beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İsgəndərin son 3 arzusu

Ölüm ayağında böyük İsgəndər komandirlərini çağırıb, son 3 arzusunu çatdırmış:1.Tabutu dövrün ən yaxşı həkimləri tərəfindən daşınmalı;2.Əldə etdiyi bütün zənginliyin(qızıl, gümüş və digər qiymətli daşlar) yol boyunca, tabutu məzarlığa gələnə qədər səpələnməli;3.Əlləri hər kəsin görə biləcəyi şəkildə tabutun xaricinə sallanmalı. Komandirlərdən biri çaşmış, səbəbini soruşmuş.Böyük İsgəndər belə açıqlamış:-Tabutumu ən məşhur həkimərin daşımasını bu səbəblə istəyirəm ki, hər kəs bilsin həkimlər nə qədər yaxşı olursa olsun, onlar belə ölümün qarşısında çarəsizdir.Yerlərə səpəcəyiniz qiymətli daşlar da göstərəcək ki, bu dünyada əldə etdiyimiz zənginlik bu dünyada qalır.Əllərim tabutun xaricində qalsın ki, hər kəs bilsin: Bizim üçün qiymətli olan zamanımız tükənincə, boş əllərlə doğulduğumuz kimi, boş əllərlə də gedəcəyik.


Tarix: 01.12.2014 / 17:16 Müəllif: Aziza Baxılıb: 45 Bölmə: Maraqli Hekayeler