beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözəgörünməz Təhlükə

Müəllifi özüm olduğum qısa bir məqalə. Arxivimdən tapdım. ( Doğrusu necə yazmışamsa elə də təqdim edirəm, düzəliş etmək istəmədimki təbiiliyi qorunsun )

Ad: Gözəgörünməz Təhlükə
Janr: Traqediya-komediya
Baş rolda: Beyin, Ürək, Ağciyər, Qaraciyər, Qan, Böyrek, Bağırsaq, Mədə, Əllər, Ayaqlar, Göz, Qulaq, Dil, Diş, Burun.
Il: 2011.
Yer: Bakı, kirayə götürülmüş ev.
Saat 04.00… Bədən yorğunluqdan çökmüş, yatağa uzanmış halda…

Söhbətə Beyin başladı: haydaa, bu nə həyatdı ala, hərgün stress, əsəb… Axır bir gün insulit kecirəcəm, dincələssüz. Ürək: hec məni demirsən ay beyin, adam nəqədər ürəyinə salar bir şeyi, nəqədər həyəcan, qorxu keçirər, mənə deyən lazımdı Nöş döyünürsən:)
Qaraciyər: Uydaaa, bu nədi ala, tökülürəmki, zalımoğlu zalım siqarəti sümürüb anasın ağladıre, sonrada deyirlər Niyə xərçəng oldum?!.. Mən yazıq bilmirəm qanı təmizləyim, ya nikotinlə kəllə kəlləyə gəlim. Qan: Ay ölənlərin rəhmətlik qaraciyər, cigərparəsəne:) Qardaşcanı utanıram üreyin yanına gedim, qan deyiləme, bozbaş suyuyam:) Ağciyər: Ala diyanun görümee: Burda başı papaqlı biri var? Bu heyvana biri desinki, az içib, çəksündə! ,əriyib çöpə dönmüşəme, yekə kişidi, özünə hörmət etmir bizə etsin.Diş: Hə Vallah, məndə utandığımdan saralıb solmuşam.Dodaq: Sən kəs səsivi, mən daydaylıq edirəmdə sənə, otur aşağı. Dil: Sakit olundaa, səsiniz götürüb alemi,.Ala ala bu qarınqulu yenə nəsə yeyəcək hazır olun:) Mədə: Ala yaxşıdaa, görməmiş köpəyoğlu, eləbil aclıxdan çıxıb, Beyin qaqa ordan siqnal ver, odu tökdür təpəmə. Mənim axırıma ya bu görməmiş çıxacey, yada öd. Bağırsaq: Mədə səndə adam olda, mən o zibili «mənzilə» çatdırınca Anadan əmdiyim süd burnumdan gəlire:) Sən dəyqə başı quruldamasan, biz indi oturub Kurtlar vadisinə baxırdıq:)))Böyrək: Yaalqızam, yaalqız, yalqızam yalqız:)Ayaq: böyrək bəs əkizin hanı?Böyrək: Ehh, demə qaqa, o gün qaqamın başına «daş» saldılar, kəsib atdılar, indi eşşək kimi işləyirəm
Ayaq: Qaqa xətrinə dəyməsin, səndə lap ağ eləmisəne, mən yoruldum tualet yolunu ölçməkdən, bəsdüdə:)Əl: Ayaq yazıq böyrək neynəsüne, Bu alkaş köpeyoğlu içib mixlanır, çanaq da mədə, böyrəyin başında çatlayır, bu haramzadanın mədəsi doydu, Gözü doymadıda Göz: Bəli bəli, əl düz deyir, mən day utanıram bu adamın yerine, haram, naməhrəm hərləmir,Qulaq: Uydaa, o gün bir söyüşlər eşitdim, bir söyüşlər eşitdim ki, gəl eşidəsən, xəcalətimdən klapanlarım tutuldu:) Burun: Həə, o gün qan iyi gəlirdi məclisdən, bu gədə də hərşeyə burun soxmasa dinc durmazki.Beyin: Uşaqlar, əl-ələ verək, bunu adam edək, yoxsa pensiya üzü görmüyəcək bu bədbəxt:))Hami bir ağızdan: Neynəyək? Neynəyək? Bu anda uca səslə gülən bir səs eşidildi: Xa xa siz necədə acizsiniz, doğularkən bu adamla yarandınız, işiniz gücünüz bu adama xidmət etməkdi. Ama bu adam mənə xidmət edir, kül töküm təpənizə...Sən kimsən ey görünməz varlıq?
— Mən? Mən Nəfsəm, Nəfs. Sizi bilmirəm ama məni bura lənətlənmiş bir mələk (Şeytan) atdı və dediki:
— Qal burda, şellən. Narahat olma, nə istəsən bu adam sənə verecek, onu qulun et, ama nəbadə İmanın səndən xəbəri olsun haa, Sonra başın ağrıyar, elə etki ağlı çaşdır, ağıl elə bilsinki haqlı, əsaslı istək istəyirsən. Məsəlçün, gördünki lomkadadı ağlı çaşdır və deki gedim bir az içim, dərdim azalsın, narkotika zad istət. Gördün əsəbidi, narahat olma, Ürəyə de nifrət bəsləsin. Dilə de küfr, söyüş işlət, Əl ayağı hərəkətə gətirsən lap əla olar. Narahat olma, imandan xəlvətcə ağlı çaşdırsan, Hakimiyyət səndədi. Çıx bu bədbəxtin axırına...!!!!
Bu an hardansa iniltili zəif tonda ağlayan bir səs eşidildi.İMAN: Sənə o dünyanı qazandıracaqdım, məni boğaraq bu həyatınıda, o biri həyatını da məhv etdin.........


Tarix: 01.12.2014 / 17:18 Müəllif: Aziza Baxılıb: 134 Bölmə: Maraqli Hekayeler