Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Heçlik mövqeyi

Molladan soruşmuşlar:
-"Kimsən?"
"Heç"-demiş Molla, "Heç kimsəyəm."
Dodaq büküb əhəmiyyət vermədiklərini görüncə, soruşmuş Molla:
-"Sən kimsən?"
"Mutasarrıfı"-demiş adam
"Sonra nə olacaqsan?"-Deyə soruşmuş Molla Nəsrəddin.
"Hər halda vali olaram"-deyə cavablandırmış adam.
"Daha sonra?"-Deyə soruşmuş Molla.
"Vəzir"-demiş adam.
-"Daha sonra nə olacaqsan?"
-"Bir ehtimal sədrəzəm ola bilərəm."
-"Yaxşı, ondan sonra?"
Artıq mövqe qalmadığı üçün adam boynunu büküb son mövqesini söyləmiş:
-"Heç."
"Daha niyə qabarırsan, ay adam. Mən indidən sənin illər sonra gələ biləcəyi məqamdayam: "Heçlik mövqesində!"
Ibrətamiz hekayələr


Tarix: 01.12.2014 / 17:31 Müəllif: Aziza Baxılıb: 67 Bölmə: Maraqli Hekayeler
loading...