beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yoldan ən gözəl keçən insan

Bir kral xalqı üçün çox geniş və rahat yol çəkdirdi. Yolu istifadəyə verməzdən öncə bir yarış təşkil etdi. Bu yarışda istəyən hər kəs iştirak edə bilərdi və yarışın məqsədi yoldan ən gözəl şəkildə keçən insanı müəyyən etmək idi.
Yarış günü xeyli insan toplaşmışdı. Bəzi insanlar ən gözəl atlarını gətirmiş, bəziləri ən gözəl paltarlarını geyinmiş, bəziləri saçlarını çox gözəl formaya salmış, bəziləri özləri ilə birlikdə ən dadlı yeməkləri gətirmişdi.
Nəhayət bütün yarışçılar yoldan keçdilər. Lakin hamı yolu keçib yenidən kralın yanına qayıdanda eyni şikayəti bildirirdi. Yolun bir hissəsi böyük daş və çınqılla dolu idi. Bu isə yolu keçməyi çətinləşdiridi.
Günün axırında təkcə bir yarışcı yolu keçməmişdi. Uzaqdan həmin şəxsin yorğun vəziyyətdə gəldiyini gördülər. Gəlib çatan kimi əlində olan qızıl kasanı krala tərəf uzadaraq dedi: “Yoldan keçən zaman orada olan daşları və çınqılları təmizləmək üçün dayanmışdım. Bu qızıl kasanı da onların altından tapdım. Yəqin ki, sizindi.”
Kral təbəssümlə cavab verdi:
“O qızıl kasa sənindir, cavan oğlan.”
“Xeyr, mənim deyil. Mənim heç vaxt belə gözəl əşyam olmayıb.”
“Bəli, bu qızıl kasa sənindir. Ona görə ki, bu yarışın qalibi sənsən. Yəni sən yoldan ən gözəl keçən insansan. Çünki, bir yoldan ən gözəl keçən insan, özündən sonra gələnlər üçün yoldakı maneələri aradan qaldıran insandır.”


Tarix: 01.12.2014 / 14:49 Müəllif: Aziza Baxılıb: 41 Bölmə: Maraqli Hekayeler