beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnsanların şəxsi məktublarını (yazıları, mesaj, qeyd və s.) və söhbətlərini yaymaq

Sual: İnsanların şəxsi işlərini, istər qeydlər, məktub olsun istər onlar arasında olan söhbətlər olsun, yaymağın və s. və həmin insanın icazəsi olmadan onu insanlar arasında və yaxud müəyyən bir zümrənin içində ifşa etməyin hökmü nədir?

Cavab: Həmd Allaha məxsusdur.

Əgər sözügedən insan həmin insana gizli saxlaması şərti ilə ona sözü əmanət etmişdirsə, o zaman onun bunu ifşa etməsi caiz deyil. Çünki peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Məclislər əmanətdir”. Eynilə, əgər onu yaymaq müsəlman qardaşa zərər ilə nəticələnəcəksə, bunu yaymaq caiz deyil. Çünki peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Nə zərər vermək var, nə də zərərə zərərlə qarşılıq vermək”. Həmçinin, əgər bunun yayılması Allah tərəfindən günahı gizlədilən günah edən bir müsəlman qardaş üçün rüsvayçılıq ilə nəticələnəcəksə onu yaymaq olmaz. Lakin onun yayılmasında həmin sözügedən şəxs və yaxud camaat üçün şəri bir məsləhət və mənfəət varsa, həmin şəxs o xəbərin gizli saxlanmasını şərt qoymamışdırsa, o halda bu xəbəri yaymaqda heç bir şey olmaz. Əksinə insan buna görə əcr qazana bilər.


Tarix: 06.04.2013 / 14:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 65 Bölmə: Maraqlı melumatlar