Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir kəs hava limanında olarkən azan oxunur və o orucunu açır, sonra təyyarə havaya qalxandan sonra g

Sual: Bir kəs hava limanında olarkən azan oxunur və o orucunu açır, sonra təyyarə havaya qalxandan sonra günəşi görür. Belə olan halda yemək-içməyi dayandırmalıdırmı?

Cavab: Belə olan halda yemək-içməyi dayandırmaq lazım deyil. Çünki iftar vaxtı onlar yerdə idilər. Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurub: 'Gecə bu tərəfdən gəldikdə, gündüz isə bu tərəfdən getdikdə və günəş batdıqda oruclu orucunu açır'. Hava limanında iftar edən adamın günü bitmişdir. Günü bitmişdirsə deməli yemək-içməkdən imtina sabahkı gün olacaqdır. Həmçinin o, iftarını şəriətə uyğun olan dəlillə açmışdırsa, yenidən belə halda oruca davam etmək üçün də şəriətə uyğun dəlil olmalıdır.


Tarix: 03.04.2013 / 23:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 86 Bölmə: Maraqlı melumatlar
loading...