ele bil melekdiler.
Eldar ağır-ağır başını buladı:
− Sehvsiz insan yoxdur, esas odur ki, sehvini başa düşesen, tekrarlamayasan.
İrade xanım başı ile razılıq bildirdi. Rauf ise öz mövqeyinden dönmek istemedi:
− Bele çıxır ki, bunu elimizde bayraq edib, istediyimizi edek,sonra da sehvsiz insan yoxdur deyib, efv dileyek?!
Bu defe Maya etiraz etdi:
− Müellim, sizinle razı deyilem. Doğrudur, bundan istifade etmek olmaz. Amma unutmayaq ki, insanların 90%-i sehvleri qesden töretmir. Çünki bunun ziyanını özleri çekirler. Baxın, bu qadınların hansı biri isteyerdi hebsxanaya düşsün? Amma
hansısa sehve göre mehkum olunublar. Cezasız da qalmayıblar. Amma bağışlamaq en gözel bir şeydir. Hem savab qazanırsan, hem de adamın özüne xoş olur.
Rauf qarşısındakı qızın fikirlerine teeccüblenirdi. Mayaya bele diqqetle baxmamışdı hele. Eslinde öz-özlüyünde etiraf edirdi ki, qızın fikirlerinde heqiqet var idi. Amma yene barışmazcasına öz mövqeyinden çekilmek istemirdi:
− Ele adamlar da var ki, bağışlanmağa layiq sehvler etmirler. Eger bağışlasan, onların seviyyesine enmiş olursan, onlar da ayaqlayıb keçir seni, beleden-beleye!
Maya bir anlıq susdu. Müellimin sözleri onu hiddetlendirmişdi. Barıt dolu tapançaya oxşayırdı. Eger qarşısındakı öz yaşıdlarından biri olsaydı, üreyindekilerin hamısını boşaltmışdı üstüne. Amma Rauf ona daha ferqli baxırdı. Ele bil, ele bil bir az maraqla...
− Bağışlayın, amma onda gerek bizim de etdiyimiz her sehve göre Allah bizim gözümüzü oysun. Bes O niye her sehvi bağışlayır? Bes O niye rehm edir? Bes niye her defe, tekrar-tekrar şans verir bize?
Anası yüngülce onun qoluna toxundu. Atası da baxışı ile nese demek istedi. Amma Maya bunların ferqine varmadı. Telebkar müellim uşaqdan ders alırmış kimi, inadla Raufdan cavab gözleyirdi. Rauf gülümsedi. Ele qeribe gülümsedi ki, Maya bir anlıq ele bildi ki, müellimi üç esr yaşamış bir qocadır, özü ise 5 yaşlı uşaq. Rauf stolun üstünden telefonunu götürüb, ayağa qalxdı. Penceyini geyine-geyine söhbeti yekunlaşdırdı:
− Maya, bax bunları bilseydik, biz de Allah olardıq. Amma O tekdir. Senin sadaladıqlarının da hamısı Ona mexsusdur, çünki O Allahdır! – üzünü ev sahibine tutdu – geceniz xeyre, men getdim!
Eldar gülümsedi, qonağını yola salmaq üçün ayağa qalxdı:
− Çox maraqlı adamsınız. Yaxından tanışlığımıza sevindim.
− Men de!

− Axmaqlar! Vaxt nece tez keçir, başa düşmürsünüz! Qoyun örüşe geden kimi sakitce gedib, meleye-meleye geldiniz. İçlerinden daha böyük görünen kobud oğlan özlerine haqq qazandırmağa çalışdı:
− Orda adam çox idi. Axı özü hele gelmemişdi.
− Kes sesini! – Mirehmed qışqırdı. - Qoyunsunuz ki, qoyun.Gözlemeye sebriniz çatmadı? Belke cesaretiniz olmadı?
Tehqirlerden tenge gelmiş oğlan nese demek istedi. Amma bu qeddar adamın baxışlarından çekindi. Miremedin köpüklene-köpüklene, o yan-bu yana eyilen ağzını her deqiqe onun sifetine yaxınlaşdırmasından melum olurdu ki, desteye rehber olaraq Serxanı seçib. Yoğun ve ireli uzanmış boynu, eyri ve qeribe qaşları, daim aralı qalan sallaq çenesi olan oğlan cesaret edib dillendi:
− Orda adam çox idi, eger nese elemek isteseydik, hem kömeye gelerdiler, hem de ses yayılardı.
Mirehmed nifretle dişlerini qıcayıb, bu küt teessüratı yaradan oğlana sarı yeridi.
− Mirehmed dayan! – böyük bacanağın hökmlü sesi onu saxladı.
Kamran Eliyev onlara teref baxmadan, qarşısındakı çox bahalı şahmat qutusunu bağladı:
− Siz çıxın! – otaqdakılara emr etdi.Mirehmedin hirsi hele de soyumamışdı. Keçib Kamranla üzüze eyleşdi:
− Vaxtı öldürür bunlar, görürsen de. Gör nece adamlarla işleyirik. Ona göre işimiz qoca qatır kimi lenger vurur.
Kamran ele bil onu eşitmirdi:
− Göresen İlqar bizden şübhelendiyi üçün bunu çağırıb, yoxsa doğrudan da qatilin Celal olduğuna hele de inanmır? Meni narahat eleyen budur.
Mirehmed teeccüblendi:
− Hardan şübhelenecek ki?
Kamran mızıldandı:
− İşlerimiz o cür yaxşı gedirdi. Bu ziyanxor da peyda olmağa vaxt tapdı. Onu ele aradan götürmek lazımdır ki, başqa problem yaranmasın. – azacıq düşünüb elave etdi. - Bu gedeler de düz deyir, orda adam olanda maska ile de girseler, yene ağ olar.
Evvela, onlar da idmançılardır. Hem de ister-istemez çöle xeber çıxacaq.
Mirehmed karıxdı:
− Off, bezdim lap.
− Ne tez? – Kamran kinayeli güldü.
− Tapşıracam ki, pusqu qursunlar. Tek olan kimi yaxalasınlar.
Kamran fikirli-fikirli başını buladı:
− Bunu lap götürdük aradan, bes sonra?
− Ne sonra?
− Nolsun, başqası gelecek. İlqar hebsde olanın qatil olduğuna inanmır. O gün dedim ki, bele fırıldaqçı zabitler, xefiyyeler, Şerlok Holmslar hele çox sağmaq isteyecekler pulunu. Özünü de boş-boş şeylerle yolundan azdıracaqlar. Heresi eline bir zerrebin
alıb, düşecek dal-divara ki, iz axtarıram, iş görürem. Dedi, qardaş, nese üreyim rahat deyil. Bu işi axıracan aparacam. Deyir, maddi kömek lazım olsa, ele bilin borc verirsiniz.
Mirehmed esebleşdi:
− Ters oğlu ters!
Kamran onun deyinmesine ehemiyyet vermeden zengi basdı:
− Hamınız yanıma gelin!...
* * *
El-üzünü yuyub, metbexe keçdi. Çay içib, evden çıxacaqdı. İrade xanım qızının saçını tumarladı:
− Axşamkı tapşırıqların hamısını yaza bildin?
− Yazdım.
− İndi hara gedirsen?
− Fizikaya...
İrade xanım gülümsedi:
− He... Axır gördüm müellimini. Pis adama, narahat adama oxşamır. Amma yaman kinlidir. Yeqin mehebbetden qırıqlığı var.
Maya teeccüble anasına baxdı:
− Onu kim deyir?
− Men. Sen dünenin uşağısan, amma men çox şey görmüşem .Ona göre de bilirem.
− Belke de heç ele deyil. Belke sadece xasiyyetidir. Ümumiyyetle,
fikir verdin, özüne qapalı adamdır. İnadkar! Axşam gördün ne deyir? Onda merhemet hissi yoxdur!
İrade xanım qızını axıracan dinleyib, irad tutdu:
− Heç vaxt bilmeden, tanımadan başqaları haqqında fikir söyleme! Sonra yanıldığını bilende çox peşman olarsan... -Maya nese demek istedi, amma fikrini deyişib başını buladı ve qapıdan çıxdı.
* * *
− Salam, olar? – qapını tıqqıldadıb, içeri keçdi.
− Gel, Maya, gel! – Rauf çox dalğın görünürdü. Maya keçib onunla üz-üze kresloda eyleşdi. Rauf diqqetli baxışlarını onun üzünde gezdirdi:
− Necesiniz?
− Yaxşıyam. – tapşırıqları yazdığı defteri stolun üstüne qoydu. - Hamısını yazmışam.
− Çox yaxşı, hansında çetinlik çekdin?
Maya ani düşündü:
− Bir az üçüncü tapşırıqda.
− Hm, bele... - Rauf elindeki qelemi ritmik bir çeviklikle fırlada-fırlada yazını gözden keçirdi. Maya ise otaqdakı eşyalara maraqla baxmağa başladı.Bu vaxt çölden giriş qapısının sesi geldi. Rauf sanki bunu gözleyirmiş kimi seksendi, diqqet kesildi. Uşaqlar bayaq çıxıb getmişdiler. Belke hansısa neyise unudub? Amma...Celd yerinden qalxıb, qapıya teref getdi. Qapının üstünde texminen ele öz boyu ile bir hündürlüye elini berk basıb azacıq sürüşdürdü. Bu vaxt zalda baş verenler bütün aydınlığı ile göründü.
Zal dördbucaqlı şekilde idi, tamamile eyni olan altı qapı var idi. Bunlardan ikisi hamam otağı, biri metbex, biri Raufun otağı, qalan ikisi ise geyinme otağı ve eşyaları yığmaq üçün diger boş otaq idi. Amma maraqlısı o idi ki, hamam otaqlarından ve
metbexden başqa qalan bütün otaqları bir-biri ile birleşdiren qapılar var idi. Bunu yalnız otağa girenden sonra görmek olardı. Raufun otağında ise bele bir qapının qarşısında kitab şkafı qoyulmuşdu. Bundan elave, birbaşa çöle diger bir qapı da var idi. – bu qapı döşemede idi. Özünden başqa da yerini, açılış qaydasını heç kes bilmirdi. Bu qapı ile zirzemiye düşüb, oradan dolanbac yolla gedib, birbaşa çöle çıxmaq olurdu...
− Nese olub? – Maya narahat oldu. Rauf susmaq işaresi verdi. Dörd nefer namelum adam bir-birine işare verib, qapılara teref yaxınlaşdılar. Rauf qapını içeriden bağlayıb, Mayanın qolundan tutdu:
− Gir paltar dolabına, sesini çıxarma! Eşidirsen, ne olur olsun, ne eşidirsen, eşit, ferqi yoxdur.
Mayanı esme tutdu. Amma möhkem qız idi:
− Ne olub axı?
− Az sual ver! - Rauf qaşqabaqlı ve tutqun halda Mayanın eşyalarını göz önünden yığışdırdı.Qızın nese demek istemesine macal vermeyib, onu dolaba iteledi. Qapını örtüb, tez başqa tedbirleri de gördü...Otağın qapısını açanda, texminen özü ile bir boyda
namelum bir adamla eyni vaxtda üz-üze geldi:
− Size ne lazımdır? – deyib, oğlana içeri girmeye imkan vermeden özünü zala saldı.
− Sen!
Rauf özünü temkinli ve soyuqqanlı aparır, onların gelişlerinden xebersiz olduğunu nezere çarpdırmaq isteyirdi. İşgüzarcasına,elini oğlanın çiynine qoyub, zalda qoyulmuş stullara teref çekdi:
− Eyleşin.
Gelenler bir-birile baxışıb, gösterilen stullarda eyleşdiler.
− Kömek ede bilmeyecem, hazırda elimde başqa işim var. –cehd etdi...İlan gözlerine benzer yaşıl gözlü oğlan bic-bic güldü:
− Biz başqa işe göre gelmişik, mence melumatın olmalıdır. –xüsusi vurğuyla dedi, öteri yoldaşlarına baxıb davam etdi. - Bizim şefimiz sene qarşı sexavetli olmaq isteyir...
− Ne derecede? – Rauf quru soruşdu.
Fikri Mayanın yanında qalmışdı. Eger gelenler Raufun ne vaxt tek qalacağını izlemişdilerse, sözsüz ki, Mayanı da görmüşdüler.Bunu onların tez-tez otağın qapısına teref baxan nezerlerindende hiss edirdi. Hemişe bu qızlar işleri korlayırlar.
Bir işe yaramadıqları bes deyil, hele en vacib meqamda veziyyeti korlayırlar. İndi ne olur-olsun onlarla mülayim danışıb,inandırmalıdır. Ax, eger Maya burda olmasaydı istediyi kimi başa salardı onları...
− ........ qeder. - oğlan mebleğin adını çekdi.
Mebleğ Raufu çaşdırdı. Yeni doğurdanmı bu işin arxasında eleleri dayanır ki, bu iş esla açılmamalıdır? Yeni, doğurdan onlar bu qeder mebleğden keçmeye hazırdılar?
− Bir de tekrarla. – bir az da rola girdi. Oğlan Raufun çaşqınlığını görüb, memnun halda mebleğin adını tekrarladı. Rauf onların sevincli üzlerini süzüb, bir an partlamaq üzre olan deli qezebini gücle saxladı. Demeli, düz yoldayam, lap düz yolda! Gör ne el-ayağa düşübler. Mebleğe bax. Bu pulla neçe iller elini ağdan-qaraya vurmadan rahatca yaşamaq olar. Gör neden keçirler. Hetta Rauf mebleği artırmaq isteseydi,
onların razılaşacaqlarına emin idi. Ona göre “acgözlük” rolunu davam etmeyi qerara aldı. Ona qeder veziyyeti nezarete alar,l azım olsa bayaq üstünde gizletdiyi silahdan da istifade eder.
− Şefiniz... – Rauf süni heyretle dedi. - Şefiniz çox sexavetlidir.
– Azacıq duruxub, özünü çekinirmiş kimi gösterdi. -
Bir halda ki, dil tapacağımızı uzaqgörenliyi neticesinde görüb, onda sexavet elini bir azacıq da açsın.
İlangözlü oğlan teecüblendi:
− Bu azdır ki?
Rauf onların üslubu ile gülümsedi:
− Azdır desem haqsız olaram. Amma men cüt reqemleri sevirem...Eger mebleği beşde biri qeder de artırsanız, hem reqem bütövleşer, hem de bu iş burda biter. Bir de heç vaxt rahatsız edilmezsiniz!
Oğlan nese fikirleşdi. Sonra Raufu tepeden-dırnağa sınayıcı nezerlerle süzdü:
− İsteyin haqqında şefimizle danışarıq.
Rauf hiss edirdi ki, bu oğlan nese ona etibar etmir. Ona göre celd soruşdu:
− Mebleğ çox böyükdür. Meni nece emin ede bilersiniz ki, bu tele, ve ya sınaq deyil.
Oğlan yene ağıllı gözlerini qıyıb, acı-acı güldü:
− Biz heç vaxt oynamırıq!
Rauf özünü düşünürmüş kimi gösterdi. Çox gözel bilirdi ki, indi onların üstündeki sesyazan qurğu bütün söhbetlerini yazıb ve bu yazı tezlikle İlqarın elinde olacaq. Kim bilir, belke ele birbaşa qulaq asırlar. Nese etmek lazımdır. Yene otağında
gizlenen Mayanı xatırladı.
− Yaxşı, men razı. Amma şert pozulsa men de sakit durmayacam.
Xoşagelmez qonaqlar ayağa qalxdılar.
− Biz de seni nezaretden qoymayacağıq. – artıq arxayınlaşmış, özlerini daha serbest aparırdılar. Raufa da ele bu lazım idi.
Onların arasında qapıya teref addımlayan Rauf ani hereketle geri döndü:
− Yaxşı!...
Dirseyi ile sol terefde dayanmış oğlanın sinesinden ele gülcü ve gözlenilmez zerbe vurdu ki, oğlan dayana bilmeyib geriye aşdı. Eyni vaxtda ona yumruq atan o birisinin bileyini çarpazlaşmış qolları arasında möhkem sıxdı, qırılmış sümüyün sesi
eşidildi. Geri dönerken sinesinden deyen tepik zerbesinden qapıya deydi. Başını qaldıranda zerbesinden memnun qalan ilangöz oğlanın kinayeli üzünü gördü:
− Bilirdim ki, sene inanmaq olmaz. Hiss elemişdim.
Rauf öz-özüne pıçıldadı:
− Maya! Onu tapacaqlar. – Geri baxanda ona tuşlanmış tapançanı gördü. Birce saniye gecikseydi, bu onun sonuncu sehvi olacaqdı. Lakin evezinde ilangöz oğlan bağırıb, diz üste düşdü. Rauf gecikmeden silahını çıxarıb, yaralı oğlanın tapança tutan
eline ateş açdı. Eyni vaxtda bayaq onu nişan alan oğlanın elini qolunun arasında daha berk sıxdı. Yalnız sinirine "derman" xırçıltı sesini eşitdikden sonra onu buraxdı.
Adam öldürmeye nifret edirdi. Amma düşmenlerini de şil-küt elemese el çekmirdi. Esasen de qollarını. İlangöz sağ çiyninden axan qanı saxlamağa çalışaraq söydü:
− Senin başına ele oyun açacam ki, vayına ağlayan olmayacaq.
Rauf ona teref baxmadan, temkinle tanış bir nömreni yığdı:
− İş yerime basqın olub. Onları zerersizleşdirmişem. Beli. Sizi tecili gözleyirem.
İstehza ile yerde zarıyanlara baxdı:
− İndi polis gelecek. Sizi özüm de sorğu-sual ederdim. Amma buna ne vaxtım var, ne hevesim. Onlar sizi yaxşı danışdırarlar.
Yerde uzanıb zarıyanların üzerinden adlayaraq, kabinetine keçib qapını bağladı. Onlardan götürdüyü iki dene silahı stolun siyirmesine atdı.Maya hele de donub qalmışdı. Rengi ağarmış halda, soyuqqanlılıqla elini silen Raufu süzdü:
− Ne baş verib?
Rauf onu sanki indi gördü. Neyise düşünmeyi çox ani çekdi, celd dönüb qıza yaxınlaşdı:
− Maya, sakit ol, özünü ele al! Özüne gel, qorxulu heç ne yoxdur! Senin ürekkeçmen var? Ne oldu sene? – qefil iki barmağı ile qızın boynunun hansısa damarını sıxdı.
Maya onun qollarına aşdı...Vessalam. O ayılanda xatırlayacaq ki, sadece berk qorxmuşdu ve huşunu itirdi.Qızı divana qoyub, zala qayıtdı. “Qonaqlar” yoxa çıxmışdılar. Kinli-kinli gülümseyib, ehtiyatla pencerenin kenarından perdeni azacıq araladı. Gelenler telesik maşına doluşurdular.Bexti onda getirib ki, çöldekiler de içeri gelmeyibler. Demeli,polis söhbetinden xeber tutublar. Yanılmayıb, onları dinleyirlermiş.
Esebilikle içeri qayıdıb, yır-yığış etdi. Qızın stolun üstünde qalan telefonunu onun mekteb çantasına atdı. Mayanı da çiynine alıb, otaqdan çıxdı.
Polis maşınlarının sesi bir-birine qarışmışdı. İçeri giren hündürboylu kişi teeccüble Mayanı süzüb soruşdu:
− Ne olub? Bu kimdi?
− Sonra izah ederem. Maşınımı yoxlayın. Deqiq ora “hediyye”qoyublar. Men tecili sizin maşınlardan biri ile getmeliyem.
Kişi arxaya dönüb, berkden çağırdı:
− Xalıqov! – sonra Raufa teref döndü, - narahat olma, hara lazımdı çatdırarlar seni.
− Lazım deyil! Açarları verin, özüm gedecem.
− Hm, yaxşı. Yene ne işe düşmüsen?
Rauf narazılıqla başını buladı:
− Yaxşı işe düşmerik...
* * *
Başı berk ağrıyırdı. Beyninde nese uğultu var idi. Ele bil zavodda düz müherrikin yanında dayanmışdı. Alnını ovuşdurub,gözlerini açdı. Maşında idi. Ona ne olmuşdu? Her şeyi xatırlamağa başladı. He, fizika hazırlığında idi. Birden tanımadığı, ümumiyyetle heç üzlerini göre bilmediyi kimlerse geldi. Rauf müellim yaman narahat oldu. Sonra ona çöle çıxmamağı tapşırıb, özü getdi. Evvel ses-semir gelmedi. Amma
qefil bir mereke qopdu, gel göresen. Silah sesleri, qışqırtı. Sonra, sonra?... Rauf müellim içeri geldi. Elinde de nese vardı. Amma qorxudan, heyecandan ne olduğunu heç anlaya bilmedi. He, sonra da huşunu itirdi deyesen. Amma ömründe huşunu itirmeyib. Hem de ne qeder heyecanlı olsa da, özünden getmek heddinde deyildi. Belke de özünden xeberi olmayıb, nece huşunu itirdiyini heç hiss etmeyib?! Çünki Rauf müellim onu silleledi, özüne gel dedi, çiyninden tutub silkeledi. He, he...Bele de olub yeqin. Vay, ne pis olub. Onda bes indi haradadı?Kimse onu maşının arxa oturacağında uzandırmışdı. Maya yerinde dikeldi.
− Hm, özünüze geldiniz? – müelliminin sesini eşitdi.Sükan arxasında eyleşen Rauf key-key nezerlerle etrafı süzen qıza baxdı.
− Ne baş verir? – Maya soruşdu. Amma, dolub durmuş, ağlamağa hazır bir sesle.
− Heç ne Maya, heç ne! Size noldu bele?
Maya özünü tamam dikeldib, eyleşdi. Dağılmış ipek saçlarını eli ile arxaya hamarlayıb, azacıq susdu.Tamamile özüne gelmişdi:
− Onlar kim idi?
Rauf qaşqabağını tökdü, yene başlandı da “mehkeme”. Gerek ele orda olaydı bu qız? Her şeyi korladığı azmış kimi...
− Dostlar idi. – kinayeli dedi.
Maya ani susub, eyni istehza ile soruşdu:
− Sizin bütün dostlarınız beledir?
Rauf dişini sıxdı:
− Bele nece?
− Bütün dostlarınız gelende evvelce xelvet onları pusursunuz, sonra çıxıb sakit danışırsınız, axırda da qefilden coşub qırırsınız biri-birinizi?
− Hemişe yox... – gülümsedi.
Maya duruxub, birden soruşdu:
− Meni hara aparırsınız?
− Xestexanaya aparırdım.
− Men yaxşıyam, lazım deyil.
− Artıq melumdur. Eve aparıram.
− Özüm gederem, narahat olmayın! - Maya acıqlandı.
Rauf ön güzgüde bu inadkar qızı süzdü:
− Bizim evi tanıyırsınız ki?
− Sizin evi? – teeccüble döndü.
− Daha hazırlığı evde keçecem. Lazım olsa deyerem zala gelersiniz.Evvelden demişdim axı, ola bilsin evde de keçdim.
Maya sınayıcı nezerlerini ona dikdi. Bu gün ne baş vermişdi çölde? O gülle sesi eşitdi. Emelli vuruşdular. Sonra da huşunu itirdi. Amma yox, bu olmamalı idi. Nese uyğun gelmir. Yaxşı, bes müellimde silah ne gezir? Yox eger silahdan qarşı teref ateş
açıbsa, onda Raufa niye heç ne olmayıb? Yeni ele-bele havaya ateş açıb, çıxıb gedibler? Axı bağırtı, qışqırtı eşitdi. Demeli, ateşi müellim açıb. O meni lap uşaq yerine qoyub. Deyir dostlar idi. Ve bütün bu hengameden sonra men huşumu itirirem ve yolda ayılıram. Üstelik de deyir ki, hazırlığı evde keçecek. Kimdir axı o? Quldur? Cani? Yoxsa onlara qarşı olan? Yaxşı, sen meni avam hesab ele, men de bilirem ne edecem. Bu meseleni öyrenecem. Nece var, neden keçmeli olsam da. Seni ifşa edecem. Quldur! Eceb maskalanıb, müellimdir guya. Fizikanı yaxşı bilmeyinden mahir istifade edir.
− Yaxşı, olsun... Size nece rahatdır. - Maya dillendi.
Rauf gücle sezilecek istehza ile:
− Yaman çox fikirleşdiniz.
Maya inadla ona baxdı. Sesinde bir amansızlıq, dönmezlik var idi:
− Elbette, fikirleşmeli çox şey var.
− Hm, meselen?
− Meselen, menim huşumu ne ile, nece ve niye apardığınız...
Diqqetle müelliminde en xırda baş vere bilecek deyişikliye göz qoydu.
Rauf ele bil deyilenleri eşitmedi. Maşını dolanbac yola dönderdi. Arada süren qısa sükutu onun zehmli sesi pozdu:
− Maya, sen detektive çox baxırsan? – birden “sen”e keçdi.
Maya başını buladı:
− Meni azdırmağa çalışmayın. Men yaxşı bilirem ki, iradem möhkemdir. Gerek ele dehşetli bir hadise baş vere ki, huşumu itirem. O ki qala bu.
− Azdırmıram. - qızın mentiqi onun xoşuna gelmişdi, bu yaşda her kes bele inadcıl, ağıllı, düşünceli olmur, etiraf etmek istemese de qız onun gözünde yükselmişdi. - Soruşuram, detektive çox baxırsan?
− Tutaq ki, eledir. Ne ehemiyyeti?
− Onda de, eger menim sene etdiyimi hansısa bir filmde görseydin,ne mena çıxarardın?
Maya geri çekilmek istemedi:
− Demeli, neyise gizledir. Özü de ciddi-cehdle.
− Belke qızı qoruyur? Özü de ciddi-cehdle! - gülümsedi.
− Demezdim. Qarşı cins hemişe öz menafeyini düşünüb. İndi de sizin müdafie
ehvalatınız yalnız öz xeyrinizedir. Buna eminem.
− Feministsen? – ciddi halda soruşdu.
− Xeyr, optimistem.
− Daha çox eqoist. – Rauf düzeliş etdi.
− Kimse ele qebul ede biler, - Maya incidi - amma eqoist deyilem!
Maşın blokun qarşısında dayandı. Rauf ona sarı baxmadan:
− Çatdıq, düşün.
Maya maşından enib, onun ardınca lifte keçdi. Liftin güzgüsünde qeyri-iradi Raufun üzüne baxdı. Bunu hiss eden Rauf da sert baxışı ile güzgüde onu süzdü. Ele güzgüdece toqquşan baxışdan Maya diksindi. Özüne baxdı. Vay, saçları qarışmışdı bir-birine. Çantasını yere qoyub, telesik saçını açdı ve barmaqları ile daraqlayıb, balaca saç sancağı ile üstden yüngülce yığdı. Rauf böyük maraqla qızın hereketlerini izleyirdi. Birden qız ona ele doğma, yaxın göründü ki, az qaldı onu bağrına bassın. Sanki, illerdir tanıyırmış kimi. Amma yeqin o da başqaları kimidir. Nece ki, Aytac. Kenardan baxan melek sanırdı. Amma insanları tanımaq olmazmış sen deme. Herden etibar etdiyin birinden ele gözlenilmez söz eşidirsen, hereket görürsen ki, adamın matı quruyur. Aytac onun üçün artıq ölmüşdü. Yalnız xeyalı yaşayırdı yaddaşında. Herden bir xoş xatireleri xatırlayırdı. Amma sonra da ehvalı pozulur, başı ağrıyırdı. Çünki, hemin Aytac indi heyatda var idi. Lakin başqa bir elden tutur, başqa bir üreye hakim kesilirdi. Qanı qaraldı. Yene hardan düşdü yadına bu qız. Axı özü hamıya qadağan etmişdi onu xatırlatmağı, yada salıb, haqqında danışmağı. Amma bu qadağanı ele birce özü pozurdu. Her yerde onu görürdü, her sözde o gelirdi xeyalına. Hetta herden onun sözlerini xatırlayıb gülümseyirdi de... Amma ardınca bu gülüş ele acılaşır, zeherleşirdi ki, bütün içini yandırıb-yaxırdı. Gülüşle ağlamağın ne olduğunu çox gözel bilirdi Rauf. O, gözünden yaş töküb ağlamırdı. Onun ağlamağı da, göz yaşları da acı-acı gülüşü idi. Kaş ki, hamı kimi hönkürüb ağlasaydı...
* * *
Qapını Raufun atası açdı. Mayanı görüb o qeder teeccüblendi ki, hetta evvel salam vermeyi de unutdu. Amma o Raufa beled idi. Bilirdi ki, zeruret - özü de hansısa böyük zeruret teleb edib ki, o yanında hansısa qızla eve gelsin. O ki, qadın tayfasından qetiyyetle qaçırdı. Mayanı diqqetle süzüb, geriye çekildi:− Gelin içeri. Maya utandığından ne edeceyini bilmirdi. İlk defe idi ki, yad bir eve - müelliminin evine tenha ayaq basırdı. Rauf hamını qabaqladı:− Bu menim şagirdimdir. Daha hazırlığa evimize gelecek. -qısaca melumat verdi. Mahir utandığından reng verib reng alan Mayanı diqqetle nezerden keçirdi. Teqaüde çıxsa da, uzun iller çalışdığı peşesi ilk baxışdan insanları tanımağı öyretmişdi ona. Maya onun xoşuna geldi...− Çox gözel, xoş gelmisen, qızım.Gülnaz xanım qonşu otaqdan çıxdı. Mayanı görcek azacıq duruxub, onu müşteri gözüyle süzdü:− Xoş gelmisen. - sual dolu nezerlerini Raufa dikdi. Mahir gülümsedi:− Raufun şagirdidir. - Gülnaz xanıma teref döndü. – Hazırlığa bize gelecek. Sonra da özünü tox tutmağa çalışan qızı dindirdi:− Adın nedir, qızım?− Maya... - sesi nedense zeif çıxdı. Gülnaz xanım tebessümle qızın qolundan tutub,qonaq otağına çekdi:– Gözel adın var. - Maya onun da çox xoşuna gelmişdi. -Maşallah, ele özün kimi. Mahir metbexe keçib, işare ile Raufu yanına çağırdı:− İndi de ne iş çevirdiyini danış. Rauf söhbetden qaçmaq istedi. O heç vaxt işi ile bağlı neyise evde müzakire etmirdi. Xüsusile de problemleri. İstemirdi onun tehlükeli heyatına göre valideynleri narahat olsunlar, yuxularına haram qatsınlar. Bunda atasına benzemişdi...Onsuzda onu yolundan döndere bilmemişdiler, heç işine göre nelerle üzleşdiyinden xebersiz olmamış da deyildiler. Amma yene qapalı idi. Hetta onun tezece keçdiyi yolu, çoxdan addımlayan atasına qarşı bele. Onsuz da atası hemişe her şeyi hiss edirdi. Rauf başını buladı:− Ele bir şey yoxdur, hemişeki işler.... Atası balkona keçen oğlunun ardınca ağır addımlarla çıxdı, mezemmetli ve sert sesi eşidildi:– Rauf....– Narahat olursan nahaq yere, dedim axı qorxulu heç ne yoxdur. Mahir gülümsedi:− Heç meni düz-emelli aldada da bilmirsen. İşin de ki, yalansız ötmür...− İş ondadır ki, bir aldada bilmediyim ele sensen. Bu tam semimi etiraf Mahiri ürekden güldürdü. Sonra günü-günden gözelleşen şeheri seyr ede-ede siqaret yandırdı:− Senin keçdiklerinden men de keçmişem, Rauf. Bu yolun heqiqi yolçuları sefere çıxırlarsa ve sonadek yolundan caymadan gedirlerse, onların her döngesi, her dalanı geder-gelmezdir. Bu yolla 5-i gedirse menzil başına 2-si, biri çatır.... Heç istememişem ki, övladlarımdan hansısa bu yolla getsin. Rauf gözünü mechul nöqteden ayırmadı:− Sen gede bileceyin qeder getdin. Bes yolun davamı? Axı bu yol sonsuzdur, özün bilirsen. Onu da bilirsen ki, yol yarımçıq qalsa ne olar?!− Senden başqaları da var...− Bilirem ata, bilirem. Var, lap çoxdur özü de. Amma dediyin heqiqi yolçular çox azdır. Heqiqi yolçular dediyin yolu piyada, addımba-addım gedir – azacıq susdu-amma qalanları qısaldır bu yolu... Men piyadalardanam. Hara qeder gede bileceyimi de bilmirem. Bura qeder geldiyim tesadüf deyil, qismetdir! Bundan sonrakı yolu da getmeye israrlıyam. Mahir gözünü iç-içe keçmiş göydelenlerden ayırıb, oğlunu süzdü:− Hemin iş adamının qetlile bağlı, he? Silahlı idiler?Rauf bele gözlenilmez suallara artıq öyrenmişdi:− Qurtula bildim. - gülümsedi. - Birce bu qız orda olmasaydı, her şey qaydasında olardı. Mahir teeccüblendi:− Gördü her şeyi?− Görmedi, eşitdi amma. Başa düşdü.− Cesaretli qızdır. Onunla bele hele bir bura da gelib?− Hm, cesaretlidir. Amma en pisi odur ki, onu görübler. Çünki, meni seherden izleyiblermiş. Sözsüz ki, hazırlığa gelen qızı da görübler. Ona göre çox narahatam. Oğlumun gözlerine baxdı:− Ondan xoşun gelir?− Ata?!− Görürem çox narahatsan.− Bu xoşuna gelmek menasını vermir. İstemirem mene göre kimese nese olsun. Ya o, ya da başqası. Mahir dönüb otağa gede-gede dillendi:− Amma çox qeşeng qızdır. Özü de onda qeyri-adilik var. Rauf mızıldanıb, onun arxasınca Maya ve anasının şirin-şirin söhbet etdiyi qonaq otağına yollandı:− Yene de başlandı...* * * Eve çox yorğun geldi. Müellimi onun huşunu nece aparmışdısa, ayılandan beri başı ağrayırdı. Evdekilerle öteri salamlaşıb, özünü çarpayısına atdı. Üzüqoyulu xeyli uzandı. Göresen, bu gün baş verenleri evde danışsınmı?! Eslinde danışmalıdır da. Amma atası mütleq onun müellimini deyişecek. Heç vaxt bele tehlükeli birinin qızının etrafında olmasını istemez. Axı kimdir bu Rauf? Belke heç pis adam deyil? Bu gün getdiyi yer doğurdan onun evi, ailesi idi? Belke bu da huşunun itmesi kimi quraşdırılma idi... Ola bilerdi. Birinci defe idi bele hadise ile rastlaşırdı. Bu gün baş verenleri xatırladıqca ele bilirdi ki, ya yuxuda olub, ya da bu baş verenler bu gün deyil, ne vaxtsa, lap çoxdan baş verib. Orada – otaqda künce sıxılıb, çöldeki ses-küye ne qeder heyecanla qulaq asmışdısa, indi bu hadise bir o qeder maraqlı gelirdi Mayaya. Qoy bu işi ele özü tekbaşına araşdırsın. Hele de inana bilmirdi ki, filmlerde izlediyi, kitablarda oxuduğu bele bir had ise onun başına gelib. Niye mehz men? Elbette, axı menim yerimde bir başqası da ola bilerdi. Demeli, bu menim qismetim imiş. Qismetden qaçmaq olmur. Belke ele bu işi araşdırmağım da lazımdır. Bele de olmalıdır. Yox, evde de heç ne demek lazım deyil! Heç ne! Anasının sesi onu fikrinden yayındırdı:− Gel yemeyini ye. Könülsüz ayağa qalxdı:− Gelirem...* * * Seherden beri oğlunun başına fır-fır fırlanır, ondan söz qoparmaq üçün elinden geleni edirdi. Amma ne imiş bu, her defe söhbeti ele çevirir, araya ele söz qatırdı ki, Gülnaz xanım ne deyeceyini de unudurdu.Dünen o qız gelenden ananın ağlına başqa-başqa fikirler gelirdi. Düzdür, oğluna yaxşı beled idi, eger nese olmuş olsaydı,mütleq bu haqda anasına nese bilirerdi. Demeli, biri-birilerine qarşı heç bir münasibetleri yoxdur. Amma qeşeng qız idi. Mahir demiş, bir suyu ele Gülnaz xanımın özüne benzeyirdi. Yumrusifet, ağbeniz bir qız idi. Nese bir çekicilik, celbedicilik var idi onda. Eslinde baxsan dünya gözeli deyildi, ondan da gözel o qeder qızlar var ki. Amma onda celbedicilik var idi. Nese diqqet çekirdi bu qızda. Er-arvad öz aralarında danışanda, Mahir de demişdi bunu. Dünen o da qızı diqqetle süzüb, kaş bele gelinim ola demişdi Gülnaz xanıma. Ne çoxdur valideynlerin arzuları, bitib-tükenmez ki....Gülnaz xanım dünenden üreyindekileri demek üçün fürset axtarırdı. Gerginlikle internetde neyise araşdıran oğlunun yanında eyleşdi. Nevazişli elleri ile oğlunun başını sığalladı. Rauf kiminse ona toxunmasını, temasını xoşlamırdı. Xüsusen de, fikrini toplayıb, ciddi meşğul olduğu vaxtda. Lakin anası istisna idi. Onun teması Raufun fikrini yayındırmır, eksine sakitleşdirirdi. Bir de vaxtile Aytacın...Gülnaz xanımın gözleri Raufun klavişlerde celd işleyen barmaqlarında olduğu halda, soruşdu:− Hem bu işlerin, hem idman dersleri, hem de fizika meşğelesi.Ay bala, niye özüne zülm edirsen? Şükür, her şeraitimiz var. Niye artıq yüklenirsen?− Heç bir yük yoxdur, narahat olma, - baxışını ekranın enine herleyib qaşlarını düyünledi - heç bir!− Yene baxma, sebir de lazımdır. O dünenki qız nece oxuyur? Rauf öteri anasını süzdü. Gülnaz xanım ciddiliyini pozmadı,sanki adice söhbet edir, meqsedi mehz Maya deyildi. - O qeşeng qızı, Mayanı deyirem. Adı da qeşengdir özü kimi... Rauf anasının üreyindekileri başa düşmüşdü. Lakin nedense hemişeki kimi söhbeti deyişib, behane ile qaçmadı. Ana oğlunun tutqun üzüne nezer saldı:− Ay bala, o kimlerdendir, kimin qızıdır ele? Ele bil hardasa görmüşem onu.... Raufu gülmek tutdu. Bütün qadınların oxşar üsulu. - düşünüb gülümsedi. Hemişe kimise öyrenmek, haqqında neyise bilmek isteyende ya deyirler hardasa görmüşem ele bil, ya da filankese oxşadıram...− Yox, tanımırsan ana. – bir anlıq nese düşündü – Atası “Söz” qezetinin baş redaktoru, tesisçidir.− Doğurdan?− He. Hem de neşriyyatın sedridir. Orda tekce qezet yox, kitab, jurnal, belece hamısı neşr olunur.− Deyirsen, onu da bilmerem? - incik halda başını buladı. -Seninki odur ki, dediyimi hemişe yadımdan çıxarasan. Guya başa düşmürem?− Başa düşdün demeli?! – Rauf güldü. Gülnaz xanım mezemmetle:− He, gülersen da! Söhbetden de yaxşı qaçarsan. Guya dünenders keçende bir-birimize nece gizlince baxdığınızı görmemedim. Şexsen qız menim xoşuma geldi. - Sanki, ondan razılıq almaq isteyenlere fikir bildirirmiş kimi, elini yelledi. -Mehriban, şen, şirindil qızdır. Atanın da xoşuna gelib. Rauf gülüş dolu çaşqınlıqla döndü:− Ana, sen ne danışırsan? Kim baxıb? Kime baxıb?Gülnaz xanım inadkarlıqla onun sözünü kesdi:− Sen baxmısan, Mayaya baxmısan. Ele o da baxırdı. Rauf ürekden uğunurdu. Gülnaz xanım ise eksine, cırnayır, oğlunun işi zarafata salıb yene aradan çıxmaması üçün hazır dayanırdı.− Gülme! Men ciddi deyirem. Rauf gülmeyini saxlamağa çalışıb, anasının yumşaq saçlarını sığalladı, başını sinesine sıxdı:− Allah seni güldürsün. Heç bu qeder gülmemişdim. Deyirsen, ders izah edende divara, tavana baxaq? Bes şagirde baxmalıyam da.Gülnaz xanım yene oğlunun onu qabaqlamasnı naelac qebul edib, narazı halda deyindi:− Daha besdi! Meni xestelik yox, senin fikrin öldürecek. Arzumu, isteyimi gözümde-könlümde qoyursan. Men de isteyirem başqaları kimi neve görüm, neve oynadım. Tay-tuşumuz çoxdan nene-baba olub. Amma biz... Oğlum hele yerinde sayır.Ay berekallah, sen heç düşünme bizi. Ne evde tapılmırsan. Ne vaxta qeder oğru, quldurla qaçdı-tutdu oynayacaqsan. İller xebersiz ele ötüşür ki, bir de gözünü açacaqsan ki, qocalmısan. Sonra kimdi qoca oğlana qız veren?! Rauf ürekden güldü:− Sözlere bax, maşallah. Üreyin dolu imiş ki... Bes neyleyim,ay ana? Menim işimi bilirsen, beledir, başqa cür ola da bilmez. Meni de bu işimle birlikde qebul etmelidir alacağım qız. Amma sevmeye-sevmeye kimin qızını getirib bedbext edim? Sen menden çox görmüsen, çox bilirsen. Özü de bele meselede. Düzünü de görüm, hansı sevgi olmayan ailenin xoşbext olduğunu görmüsen?− Sene qalsa hemişe bele deyersen. Sevgi sonradan da yaranır. O qeder adam sayaram ki, sevgi olmadan evlenib, amma sevib evlenenlerden min defe yaxşıdır indi.− Yaxşı, yaxşı ana. Amma fikrimi çatdıra bilmedim sene. Raufun hemişekinden ferqli olaraq yumşaq danışdığını gören ana esl hücuma başlamışdı. Geri çekilmek isteyi de yox idi.− Oğlum, biz dünya görmüş adamlarıq. İnsanı bir sözden, bir baxışdan tanıyırıq. Atan da, men de dünen o qıza fikir verdik. Sade idi, semimi idi, saf idi. Olduğu kimi idi. Heç bir sünilik yox idi onda. Nece vardısa, ele de davranırdı. Amma özün bilirsen ki, o vefasız haqqında bunu demirdik. Atan xoşlamırdı onu, yaxşı bilirsen. Sadece üreyini qırmamaq üçün heç vaxt Aytacı müzakire etmemişdi.... - ana bir an duruxub oğluna baxdı. O, daha evvelki kimi özünü itirib, hövseleden çıxmamışdı. Derin hüznle baxışlarını stolun üstündeki burma qendqabının naxışlarına dikmişdi. Kenardan baxanda, ele bil naxışları sayırdı.− Amma bu qız.... Herterfli beyendim. Bir-birinize çox yaraşırsınız.– ana gülümsedi. - Özü de bir suyu mene çekir. Rauf ele bil yuxudan ayıldı. Başını çevirib, diqqetle anasının üzüne baxdı. Gör ha, doğrudan da benzeyirler. Ele bil onun qızıdır. Bes bele, axı her defe bu qıza baxanda kime benzediyini xatırlamağa çalışırdı. Elbette anasına, özü de lap emelli. Hele indi fikir verirdi. Bir defe hansısa kitabdan oxumuşdu ki, oğlanların ekseriyyeti özleri de bilmeden öz analarına benzer qızla evlenirler.... Ayağa qalxdı:− Yaxşı ana, men getmeliyem. Gülnaz xanım küskünlükle başını buladı:− Qaç, qaç, düz edirsen. Rauf eyilib onun alnından öpdü:− Vallah qaçmıram, işim çoxdur. Qapıdan çıxanda ağlına ne geldise, telefonu çıxarıb Mayanın nömresini yığdı. Uzun çağırışlar cavabsız qaldı. Narahat halda yeniden yığmaq isteyirdi ki, Maya özü zeng etdi:− Salam.− Salam Maya, niye açmırdın telefonu?− Dersdeyem, icaze alıb çöle çıxdım. Nese baş verib?Rauf ani susdu:− Yox, heç ne. Söz soruşacam. Bu gün derse atan aparıb seni?− Yox, refiqemle getdim.− Arxanızca kiminse geldiyini, yaxud izlendiyini hiss etmemisen? Maya narahat oldu:− Meni qorxuzmayın. Ne olub axı? Rauf sebirsizlendi. "Hemişe bu qızlara sual verirsen, cavabdan başqa her şey deyirler. Ya da suala sualla cavab verirler" düşündü.− Dedim axı, sadece soruşdum.− Yox, ele bir şey hiss elemedim.− Yaxşı, senden bir xahişim var. Dersden çıxmazdan evvel mene xeber ver. Maya ciddi sesle dillendi:− Eger maşınınızda gedeceyimi düşünürsünüzse, sehv edirsiniz, bunu esla arzulamıram. Rauf hirsini boğmağa çalışdı:− Bunu size teklif eden de yox idi, Maya xanım... Niye adamı başa düşmek istemirsen, anlamıram. – yene "sen"e keçdi.- Xahiş eledim ki, mene xeber ver.− Baxaram.− Bu mütleqdir. Müellimin olaraq bunu sene emr edirem.− Müellimin emrleri dersde olur. - diliuzunluq etdi.− Hörmetin artıq olsun... Maya dilini saxlamadığından utandı:− Yaxşı, deyerem.− Sağ ol! Cavab gözlemeden telefonu qapadı. Hirsinden deyindi:− Buna bax, balaca canı ile forslanır. Hele bir cavab da qaytarır. Anam da deyir belesile.... Meni deli eder bu. Ya da men onun dilini qopararam. Ele bilir oyun-oyuncaqdır. Niye tehlükeli şeyler qızlara eylence kimi görünür, başa düşe bilmirem.Belke da yanlarında onları qoruyacaq adam olanda, artıq eylenceye çevrilir. Yaxşı, Maya...* * *
Xeyanet qoxusu (XII hisse)

Kamran Eliyev hirsinden otaqda var-gel edir, qorxudan qarşısında rengleri ağarmış adamlarının üstüne çığırırdı. Onu bu halda görmediklerinden ne edeceklerini, ne deyeceklerini bilmirdiler. Çünki ağızlarını açdıqları halda ne tufan qopacağını bilirdiler. Kamran adamlarının uğursuzluğunu xatırladıqca, daha da coşur, danışarken az qalırdı elini onların gözlerine salsın. Bozarıb bir kenarda oturmuş Mirehmed ise elindeki qelemi fırlada-fırlada ne ise fikirleşirdi. Kamran qaş-qabaqla keçib kresloda yayxandı. İşare ile destenin başında olan ilangöz oğlanı yanına çağırdı. Öz yoldaşının açdığı ateşden yaralanan oğlan, indi yarasından daha çox qarşısındakı beladan qorxurdu. Kamranın nece kinli, rehmsiz, qeddar adam olduğunu bilirdi. Amma heç kese yox, yalnız özüne acığı tuturdu ki, nece oldu ki, hemin genc zabite aldandı. İreli gelib ayaq üste düz yanında dayandı. Kamran olduqca sakit tonda dedi:− Cezanı özün seç... Bu anı yalnız yaşayanlar bilerdi, başqa heç bir kes! O ele bir meqamdır ki, danışsan da, danışmasan da, yaxşı da desen, pisde desen netice yene birdir...Cesur olmasına baxmayaraq bedeninden üşütme keçdi. Qurumuş dodaqlarını dili ile yaşladı.− Emr sizindir. Kamranın da hedsiz heyecan keçirdiyi hiss olunurdu. Hamı bu partlayışa hazır dayanmışdı. İlangöz oğlan gözlerini yumdu. Alnında, üzünde ter puçurları emele gelmişdi. Lakin Kamran hamını teeccüblendirdi. Sakitce ayağa qalxıb qapıya teref addımladı, çöle çıxdı. Sükutu pozmağa kimse cesaret etmirdi. Birden qapını açıb yeniden içeri qayıtdı, Mirehmede teref getdi:− Bele zarafatı heç xoşlamıram... Sonra üzünü onu qorxu ile süzenlere çevirib buz kimi soyuq baxışlarını üstlerinde gezdirdi:− Neynek, onda qızı tapın...* * * Sinfe qayıdanda rengi deyişmişdi. Evvelce maraqlı görünen hadiseler indi ona da sirayet etmişdi. Başa düşürdü ki, bu oyun deyil. Her şey ola biler, özü de bir halda ki, müellimi zeng edib onu xüsusile xeberdar edib. Buna baxmayaraq, yene de arxayınlıq var idi üreyinde. İnanırdı ki, ona heç ne olmaz. Neden idi bu arxayınlıq, eminlik?! Amma güclü, arxalı sayırdı özünü...− Maya, yaxşısan? – Efsane pıçıldadı.− He. Nolub ki?− Qeribe göründün. Kim idi zeng vuran?− Heç... – dünen baş verenleri ondan da gizletmişdi. -müellim idi, tapşırıq verirdi. Efsane gülümsedi:− Telefonla?− He, nedir ki?− Sen de yadında saxladın?!... Maya narazılıqla üz-gözünü turşutdu:− Ele tapşırıq yox, hazırlığa gelmeyim haqqında tapşırıq. Qarışdırdın.− Ne deyirem ki? – Efsane mızıldandı - Allah başacan versin!- xısın-xısın güldü.− Allahım, bu qız meni deli edecek. Sen canım, besdi. Efsane incidi:− Ne dedim ki? Maya qeyri-iradi kobudluqla üzünü ondan dönderib, sol qoluna dirseklendi:− Heç ne, heç ne. Besdir! Efsane teessüfle başını buladı:− Nç, nç, seni tanıya bilmirem. Evveller bele deyildin... Efsane refiqesinin gözündeki yaşı görseydi, belke de bele demezdi... Ders qurtarmışdı artıq. Oxuduqları iller erzinde hemişe mektebe birlikde gedib-gelerdiler. Herden olurdu, uşaq vaxtı bir-birine forslanıb yolu ayrı gedirdiler. Maya çox decel uşaq olmuşdu. Ele indi de bu şıltaqlığın, decelliyin elametleri qalmışdı davranışında... Ona göre de Efsanenin uşaqlıqda küsmeyine haqq vermek olardı. Amma son iller bele şeyler tekrarlanmırdı. Hem de böyümüşdüler axı. Amma bugünkü kobudluğu qebul etmek istemirdi Efsane. Ona göre de, axırıncı ders qurtaran kimi, refiqesini gözlemeden çantasını yığıb, sinifden çıxdı. Maya üzr istemeye fürset bele tapmadı. Gerginlik azmış kimi, qanı tamam qaraldı. Efsaneni olduqca çox isteyirdi. Hemişe düşünürdü ki, belke heç doğma bacım olsa, bu qeder istemezdim...Ağır-ağır çantasını yığıb sinifden çıxdı. Dehlizden keçende güzgüye baxdı. Baxdı, amma ele yazıq-yazıq baxdı ki, qefil onu deli bir gülmek tutdu. Özünü hardansa yadına düşen gülmeli bir film qehremanına benzetdi.İnsan xarakterleri... Olduqca müxtelif, rengareng, anlaşılmazdır. Herden özünü heç anlaya bilmirdi. Yeni men doğurdan psixopatam? Başqaları kefi olmayanda, ehvalı pozulanda qemlenir, ağlayır. O ise eksine gülmek, şadlanmaq, oynamaq,delilik etmek isteyirdi. Belke de qüsseden, qemden alınan daxili bir qisas idi, ne idi, anlaya bilmirdi. Özünü qaydaya salıb, qapıya teref getdi. Birden müellimin tapşırığını xatırlayıb, telefonu çıxardı. İstedi ki, zeng edib çıxdığını xeber versin. Amma ne düşündüse, zeng etmeden cibine qoydu. Hemişe neyese ehemiyyet vermeyende etdiyi kimi, yene çiyinlerini atıb, yola çıxdı.* * * Hele de zeng gelmirdi. Axı indi ders qurtaran vaxtıdır. Yollarda, avtobuslarda dersden çıxıb, evlerine axışan şagirdler görürdü. Narahat oldu. Bu qız doğrudan da onu hövseleden çıxarırdı. Yeni, meselenin ciddiliyini hele de anlamırdı? Axı o ki, düşünceli qızdır... –öz-özüne söyledi. Telefonun üçüncü çağırışından sonra Mayanın maşınların ses-küyüne qarışmış sesi eşidildi:− Salam müellim.− Maya, axı söz demişdim...− Narahat olmayın, şahid olduğunuz kimi salamatam. Rauf sebrini basdı:− Refiqenlesen?– Xeyr tekem.− Niye? – teeccüblendi. Maya qeyri-müeyyen cavab verdi:− Herden bele de olur.− Maya, yerini mene de. – Rauf gözden uzaq bir dalanda saxladığı maşını işe saldı.− Ehtiyac yoxdur, menimle heç kesin işi yoxdur.− Meni başa düşmediyine hele de inana bilmirem, hardasan? Maya etrafına baxıb, yerini deqiqlikle dikte etdi.− Orada gözle, lap yaxındayam.− Oldu. Maya bu defe etiraz etmek istemedi. Müelliminin narahatlığını başa düşmeye çalışdı. Addımını yavaşıdıb, qarşıdakı kitab mağazasına girdi. Elüstü vitrine qoyulmuş kitabların adlarını oxudu. “Ulduz falı”, “Yuxuyozmalar”, “1001 şirniyyat”, “Letifeler”, “Bürclerin xarakteri”... Onu kinayeli bir gülmek tutdu. Satıcıya yaxınlaşdı. Uzunsov başı olan, xırdagözlü, qıvırcıq saçlı cavanoğlan yerinde dikeldi:− Salam, nece kömek ede bilerem? Maya gözucu arxaya baxıb, döndü:− Görürem vitrine dünya edebiyyatının nadir incilerini düzmüsünüz... Oğlan sözü tuta bilmedi:− Hele arxada da maraqlı kitablar var.“Kitab nedir sen hardan bilesen?!” - Maya üreyinde deyindi.− Çox yaxşı. Klassik edebiyyatdan var? Oğlan mızıldandı:− Baxır da... Size konkret kim lazımdır ? Maya öteri gülümsedi:− Bele baxıram ki, mene lazım olan sizde tapılmaz. – vitrine işare etdi. - Başqa teze kitablarınız var ? Oğlan sual-cavabdan qurtulmuş kimi canlandı, mağazanın içerisinde sol terefde ucalmış kitab sütununa yaxınlaşdı. Kitabları bir-bir stolun üstüne düzmeye başladı:– Bunlar lap tezelerdir. Bax bu, – qalın bir kitabı ireli iteledi,- dini kitabdır, maraqlıdır. Maya kitabı qaldırıb, ilk sehifesinden annotasiyasını oxudu ve acı-acı gülüb, kitabı stolun üstüne atdı:− Qardaş, sizi aldadıblar. Bu dini kitab deyil. Oğlan qeribe-qeribe baxdı:− Bes nedir?− Deyim nedir? Fitne, fesad, ayrıseçkilik, kin-küduret yığnağı.− Ay xanım, estağfürullah deyin.− Nedir, inanmırsınız?− Siz ateistsiz deyesen.− Esla yox! Allah göstermesin! Menim bir inandığım var –meni, sizi, gördüyümüz her şeyi yaradan Allah! Menim bir dinim var, humanistlik, merhemet dolu vahid din – İslam! Menim düşmenim de birdir – xalqımı, dinimi parçalamaq isteyenler.Bax bu, – kitabı gösterdi – düşmenlerimin yaratmaq istediyi fesaddır, fitnedir. O şey ki, onsuzda yaradıblar... Oğlan kitabı qaldırdı:− Xanım, teriqetlerin tarixinden, dinin düşmeni vehabilerden yazılıb. Oxumamış ne deyirsiniz?− Oxumaq? Sizce oxuyaram?− Siz dini inkar edirsiniz. Maya teessüfle gülümsedi:− Cahillikdir vallah sözünüz... Acığınıza gelse de. Men dini inkar etmirem, dinimi bölenleri - vehabileri, nurçuları, ne bilim daha hansı teriqetleri inkar edirem. Tamamile inkar edirem. Axı onlar kimdiler, he? – Özüne nezareti itirmişdi. - Kimdiler axı? Kimdirler ki, Allahın gönderdiyi vahid İslam dinini bölürler. Ne ixtiyarla? İndi biri-birile mübarize aparıb, heresi özünü doğru sayır. İnanın mene, bu teriqetler kimlerinse şexsi menafe xatirine yaratdıqları texribatdır. Sonradan da fanatikler heç mahiyyetini bele bilmeden ardınca gedib, biri-birlerinedüşmen kesilirler. Meger Allah bölüb göndermişdi dinimizi? Oğlan tereddüdle dedi:− Xanım, vehabiler pisdir, amma şieler, sünniler, onlar tamam başqa...− Yaxşı, yaxşı, olsun sizin teriqetçileriniz. Qoy hele tezeleri de çıxsın. Amma mene bilirsiz ne maraqlıdır? Hesab günü! Tanrımın qarşısında onların özlerine haqq qazandırmaq cehdleri. Çünki, orada ele şansları olmayacaq! Bu vaxt telefon seslendi. Rauf idi:− Hardasan Maya? Maya dönüb küçeye nezer saldı. Müellimin maşını tinde dayanmışdı.− Qarşı terefinizdeki kitab mağazasında.− Orda qal, men xeber edende çıxarsan.− Yaxşı... Oğlan dilxor halda başqa bir kitabı qaldırdı, bu da hansısa bir dini kitab idi. Amma tez de kenara qoydu. Onu diqqetle süzen Mayanı semimi bir tebessüm bürüdü. Gör yazıq oğlan nece narazı qalıbsa, tekrar hedefe tuş gelmek istemir.− Bu kitab da, bu ilin aylar üzre astroloji proqnozudur. Lap etraflı yazıblar. Maya kitabı evvelki dini kitabın üste qoydu:− Bu da ocaq yandıranlardan... Ulduz falına inanırsınız?− Serf edende, he. – oğlan peyserini qaşıdı.− Siz narahat olmayın, hamısı “serf eden” yazılır. Bu gün ulduzunuz iş sahesinde üzünüze gülecek, bu gün sevgide de ulduzunuz gülecek, pul barede de ulduzunuz gülecek. İnanın ulduzu o qeder güldürürler ki... Sonda da, ulduzunuz gülmekden ölecek. Oğlan ürekden uğundu:− Ay xanım, bes siz neyi beyenirsiz? Bes ne oxuyursuz? Ele maraqlı bunlardı da.... Maya başını buladı:− Dedim axı, mene lazım olan sizde yoxdur. Deqiq bilirem. Oğlan çiyinlerini çekib, belini donqardaraq kitabları yerine yığmağa başladı. Kenardan baxan Mayada nedense küt tesiri yaradırdı bu oğlan. Xüsusen de, belini donqardanda lap filmlerde gördüyü neondertallara benzedi.Başını bulayıb dükandan çıxanda dodaqaltı mızıldadı: – Gör kimlerdir kitab satıcıları, ay yazıq!... Raufun zengini gözlemeye sebri çatmadı. Onun küçeye çıxdığını gören Rauf esebi hereketle maşını işe salıb celd ona teref sürdü. Bu vaxtı tinden başqa maşın göründü ve süretle yolu keçmek isteyen Mayaya teref yöneldi. Qız özünü toparlamamış, qefil basılan eylecin tükürpedici sesi eşidildi. Maya yüngül bir oyuncaq kimi atılıb, yandakı başqa bir maşına çırpıldı. Özünü itirmiş Rauf ve etrafdakı adamlar süretini azaltmadan şütüyüb keçen maşına ehemiyyet vermeden, yere uzanmış qızın yanına yüyürdüler. Bezileri maşının nömresinin saxta olduğundan xebersiz halda onu telesik qeyd edirdiler. Mayanın huşu hele özünde idi. Astadan zarıyırdı. Rauf ömründe bu qeder heyacan keçirmemişdi. Bir defe en yaxın dostu qolları üstünde keçinmişdi, yalnız o zaman. Tesadüfe bax, avtoqezadan...Ondan sonra az ölüm, az facie görmemişdi. Amma indiki kimi yanıb-yaxılmamışdı. Hirsinden gicgahlarının damarları göyerib, şişmişdi. Her kesi, her şeyi didib-parçalamağa hazır idi. Qollarındakı kömeksiz ve ölümle çarpışan bu qıza pislik etmek isteyen her kesin qanını içe bilerdi bu an. Maya qan çökmüş gözlerini aralayıb müellimine baxırdı. Qırıq-qırıq, rabitesiz cümleler işledirdi. Gah Efsaneden üzr isteyir, gah da Raufdan kömek dileyirdi...− Arzularım çoxdur, müellim... Hele çoxdu. Ölmek istemirem...İstemirem! Rauf udqundu:− Ölmezsen, xırda yaradır, ölmezsen, qorxma. Sen möhkem qızsan axı. İnadcılsan. Sen heç bele asan meğlub olmazsan axı... – deye-deye, süretle onun yaralarını nezerden keçirirdi. Sol terefden başı yarıldığı üçün, saçları qeribe qoxulu nem qanın içinde idi. Sol terefden qolu da qırılmışdı. Artıq huşu tamam getmek üzre olsa da, Rauf onu qucağına alanda, qırılmış qolunun dehşetli ağrısından çığırdı ve yeniden huşunu itirdi...Toplaşanların içinde hadiseni heyecanla danışan kitab satan oğlan, kifayet qeder şişirtdiyi ehvalatı yekunlaşdırdı:− Bayaq dükanda dini bir kitabı tehqir eledi. Dedi, teriqetler hamısı boş şeylerdir. Baxın, bele aldı cezasını...* * *Xeyanet qoxusu (XII hisse)
Xestexananın qarşısı Eldarın tanış-bilişi ile dolu idi. İrade xanım sakitleşmek bilmeden, için-için ağlayırdı. Guya onu sakitleşdirmeye gelen yanındakı qadınlar da, gözlerinin yaşını onunkuna qatıb, haray salmışdılar. Nicat bacısının qezaya uğradığını eşiden kimi, universitetden icazesiz qaçıb gelmişdi. Heç inanmaq istemirdi. Şeherde çoxalan maşınlar ve mesuliyyetsiz sürücüler, piyadalar üzünden az qezanın şahidi olmamışdı. Hetta bir defe heç vaxt unuda bilmeyeceyi bir qeza görmüşdü. Yük maşını xıncım etdiyi piyadanın bedeninin parçalarını etrafa yaymışdı. Nicat onda keçirdiyi stresin daha artığını indi keçirirdi. Bacısını qezaya uğrayan halda heç cür tesevvür ede bilmirdi. Fikirleşmek isteyen kimi de, hemin uğursuz gündeki qeza gelirdi gözünün qarşısına ki, az qalırdı dehşetden qışqırsın. Herden yola getmeyib, mübahise etmeklerine baxmayaraq, Mayanı olduqca çox isteyirdi. Birce bacısı idi. Herden Maya nenesigile gedib qonaq qalanda hemin gün ele bilinirdi ki onun yeri. Allah elememiş, ona ne ise olsa idi... Bunu heç tesevvür etmekistemirdi. Çox dehşetli idi. İndi ise gah küncdeki oturacaqda eyleşir, gah da o teref-bu terefe var-gel edirdi. Heç kesle bir kelme de kesmeyen Eldar ise qapının ağzındakı sütuna söykenib siqareti-siqarete calayırdı. Qızının şıltaqlıqları,şirin gülüşü, herden dinc dura bilmeyen diliuzunluğu,amma temiz, mehriban davranışı, zarafatları heç getmirdi gözünün qarşısından. Bilirdi ki, ona nese olsa ömrünün sonuna kimi insan kimi yaşamaq nedir bilmez. Hele onu yandıran tekce budeyildi. Şöbeden xeber vermişdiler ki, hemin nömreli maşın qeydiyyatda yoxdur. Demeli, saxta nömre olubmuş. Bes onların Maya ile ne işleri? Yaxşı, deyek ki, avtoxuliqanlar olub, qeza da qesden olmayıb. Heç uyğunluq yoxdur. Şeherin merkezinde - ele bir yerde, qızğın iş gününde... Yox, yene uyğun gelmir.Heç ne çatmırdı beynine. Fikirleşmeyi de yadırğamışdı. Bu vaxt Raufla hekim birlikde çöle çıxdılar.− Eldar müellim, çox şükür, salamatlıqdır. Qorxulu heç ne yoxdur. Hekimi de çağırdım ki, özü hamınızı arxayın etsin. Bu defe İrade xanım berkden hönkürdü. Hekim ona teref döndü:− Narahat olmayın, her şey arxada qaldı. Başına yüngül tikiş qoymuşuq, huşu özündedir indi. Birce sol qolunda sınıq var. O da düzelecek, esas odur ki, ele bir süretden sağ çıxıb, buna şükür edin. Keçmiş olsun! – deyib, getdi. İrade xanım sevincinden Eldarın sinesine sığınmışdı...
– Sene göre teessüflenirem, Rauf. O qız da heç bir teqsiri olmadan heyatını itirecekdi. Görünür doğru yoldasan. İze düşmüsen ki, onlar bele herekete gelibler. Bes menden istediyin nedir?Rauf yerinde dikeldi:− Evvela, bu işin açılmasını isteyirsinizse, işin gedişi haqqında esla heç kese heç ne demeyin. Esla! Yeznelerinize, bacılarınıza, kömekçinize, heç kese!− Onlar yad deyiller axı.− Heç ailenize de...İlqar duruxdu:− Yaxşı, demerem. Bes sonra?− Menim üçün tecili öyrenin ki, Elçine hansı silahdan ateş açılıb.− Bu artıq melumdur.− Xeyr! – keskinlikle onun sözünü kesdi, – melum deyil!Çünki, ona öz silahından ateş açıblar.İlqar heyretden dondu:− Ne danışırsan?− Düz eşitdiniz. Buna eminem. Siz bütün elaqelerinizden ve maddi gücünüzden istifade edib bunu yeniden araşdırın. Amma ses-küy yaratmayın, heç kese de qetiyyen bir kelme de demeyin. Bu yalnız ziyanımıza işleyer.− Yaxşı, oldu. Bunu mütleq öyrenecem. Başqa?Rauf ayağa qalxdı:− Başqası odur ki, özünüzden de muğayat olun. Bir de merhumun cangüdeni Efqanla tecili görüş teşkil edin, onunla danışacaqlarım olacaq.− Bu ele indi de mümkündür. Efqan indi bizde işleyir.Stolun üstündeki aparatın düymesini sıxdı:− Efqanı yanıma çağır! - alnını ovuşdurdu, - o yaxşı oğlandır.− Hem de sadelövh. - Rauf elave etdi.Eyninde açıq qehveyi nazik gödekçe, cins şalvar olan, boybuxunlu Efqan qapını açıb, sakitce içeri daxil oldu:− Meni çağırmısınız, İlqar müellim?− Çağırmışam, keç eyleş.- stola işare etdi. - Raufu tanıyırsan artıq. Seninle danışılası sözü var.Oğlanın nece dilxor olduğu o deqiqe üzünden hiss olundu. Amma dinmedi, keçib Raufla üzbeüz eyleşdi:− Hele işi qurtarmamısan?− Yardımınızla tez qurtararam.Efqan yerinde qurcuxdu. Gözucu İlqara baxıb, yene Raufa sarı döndü:− Bacadığımı etmişem, edecem de...− Onda deyin görüm hemin gün silah niye sizde qalmışdı?Efqan caşqın- caşqın gah İlqara, gah da Raufa baxdı:− Ne silah? Men onu rehmetlik Elçin müellime vermişdim.Rauf onun gözlerine baxdı:− Vermemişdiniz Efqan, vermemişdiniz!Efqan hövseleden çıxdı:− Sübutun olmadan heç vaxt boynuma şer ata bilmersen.Hemişe ofise gelende silahı ona tehvil verirdim.− Amma bu defe vermemişdiniz.− Dedim vermişdim, bilmediyini üzüme durma!İlqar sert sesle acıqlandı:− Efqan, sakit ol! Heç kes sene şer atmır. Ne var, ne bilirsen hamısını de, and olsun ki, seninle heç bir işim olmaz.Efqan esebi hereketle ayağa qalxdı:− İlqar müellim, incimeyin. Amma öz haqqlarımı bilirem. -otaqdan çıxdı.Rauf İlqarla telesik sağollaşıb, onun ardınca telesdi. Efqan aşağıda dayanmış qapıçıya el-qolunu ölçe-ölçe nese danışırdı. Aşağı düşen Raufu görüb qaşqabağını tökdü. Rauf onlara yaxınlaşdı:− Efqan, seninle birce kelme teklikde danışa bilerik?− Yox!− Yalnız beş deqiqe.Efqan sifetini turşudub, onu işare ile dehlizin başındakı boş otağa çağırdı.Rauf Efqanın eyleşmesine ehemiyyet vermeden, ayaq üste divara söykendi:− Efqan, sen pis adam deyilsen. Bilirem, yeqin seni qorxuzublar.Ailen var... Amma bize kömek elesen, söz verirem ki, sene nese etmelerine imkan vermeyecem. Seni hebs etmeyeceklerine zamin dururam.Efqan başını dönderdi:− Sence men uşağam?− Uşaq deyilsen, Efqan, uşaq deyilsen. Ona göre de taleyin haqqında düşünmelisen. Sen kömek elemesen, meseleni başqa yolla öyrenmeli olacağıq. Onda da, xeber tutub seni cezalandıracaqlar. Biz de seni qorumalı olmayacağıq. Bunları başa düşürsen?Efqan söhbetin yazıldığından xebersiz halda, böyümüş gözleriniovuşdurdu:− Onsuz da meni sağ buraxan deyiller. Tanımırsınız onları.− Efqan, onlar kimdir?− Deye bilmerem, heç cür.− Dedim axı, men sözümün üstünde duracam. – onun dinmediyini görüb, dillendi, – isteyirsen, men deyim. Kamran Eliyev ve Mirehmed Babayev...Efqan qorxmuş gözlerini heyretle qaldırıb Raufu süzdü.Sonra sanki sustaldı, stulda qolları yanına sallandı:− O, bağışlamayacaq, heç vaxt.− Hansı?− Ele her ikisi, esas da Kamran.− Sen narahat olma, her şeyi danış bize.Efqan birden yerinden sıçrayıb,ayağa qalxdı:− Men heç ne bilmirem. Heç ne de danışan deyilem. Guya çox üreyin yanır mene. Senin kimilerin fikrindeki ancaq puldur. Seni o maraqlandırır ki, iş açılsın, sen de bire beş alasan. Guya çox vecineyem ele? Aralıqda qalan da men olacam. Başıma ne iş gelse de, heç maraqlanan olmayacaq. – çıxıb getmek istedi.Rauf onun qolundan tutub saxladı:− Efqan, qulaq as mene, inan ki peşman olmazsan. Onsuz da onlar seni ele-bele buraxan deyiller. Eger nese bilirsense danış. Hem cezan yüngülleşer, hem esl cinayetkar hebs olunar. – Efqanı acıyacaq bir baxışla süzüb, davam etdi. – hem de iş yekunlaşana qeder ailen de, sen de ciddi mühafizede olacaqsınız.Efqan kobudluqla qolunu ondan çekdi:− Özünü yorma! Heç ne deyen deyilem. – deyib qapıya teref addımladı.Rauf öz-özüne deyindi:− Yaxşı, ne deyirem ki. Neynek, danışdıqlarını aparıb İlqara vererem. Daha qalanını araşdırmaq öz işidir. – guya keçib getmek istedi.Efqan birden-bire sustaldı:− Sen onları tanımırsan...Rauf döndü:− Onu deye bilmerem, amma ola bilsin Elçini sen qetle yetirmisen,bu aşkar olsa senin üçün heç de yaxşı olmayacağını bilirsen...Efqan key-key onun üzüne baxdı:− Men öldürmemişem, and olsun Allaha. – ağlamağa başladı.Rauf acıqla onu süzdü, qaş-qabağını tökdü:− Kişinin heç neden ağlamasını xoşlamıram. Xüsusen de qorxudan. Hele indiden bele edirsen.− And içirem, Allah haqqı, mescid haqqı, Quran haqqı, imam haqqı... Daha neye and içim ki, inanasan? – rengi saralmış Efqan yalvarıcı sesle ağlamsındı. – Ne belaya düşdüm men, ay Allah.Rauf sakitlikle başını buladı.− Sen bunu evvelden düşünerdin. Qetl baş veren kimi, polise xeber verseydin heç ne olmazdı.− Sene dedim axı onları tanımırsan. Onlar her şeyi bacararlar. Hele polisi de alarlar pulla, mehkemeni de, appelyasiyanı da. Hele desen...Rauf hirslendi:− Saxla görek, en nifret etdiyim şey adamların bilmediklerini danışmasıdır. Senin dediyin kimi dırnaqarası hüquq işçileri var. Amma qurunun oduna yaşı yandırma. Xeyirin olduğu her yerde şer de mütleq var. Elece de eksine. Bu yazılmamışqanundur. Amma görmeze-bilmeze her kes haqqında bildiyini de, bilmediyini de danışma. Bütün asayiş işçileri dediyin kimi olsaydı, insan insan eti yeyerdi...Efqan susurdu. Artıq gelecek aqibetini gözünün önüne getirir, haldan-hala düşürdü.Yavaşca pıçıldadı:− Od vuracaqlar, başıma oyun açacaqlar, sağ qoymayacaqlar, Vallah...Rauf onun dediklerini eşitmirmiş kimi, stul çekib üzbeüz eyleşdi:− Men bilirem ki, merhumu öz silahı ile qetle yetiribler. Buna eminem. İlqar bunu bütün vasitelerle gizlince araşdırıb mene xeber verecek onsuzda. İkincisi, sen silahı her günkünden ferqli olaraq Elçine vermemişdin. Ola biler, bunun üçün hansısabehane getirmisen, ya da başqa nese... Amma sonra ne baş verib? Meni çox şey maraqlandırır. Men bilirem ki, o kimise gözleyirmiş. Çünki qapıçıları, sürücünü eve yola salıb. İş vaxtı qurtardığı üçün işçiler de evlerine dağılışıblar. Amma o kimisegözleyib... Gözlediyi qonaq onun üreyince olmasa da, amma yene de gözleyib. Kiminle görüşüb o? – Efqanın susduğunu görüb çox sakit sesle dedi. – senin başqa yolun yoxdur, Efqan. Ne qeder ki, başın üstündedir, danış. Bilirem ki, seni de buraİlqara gözetçi qoyublar. Onun işlerini, elaqelerini xeber vermek üçün. Bütün bunlardan xeberim var. Amma hemin gün ne baş verdi, gelen kim idi?Efqan gözlerini ağır-ağır qaldırdı:− Menim xeberim yoxdu. Mescid haqqı, gelenin kim olduğunu görmemişem. Ancaq... – azacıq susub, Raufun zehmli üzüne baxdı, – ancaq gördüyüm onlar idi... Kamranla Mirehmed. Bilirdim ki, onun qonağı olacaq. Nese vacib danışıqolmalı idi. Bir gün evvel men eve gedende mene basqın elediler. Bir de gözümü açanda, gördüm Kamran durub qarşımda. Mirehmed de yanımda. Dedim ki, bu ne demekdir, Kamran müellim? Soruşdu ki “arvadını çox isteyirsen?” Deli olmuşdumaz qala. Üreyime min cür qara-qara fikirler geldi. Nece istemeyerdim axı, – köks ötürdü, – neçe il yalvar-yapışdan sonra, birteher razı oldu atası. Neyse, soruşdum o ne sözdür,Kamran müellim? İnan alaqaranlıq otaqda Kamranı o sifetdekim görseydi davam getirmezdi. Diqqetle gözüme baxdı, Vallah, bir saniye de baxa bilmedim. Ne qeder nifret, kin olarmış baxışda. Qeddarlıq, celladlıq yağırdı eclafın üz-gözünden. Elinde de bir tapança, özü de elcek geyinmişdi.Dedim, Kamran müellim, Vallah heç ne başa düşmedim...Güldü... Dedi ki, “bu silahı tanıyırsan?”. Diqqetle baxdım ki, Elçin müellimin silahıdır. Ofisde olanda özüne verirdim, eve gedende yene mene qaytarırdı. Evde silah saxlamaqdan, silahgezdirmekden qeti xoşu gelmirdi. Deyirdi, silah adamı ondan istifadeye sövq edir... Neyse, üstümden açmışdılar. Dedim,“tanıyıram.” Dedi ki, “bu silahda tekce senin, bir de Elçinin el izi var. Onu öldürüb, senin üstüne atardım. Lap lazımgelse, seni de öldürerdim ki, guya qorxudan intihar etmisen. Amma, yazığım gelir, başa düşen oğlansan. Hem ailelisen, genc, gözel qadının var..."Bu sözleri eşidende nece dehşete gelmişdim. Onlar uzaq qohum idiler axı. Amma, doğrusu Elçin müellimi gözü götürmediyini bilirdim... Hiss elemişdim... – udqunub, azacıq susdu.Rauf sebirsizlikle:− Bes sonra?Efqan başını buladı:− Sonra heç ne. Meni ailemle hedelediler. Kimese nese desem min cür dehşetli cezalar sadaladılar. Özüme göre qorxmurdum, aileme göre, körpe qızıma göre... Neyse, dediler ki, sabah silahı bir behane ile Elçine vermeyim. Deyim ki, guyamaşında qalıb, ya ne ise bir behane. Onsuzda onun xasiyyeti ele idi ki, vermesem heç istemezdi, maraqlanmazdı da. Bir de dediler ki, guya bir neferin ora geldiyine şahidlik etmeliyem.Amma çox tesadüf ola biler ki, bütün bunlara ehtiyac olmasın, hamısını da unudum getsin. İnan, Allaha nece yalvarırdım ki, kaş heç ne olmasın. Qetl hazırlandığını başa düşmüşdüm artıq.Rauf fikirli halda onun sözünü kesdi:− Demeli deqiq deyilmiş. Yeni, orda hansısa vacib söhbet gedecekmiş, bu da Elçinin taleyini hell edecekdi. Kamranla Mirehmed ora gelir, silahı senden alırlar. İçeride nese danışırlar, söhbet alınmır. Elçini gözlemediyi halda öz silahındanqetle yetirirler. Ve, çıxanda, – birden duruxdu, dayan bir, demeli seni de onlar yaralayıb, özü de gözlemediyin halda.Efqan teeccüble ona baxdı:− Ele bil orda olmusan. Amma, bir az başqa cürdür. Qonaq tamam başqa adam idi.Rauf dikeldi:− Kim?− Bunu göre bilmedim. Kamrangil meni postumdan uzaqlaşdırdılar.Heç yarım saat keçmemişdi ki, içeriden Elçin müellimin sesi geldi. Nese deyib, acıqlandı. Sonra da ateş sesi eşitdim. Canıma üşütme düşdü. Mescid haqqı, dizlerimisaxlaya bilmirdim, dayana bilmeyib stula çökdüm...Bu vaxt qapı açıldı, Kamran telesik menim tuşuma geldi. Gücle ayağa qalxdım. Dedi “şertimiz yadında?”. Dedim “he”.Qorxumdan özümde deyildim heç. Boğazım qurumuşdu. Silahı qaldırıb mene tuşladı, dedi “kimese nese desen, özünü ölmüş bil, gözümüzün altındasan”, bir ateş açdı. Yıxıldım. Daha heç otaqdan kimin çıxdığını da görmedim. Onlar uzaqlaşandansonra polise zeng vurmalı idim...Neyse, sonra başa düşdüm ki, meni niye öldürmek istemeyibler. Onlara şahid lazım idi, yalançı şahid. Bir-iki neferi pullaşahid tutmuşdular ki, guya “qatil” ofisin binasına girende görübler.Amma içeride de kimse olmalıydı. Özü de yaxın adamlardan. Öz silahı ile de ona göre vurmuşdular ki, men terefden arxayın olsunlar. O silah tek mende olurdu, bilirdiler ki. bununla qorxu altında saxlaya bilerler meni. Mentiqe görede, “qatil” ancaq Elçin müellime göre gelmişdi, meni öldürmemeli idi. Sonra da silahı özüme qaytardılar.Rauf qaşqabaqla dillendi:− Hebs olunan adam da, guya onu öz silahı ile öldürüb. İndi, şeherde çoxları şexsi silah saxlayır evinde. Müdafie üçün. Hardan bileydi ki, silahından günahsız yere öz eleyhine istifade olunacaq. Ona göre deyibler ki, adam her danışdığını yüz ölçübbir biçmelidir. Hemin adam, hirslenib Elçini hedelemişdi. Sonra da bu ehvalatı çoxdan unudub. Amma bu vaxt orada olan qatillerin yadından esla çıxmayıb. Daha da işlerini yüngülleşdirib.Efqan yazıq-yazıq dillendi:− Bes indi ne olacaq? Onlar bağışlamayacaq. Heç vaxt! Men cehennem, amma...Rauf sözünü kesdi:− Bu günden siz xüsusi mühafize altında olacaqsınız. Qalır birce gelenin kimliyini araşdırmaq. O da melum olsa, onların şansı qalmayacaq. Yoxsa, hemin adam qisas ala biler. Eleleri meqsedleri üçün her vasiteye el atırlar.Telefonu götürüb kimese zeng etdi...* * *Maya gözlerini açıb, etrafına baxdı. Şaşqınlığı birce an çekdi.Yene de palatada olduğunu, bura qeza neticesinde düşdüyünü xatırladı. Başını dönderende anasını gördü. O, stulda oyaq kimi oturmuşdusa da, deyesen gözlerini yuxu tutmuşdu.Ona yazığı geldi. Kaş Rauf müellime qulaq asardı. Onda bütün bunlar olmazdı. Amma ele bu veziyyete onun ucbatından düşmemişdimi?! Üreyinde Raufu yamanladı. Birden sağ qalmasaydım, ya da ömürlük şikest olsaydım?! Nece olardı, ne ederdi yazıq valideynlerim. Allah bilir, dünenden beri neler keçiribler. Mayanın yanında özlerini şen gösterirlerse de, halları üstlerinde deyil hele de...Yeniden gözlerini yumdu. Bu vaxt dehlizden ses eşidildi.Nezaretçi tibb bacısı kiminlese mübahise edirdi:− Dedim ki, olmaz! Tapşırıblar ki, ailesinden başqa heç kese girmek olmaz içeri.− Men "heç kes" deyilem, mene olar.− Ay balam, niye başa düşmürsen? Bu camaata niye söz çatdırmaq olmur, göresen? Dedim ki, olmaz!− Vallah, özüne deseniz ki, gelen menem, deyecek gelsin. Qoyun keçim, en yaxın refiqesiyem, bacısıyam...Maya Efsanenin sesini tanımışdı. Sevincinden üreyi esdi. Gör yanıma gelmek üçün ne qırğın salıb. Ay seni, hardan bildi ki, bu deqiqe onu fikirleşirdim. İrade xanım diksinen kimi olub, ayağa qalxdı. Qızının oyandığını görüb, alnından öpdü:− Can, oyanmısan?− He... De ki, Efsaneni buraxsınlar içeri.− Sen dincelmelisen axı...− Ana...− Yaxşı. – İrade xanım narazı qalsa da, çöle çıxdı. Az sonra Efsane acıqlı-acıqlı tibb bacısına göz süzdürüb, içeri keçdi. Çarpayıda başı sarıqlı, qolu gipsde olan qızcığazabaxıb, kövrek sesle:− Maya... – dedi, ağlaya-ağlaya yüngülce onu qucaqladı. Defelerle o üz, bu üzünden öpdü:− Bağışla, xetrine deydim dünen. Senin derdine şerik olmaqdan, daha da küsüb getdim. Canım menim, gözel dostum bağışla...Maya da ağlamağa başladı. Dünenden beri içine dolmuş, sanki boğazında tıxanmış göz yaşları yumru yanaqlarından yuvarlanaraq, balıncına damcılandı. Qarşısındakı en eziz, en doğma adamı tek qolu ile berk-berk özüne sıxdı:− Sen meni bağışla, kobudluq eledim. Senlik ne var ki, könlümü alıb güldürmek isteyirdin.Yene bir-birinin göz yaşına islanmış üzlerinden öpdüler. İrade xanım qapını açıb onları bu halda görende, üreyi kövreldi, içeri girmeyib qapını örtdü. Efsane elinin arxası ile gözlerini sildi:− Ne pis qızsan sen, niye xeber vermemisen ayılan kimi? Bu gün seher dersde gördüm gelmemisen, çox teeccüblendim. Fikirleşdim ki, teneffüsde zeng vuraram. Ele dersin ortasında Eldar dayı müellime zeng eleyib hadiseni dedi. Uşaqlar hamısıçox narahat olublar. Menim lap üreyim partlamışdı. Başladım ağlamağa. Müellim gördü sakitleşmirem, dedi ki, yaxşı, dur get eve.− Sen de dersden qalmağa behane tapdın, he?İkisi de gülüşdüler. Efsane burnunu çekdi:− Ne bilmişdin?! Hele sen var ha! Ele bilirdin bele asanlıqla canını qurtaracaqsan? Hele ceza müddetin bitmeyib, ona göre Allah aparmadı yanına.− Ne cezası? – Maya güldü.− Bes bilmirdin, melekler decellik edende Allah onları yere gönderir ki, ceza çeksinler. Seni de elece. Sen meleksen, men de senin cezanam. İndi çek görüm.− Ay seni! Bes uşaqlar ne dediler, yanıma ne vaxt gelecekler? Pis oldular, he?!− Bes pis olmazlar? Yaramaz, inadçı olsan da neynek, bir dene filosofumuz var da, hamı çox isteyir. – nese fikirleşdi –amma en çox Fuadın kefi pozuldu, bayaqdan gelince elli defe zeng edib...− Hm, sağ olsun... – Maya mızıldandı.Efsane çarpayının lap küncüne çekildi:− Ezmirem ki, seni? Rahatsan?− He, otur, otur.− Fuad çox yaxşı oğlandır. Özü de, bilirsen de, sene münasibeti xüsusidir.Maya üz-gözünü turşutdu:− Efsane, besdir. Çox yaxşı insandır, Allah canın sağ elesin.Onu qardaşım qeder çox isteyirem. Medeni, terbiyeli, ağıllı, savadlıdır. Amma qardaşımdır ölene kimi, vessalam. On bir il bir sinifde oxumuşuq, evvelden başqa nezerle baxmamışam ona. Eger ne vaxtsa bele münasibet yaransaydı... Amma iş ondadır, ilk vaxtdan sadece sinif yoldaşı, sadece bir qardaş bilmişem özüme. Bu gün-sabah mektebi qurtarırıq, her şey de unudulub gedecek. Bax bele.Efsane fikirli halda onun saçını sığalladı:− Yaxşı, daha demerem. Hele sen danış görüm hadise nece olub.Maya gözünü qaçırdı:− Deqiq yadımda deyil. Yolu keçirdim, maşın vurdu. Vessalam.− Ele bu?Maya teeccüblendi:− Başqa ne olmalıdır ki?− Bes sürücü getirmedi seni?− Eh ne qoyub, ne danışırsan. Bu senin üçün film deyil ki. Ele bilirsen meni götürüb hekime çatdıracaq, seheri gün de elinde bir deste gül ile gelib evlenmek teklif edecek?Her ikisi ürekden güldüler. Efsane güle-güle başını buladı:− Sen heç zarafatdan qalma.− Zarafat etmirem ki...− Ciddi sözünde de yumor var senin, men ne bilim bes.Qapı astaca döyüldü, ardınca anası içeri keçdi:− Maya, müellimin gelib...
Qızın iki günün içinde rengi qaçıb solğunlaşmış çöhresi tutqunlaşdı, yanaqları xefifce qızardı. Onunla qarşılaşmağı heç arzulamırdı. Üstelik her şeyin üstünde adamı danlayır, imkan vermir neyise izah etmeye. Efsane Mayaya baxdı:− Ne müellim?− Rauf müellim... – mızıldandı.Efsane celd ayağa qalxıb, çantasını götürdü.− Sen hara, ay qız?− Eve, hazırlıq var.− Yalan deme, hele ders vaxtıdır.− Nolsun, hazırlaşacam da. Maya ters-ters baxdı:− Sen bilirsen nesen? Seni menden yaxşı tanıyan olmaz. Canındakını bilirem. Otur burda. Efsane güle-güle eyilib onun yumru ve azacıq pörtelenmiş yanaqlarından öpdü:− İndi ki bilirsen, onda sabahadek. – güle-güle otaqdan çıxdı. Rauf elinde nese bir qutu ile içeri keçdi. Qapını örtüb, elindekini Mayanın çarpayısının yanındakı dolabın üstüne qoydu. Stulu çekib, onun yaxınında eyleşdi. Maya dinmirdi. Sakitce Raufun herekerlerini izleyirdi.− Necesen? Maya soyuq halda dillendi:− Yaxşı. – bir az susdu. - Siz?− Yaxşılığa doğru... – hemişe bele deyirdi.− Hele gedib çatmamısınız?− Hara?− Yaxşılığa... Rauf gülümsedi:− O yol düşündüyün qeder qısa deyil...− Ne de sonsuz olacaq qeder uzun deyil.− Düzdür.− Demeli, leng gedirsiz. Belke de heç getmirsiniz.− Niye ele düşünürsen?− Gördüklerimin esasında... – tutqun şekilde müellimini süzdü.- Son günler gördüklerim o qeder mürekkeb, qarışıq şeylerdir ki, ümumiyyetle sizin kim olduğunuzu anlaya bilmirem. Siz axı kimsiniz, kim? Rauf sert baxışlarını zeiflemiş qızın üzünde gezirdi:− Maya, sen savadlı qızsan. Meger bilmirsen ki, heç de hemişe her şey zahiren göründüyü kimi olmur?− Bilirem... Amma kim olduğunuzu da bilmek isteyirem... Rauf onu eşitmirmiş kimi dillendi:− Görürsen, söze baxmamazlığından neler oldu? Men sene dedim axı, hele çöle çıxma. Etrafa nezer salım. Yene qulaq asmadın... - başını buladı. - Narahat olma, burda seni tamamile mühafize edirler.− Kimler? Özünüz kimi namelum işlerle meşğul olanlar?− Esas odur tehlükesizlikdesen. Maya acıqlı-acıqlı sağlam elini yelledi:− Çox teşekkür, istemez! Meni bu belaya salıb, hele bir müdafieden danışırsınız? Kim olduğunuzu demeseniz, atama her şeyi danışacam. Deyecem ki, bu veziyyete size göre düşmüşem. O da hamısını polise deyecek. Qoy her şey qanunla hellolunsun. Rauf gülümsedi:− Meni hedeleyirsen?− Sadece xeberdarlıq edirem. Beli, deye bilersiniz ki, men heddimi aşıram. Danışığım da bir qız uşağı üçün namünasibdir, sertdir. Amma, acığınıza da gelse de bu günden sizin şagirdiniz deyilem. Rauf ayağa qalxdı:− Narahat olma, Maya! Lazım olan her şeyi atana danışmışam. Şagirdim olmamağına geldikde, esla incimirem. Senin kimi şagirdle dil tapmaq asan deyildi... Sert danışığına qaldıqda, bu menim xoşuma geldi. Çünki, nece varsan, ele de hereketedirsen. Hemişe bele qal. Helelik!− Elvida! Rauf bu ters qızı gülümser baxışla bir de süzüb, başını buladı ve otaqdan çıxdı.Maya yanındakı dolabın üstündeki qutunu eline aldı. Bu onun dünyada olduqca çox sevdiyi bir şey – şokolad idi...* * *Xeyanet qoxusu (Son)
Raufun maşında gözlediyi artıq 20 deqiqe olmuşdu. Hezin bir mahnı qoyub, yene adeti üzre oturacağa söykenmişdi. Söykenili olsa da, yandan kiminse geldiyini hiss edib, başını qaldırdı. Maşının ön qapısı açıldı ve gelen adam oturacaqda özünü rahatlayıb,qapını bağladı.− Bizi uşaq kimi aldadıblarmış. Rauf kinayeli gülümsedi:− Men deyendir?− He... Ateş öz silahından açılıbmış. Rauf üzünü ona dönderdi:− İlqar, hazır ol, hele çox şey eşideceksen. İlqar ürkmüş nezerlerini ona dikdi:− Narahatam nese. Sen de bir az deli eleme. Ne eşidecem?− Her şey alınsa, heqiqeti.− İnşallah!... - fikirli halda astadan dillendi. Maşın zoğalı rengde, qehveyi çerçiveli darvazanın qarşısında dayandı. Onlar maşından düşüb, qapının zengini dörd defe seslendirdiler. Yaşlı bir kişi qapıya çıxdı:− Xoş gelmisiz. Rauf salam aldı:− Sağ ol, Cefer dayı. – sonra üzünü qonağa tutdu – keçek içeri.Qapını bağladılar. Bu vaxt heyetde oynayan qeşeng, qarabuğdayı bir qız uşağı hoppana-hoppana onların qarşısına qaçdı:− Rauf geldi, Rauf... Bu Efqanın qızı idi. Dünen Efqanın etirafından sonra, yoldaşı ile vacib lazım olan bir-iki şeyi götürüb Raufla bura gelmişdiler. Az bir vaxtın içinde Raufa öyreşen balaca Fidan ata-anasının tekidine baxmayaraq, onu öz adı ile çağırırdı. Mezeli danışığı da vardı. Rauf da ki, uşaqlara vurğun idi. O ki, qala bele decel ve şirin qız uşağı. Ona göre de onu tez-tez dindirir, danışdırır, şirin-şirin sözlerine ürekden gülürdü.Fidan onlara çatan kimi, Raufun qucağına atılıb, boynuna sarıldı. Rauf bura gelmemişden aldığı balaca gelinciyi ona verdi. Uşağın sevincinin heddi-hüdudu yox idi. Heyete düşen Efqan da, heyat yoldaşı da gülümseyerek bu sehneni izleyirdiler. Efqan xecaletle dillendi:− Rauf, çox sağ ol! Sen kişi adam imişsen. Rauf boynunu buraxmaq istemeyen qızcığazı yere qoyub, ciddi terzde dillendi:− Sadece sözümün üste durdum.− Bunu unutmayacam, ölenecen men sene borclu.− Bu sözden xoşum gelmir. – Rauf üz-gözünü turşutdu. İlqar hele de maraqla onlara baxırdı:− Demeli, razılaşmısız. Meni de başa salın bir. Rauf evvelce ev yiyesini teqdim etdi:− Bu bibim ve onun yoldaşıdır. Tanış olun, Emine xanım, bu da Cefer dayı. Qonaq onlarla salamlaşdı. Rauf davam etdi:− Efqan da, ailesi de bu iş yekunlaşana qeder burda meşkunlaşacaqlar.Efqan yegane şahidimizdir. İlqar heyretle ona baxdı:– Sen her şeyi bilirdin? – bir az da esebleşdi, – meni de aldadırdın,he? Rauf ciddilikle onu sakitleşdirdi:– İlqar, her şey başqa cürdür. Bizim esas işimiz heqiqeti ortaya çıxarmaqdır. Efqan sene her şeyi danışacaq. Amma evvel menim planımla hereket edeceyik...* * * Kamran Eliyev öz şexsi malikanesinde oturub kitab oxuyurdu. Amma fikri oxuduğu kitabda deyil, tamam başqa yerlerde idi... Kaş ki, Elçine bu iş barede ümumiyyetle melumat vermeyerdiler. Üreyine dammışdı ki, qebul etmeyecek. Çox da ki, böyük mebleğdir. Amma mesele açılandan sonra başqa elacları qalmamışdı...Yeniden hemin sehneni xatırladı... Elçin kinaye ile ona baxıb “sen ki bele acgöz idin, ele senden bunu da gözleyerdim” dedi. Sonra da dedi ki, "heç kese heç ne demerem, amma birdefelik bütün elaqelerimiz kesilecek." Bu çıxış yolu deyildi. Axı mütleq hamı bu soyuqluğun sebebile maraqlanacaqdı. Herden ehemiyyet vermediyimiz kiçik hadiseler, sonda mehve getirib çıxarır. Onları narahat eden de bu olmuşdu. Elçinin bu sirri bir ömür boyu daşıya bilmeyeceyinden qorxmuşdular. Neyse, özü bais oldu her şeye.Telefonun cingiltili melodiyası fikrini dağıtdı. Zeng eden Efqan idi. Kamran onsuzda bayaqdan eyni sehifesinde dayandığı kitabı nehayet ki, bir kenara qoyub, telefonu açdı:− Ne xeber?− Salam Kamran müellim.− Ne xeber?!...− Yaxşı xeber yoxdu. Her şey alt-üst olub. Kamran yerinde dikeldi:− Ne çerenleyirsen?− Vallah, düz deyirem. Menlik heç ne yoxdur. Bu gün o xefiyyedir,zabitdir, nedir, o oğlan gelmişdi. İlqar müellimle nese danışdılar. Sonra da çıxıb getdiler. Kamran söyüş söydü:− Sen hansı cehennemdesen? Ne danışdılar, hara getdiler?− İlqar müellime dedim ki, men de sizinle gedim. Dedi,lazım deyil. Kamran müellim, bura kimin geldiyinden xeberleri var.− Ne? – gözü kellesine çıxdı. – Heç vaxt ola bilmez!− Men ele eşitdim.− Sen hardasan?− Men ofisde qaldım.− Tez ol, çıx ordan. Men hara desem ora gelersen.− Oldu. Kamran gecikmeden Mirehmedin nömresini yığdı. Cemi üç defe seslenen çağrı ona olduqca uzun geldi. Yumruğunu stola vurub, yene söydü. Eyni vaxtda telefonda bacanağının sesini eşidildi:− Alo, Mirehmed.− Salam, Kamran. Nolub?− Mirehmed, ilişmişik.− E, ne danışırsan?− Tez ol, yığış. Ona da mütleq xeber elemeliyik. Ondan xeberleri var...− Axı hardan?− Bilmirem. O gededen gözüm su içmirdi. Bilmirem nece tapıb, hardan bilib.− Neyneyek bes?− Heç ne, aradan çıxırıq. Men ona xeber verecem. Sen de çıx evden. Müveqqeti kenddeki bağa gedek. Oranı heç kes tanımır.− Yaxşı, yaxşı. Tez xeber ele.* * * İlqar heyretden donmuş halda qulaqcıqları çıxardı. Eşitdiklerine hele de inana bilmirdi. Rauf onu birbaşa Milli Tehlükesizlik Nazirliyinin şöbelerinden birine getirmişdi.Buradan Kamranın, Mirehmedin ve onların xeber vermeli olduqları esas hedefin danışdıqlarını dinleyirdiler. Artıq esl cinayetkarlar ifşa olunmuşdular. Kamran hemin şexse zeng etmekle, özü de bilmeden onun kimliyini tanıtmışdı. İlqar alnını ovuşdurdu:− Adam deli olur az qala. Öz evimin içindeymiş sen deme. Men de her şeyi açıb, onlara deyirdim. – acı-acı güldü. - Dolayırlarmış meni, tfu...Rauf onu sakitleşdirmeye çalışmadı. Bu vaxt xüsusi formalı bir genc içeri daxil olub, herbi salam verdi:− Cenab zabit, qrup artıq gönderildi.− Aydındır, gede bilersiniz. - üzünü İlqara tutdu. - Gedek İlqar,onlanları siz de görmelisiniz.* * *Xeyanet qoxusu (Son)
Böyük bir bağ evinin etrafında sakitlik hökm sürürdü. Bağ evinin geniş heyeti yazın gül-çiçeyi, yaşıllığı ile örtülmüşdü.Tezece tumurcuqlamış, bezileri ise çiçeklemeye başlanmış ağaclardan bihuşedici etir yayılırdı. Bağ evi kendin ele menzereli yerinde tikilmişdi ki, burada olan her kes derdini-qemini unudub, könül xoşluğu tapa bilerdi. Yaz olmasına baxmayaraq, kendin havasında bir ayaz da vardı. Amma adamı üşütmür, eksine serinlik, teravet hissi yaradırdı. Heyetdeki geniş stolun arxasında üç kişi eyleşmişdi. Onlar ne baredese möhkem mübahise edir, ortaq fikre - razılığa gelebilmirdiler. Bunlar bir neçe ay evvel qetle yetirilmiş iş adamı Elçin Talıbovun şerikleri Kamran Eliyev, Mirağa Babayev ve onlarla tamam başqa sahede elbir olan orta boylu, dolu bedenli, düz, iri ve çopur burunlu, qalın, sıx qaşları olan bir kişi idi. Burada gizlenenden beri ölkeden qaçmağın yolunu ve yeni terefdaşlarından almalı olduqları narkotik maddeleri kime etibar etmeyi müzakire edirdiler. Hetta hemin şexsle danışıb, malı birbaşa getmeli olduqları yere göndermek isteyirdiler. Amma açıq-aşkar hiss olunurdu ki, Mirehmed de, hetta Kamran da qarşılarındakı bu “bedheybet” görünüşlü kişiden çekinirler. Kamran mümkün qeder sakit danışmağa çalışdı:− Razılaşmışdıq ki, 50-50-ye böleceyik. Amma sözünün üstünde durmursan. Hele üstünüzde ölü de var... Kişi qalın qaşlarını düyünledi:− Bele olacağını dememişdiniz heç biriniz. İşleri korladınınız. Heç bir oğlanı da aradan götüre bilmediniz.− Bunun pula dexli yoxdur! – Mirehmed esebi halda qışqırdı. Kişi sert baxışlarını onun üzünde gezdirdi:− Adam eledim, qudurdun? Kamran Mirehmedle ani baxışdı. Bu kişinin heç xoşuna gelmedi. İndi onlar üz-üze yatan canavarlara benzeyirdiler. Bir-birini parçalamaqdan qorxaraq, ehtiyatla baxışırdılar. Kişi astaca elini stolun üstündeki tapançaya qoydu. Bacanaqların baxışından xeyanet qoxusu gelirdi...Kamranla onun eli eyni vaxtda qalxdı, lakin birce anın sehvi Kamranın alnında qırmızı delik açdı. Kişi çox serrast atıcı idi. Qorxuya düşmüş Mirehmed tir-tir esmeye başladı. Stolun üstüne serelenmiş Kamrana teref baxmağa bele cesaret etmeden, dili dolaşa-dolaşa yalvarmağa başladı:− Qurban olum, mene deyme. Hamısı senin olsun. Bunu da özüm basdıraram. - Kamranı gösterdi. – Qoy redd olum, gedim burdan, ne men seni tanıyıram, ne de sen meni... Kişi soyuqqalıqla onun sözünü ağzında qoydu:− Mene şahid lazım deyil! İkinci güllenin sesi bağın divarları arasında eks-seda verdi. Silahını elinden qoymadan, sanki heç ne olmayıbmış kimi ayağa qalxmaq isteyirdi ki, heyetin hasarlarından içeri aşanmaskalı şexsler onu mühasireye aldılar:− Teslim olun! Silahı atın! Hebs olunursunuz! Kişi kinaye ile gülümseyib, silahı yere tulladı:− Bu da axırı... Heyetin böyük qapısı açıldı. İlqarla Rauf da qrupunun başçısının ardınca içeri daxil oldular. Kişini gören İlqar teeccüble içini çekdi:− Bu ki, en meşhur merkezi bankın sedridir. – bankın adını çekdi. Doğrudan da teeccüblü idi. Onun neyi çatmırdı göresen? Rauf qaşqabaqla meyidleri gösterdi:− Bunlar da yezneleriniz. İlqar onları indi gördü. Kamranın dağılmış beynini görende halı deyişirdi, belesini heç görmemişdi. Rengi tamam qaçdı. Öz-özüne danışırmış kimi pıçıldadı:− Allah heç vaxt nahaq qanı yerde qoymur, Kamran. Elçin nahaq getdi. Amma, heyif ki, bacılarım da bedbext oldu... Kişinin el-qolunu qandallayıb maşına oturtdular. Meyidleri ise xestexana maşınına yüklediler. Gördüyü menzereden hele de özüne gelmeyen İlqar ürekbulanmasının qarşısını almaq üçün maşınından tapdığı turşmeze konfeti dilinin altınaqoymuşdu. Rauf fikirli halda söhbetini yekunlaşdırdı:− Onlar narkotika ile bağlı Elçine hansısa iyrenc teklif edibler. Elçin de qetiyyetle redd edib. Bu zaman önceden ehtimal edib, planlaşdırdıqları qetli heyata keçiribler.İlqar ürek ağrısıyla pıçıldadı:− İnana bilmirem, inana bilmirem. Biz ne tufana düşdük. Rauf cavab vermeden, diqqetini yola verdi. Bakıya hele çox qalmışdı.* * * Eve çox yorğun qayıtdı. Qapının zengini çalan kimi, qarşısına atası çıxdı. Ele bil hazır qapının qarşısında dayanmışdı. Oğlunu başdan ayağa süzüb arxayınlaşdı.− Demek uğurlu keçib. Rauf gülümsedi:− Yene menimle maraqlanmısan...− Elbette!− Ehh, ay ata... - acı-acı güldü. - Bilirsen bu işin başında kim dayanırmış? - atasının sual dolu gözlerine baxdı. - Aytacın bankir qayınatası...Mahir evvelce heyretlendi, sonra menalı terzde başını buladı:− Gec-tez bele de olmalı idi!Birlikde qonaq otağına keçdiler. Rauf qefil şaşırdı. Stolun baş terefinde - anasının yanında arıq, hündürboy bir oğlan eyleşmişdi.− Elxan?! Elxan güle-güle qollarını açıb qardaşını qucaqladı:− Başqa qardaşın da var?Ana ve ata eyni boy-buxunda olan oğlanlarını ferehle süzürdüler.− Ne vaxt geldin sen, he, kişi? Elxan güler üzle özünü divana atdı:− Bayaq, teyyare ile. Evvelceden özüm demedim ki, sürpriz olsun. Dedim hem bayram tetiline gelim, hem de bir seni evlendirim, sonra qayıdım. Rauf gülüb elini onun küreyine vurdu:− Xatakar! Atası ciddilikle dillendi:− Rauf, bura qeder şans verdik besdir. Ya qız tapırsan, ya da bir hefteye özüm bir qızın qolundan tutub, getirecem bu eve. Rauf dinmedi. Atası tekidle:− Özün bil. Gözüm bir qızı tutub, onda sabahdan gedirem elçiliye. Susmaq razılıqdır.− Ne qız?− Ela bir qızdır, sarışın, hündürboy. Rauf üz-gözünü turşutdu:− Sarışın lazım deyil.− Niye? Başqası da var... Şabalıdı saçlı, yumrusifet. Onda onlara gederik. - Raufun uğunduğunu görüb, şehadet barmağını ona silkeledi. - Ciddi deyirem, gülme. Demek ki, razısan. Rauf ayağa qalxdı, gödekçesini götürüb, dehlize çıxdı. Orda ucadan seslendi:− Bes olmaz ki, menim dediyime gedesiniz? Otaqdan ananın çaşqın sesi eşidildi:− Ay sene qurban olum!* * * Qızıl payızın son ayı idi... Artıq iki ay yarım idi ki, Maya İncesenet Universitetinin telebesi idi. Derslere hevesle hazırlaşır, yaxşı oxuyurdu. Avtoqezadan sonra aldığı zedeler de tamamile sağalmışdı. Bu gün onun ad günü idi. Dersden icaze alıb eve tez gelmişdi. Anası demişdi ki, axşam dayıları, xalaları, bibisi qonaq gelecek. Birlikde 19 yaşını qeyd edecekler. Otağına keçib gündeliyini vereqledi. Bu günden teze gündelik tutacaqdı. Keçen ilin xatirelerini yazdığı kitabçada daha yer qalmamışdı. Öten günleri sehifeleyib, öteri baxdı. Bu vaxt Rauf müellim haqqında yazdıqları fikirler, ehvalatlar qarşısına çıxdı...O hadiseden sonra, daha hazırlıqdan çıxmışdı. Amma atası Raufun eslinde kim olduğunu deyende xeyli xecalet çekmişdi. Sen deme Mayanın quldur sandığı müellimi, ehtiyatda olan zabit, hem de çox yaxşı xefiyye imiş. Sonradan istemişdi zeng edib üzr istesin, amma utanmışdı, hem de qüruruna sığışdırmamışdı. Qapının zengi çalındı. Yemeyi qarışdıran İrade xanım berkden seslendi:− Maya, qapı... Maya tez gündeliyi döşeyin altına qoyub, qapıya cumdu.Qapını açanda teeccübünden ve heyretinden çaşıb qaldı. Gözlenilmez qonaqların gelişi onu çox heyretlendirdi. Gelen Raufun atası Mahir ve anası Gülnaz xanım idi. Ailesinde Mayadan başqa heç kes onları tanımırdı. Gülnaz xanım çaşqın-çaşqın onlara baxan qızı qucaqlayıb öpdü:− Ad günün mübarek, qızım. Mahir de qızın alnından öpdü:− Qızımız bir düyme de böyüdü. – gülümsünüb qapıya gelen Eldarla el tutuşdu. Maya baş verenlerden hele özüne gelmemiş, el telefonunun melodiyası seslendi:− Beli?!− Seni tebrik edirem, Maya. Raufun sesini o deqiqe tanıdı.− Çox sağ olun, müellim. Raufun onun sözünü özüne qaytardı:- Müellim mektebde olur...− Haradan bildiniz ad günüm olduğunu? Valideynlerinize de nahaq eziyyet verdiniz. Mene göre zehmet çekibler.− Maya, – bir an susdu – onlar eziyyeti mene göre çekibler...− Nece yeni? – qız sesinin titrediyini hiss etdi.− Sabaha kimi her şeyi bileceksen...− Meselen?− Hemişeki kimi çox sual verirsen. Amma menim bele xoşuma gelirsen. Helelik... Maya otaqda heç kesin olmadığını bildiyi halda, qeyri-ixtiyari etrafına boylandı. Sanki, söhbetini kimse eşidecekdi. Sonra elini allanmış yanaqlarına apardı. Üzü od tutub yanırdı. Birden-bire öz halına gülmeyi tutdu. Bu deqiqe özünü dünyanın en xoşbexti sayırdı. Ağlından ani fikir keçirtdi. Gülümseyib, ses-küy gelen qonaq otağına qaçdı...


Tarix: 14.01.2014 / 23:10 Müəllif: ADMIN Baxılıb: 3590 Bölmə: Maraqli Hekayeler