beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əxlaqsız (pornoqrafik) jurnallar haqqında danışmaq

Sual: Mənim kolleqlərim, iş yoldaşlarım işdə həmişə seks və pornoqrafik jurnallar haqqında söhbət edirlər və mən onlara bundan çəkinməyi tövsiyə edirəm, lakin heç bir təsiri yoxdur. Nə edim?

Cavab: Haram söz danışan bu insanlarda sizin məsləhətiniz dəyişiklik yaratmırsa, o zaman sizin üzərinizə düşən vəzifə bu işi tərk etmək və başqa bir iş tapmaqdır. Çünki tərk etməyə imkanınız olduğu halda günahkarlar ilə oturmaq günahda iştirak etmək hesab olunur.

Allah təala buyurur: “Allah Kitabda (Quranda) sizə nazil etmişdir (bildirmişdir) ki, Allahın ayələrini inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman müşriklər başqa bir söhbətə girişməyənə qədər onlarla bir yerdə əyləşməyin! Çünki o vaxt siz də onların tayı olarsınız. Həqiqətən, Allah münafiqlərin və kafirlərin hamısını Cəhənnəmdə bir yerdə toplayacaqdır!”. (Ən-Nisə 4:140)

Ona görə də sizə vacib olan-onları bu yoldan döndərməkdə gücünüz çatmadığı üçün-başqa bir iş tapmaqdır ki, siz onların günahında iştirak edənlərdən sayılmayasınız. Allah sizin niyyətinizi bilir ki, siz bu haram əməldən qaçmağa cəhd edirsniz. Allah sizin işlərinizi asanlaşdıracaqdır.

Allah təala buyurur: “Kim Allahdan qorxsa, Allah onun işini (dünya və axirətdə) asan edər”. (Ət-Talaq 65: 4)

Həmçinin Allah təala buyurur: “Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər”. (Ət-Talaq 65:2)


Tarix: 06.04.2013 / 13:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 96 Bölmə: Maraqlı melumatlar