beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Namazın nəhy olunduğu vaxtlarda “istixarə namazı” qılmaq olar?

Sual: Namazın nəhy olduğu vaxtlarda “istixarə namazı” qılmaq olar?

Cavab: Həmd Allaha məxsusdur.

Burada namazın qadağan, nəhy olduğu vaxtlardan nəzərdə tutulan heç bir səbəb olmadan qılınan nafilə namazlardır. Lakin məscidə daxil olmaq kimi “səbəb” olan namazın qılınmasına gəldikdə nəhy olunmuş vaxtda həmin namazı qılmaq olar.

Alimlər istixarə namazı barəsində ixtilaf etmişdirlər. Bu namaz “səbəbli” namazdır yoxsa deyil?

Bu barədə doğru rəy budur ki, istixarə təcili bir şey üçün əda edilirsə və təxirə salınması mümkün deyilsə, o zaman qadağan olunan vaxtlarda istixarə namazı qılına bilər. Misal üçün, bir nəfər əsr namazından sonra səfərə çıxırsa. Lakin məsələ təcili deyilsə və “istixarə” namazını qadağan olunmuş vaxt başa çatdıqdan sonra qılmaq mümkündürsə, o zaman qadağan vaxtında namaz qılınmalı deyil.

Şeyxul İslam ibn Teymiyyə “əl-Fətəvə əl-Kubra” (5/345) əsərində demişdir:

Ratibə (davamlı qılınan) namazlar qəza edilə bilər və səbəbli namazlar nəhy olunmuş vaxtda əda edilə bilər. Bu İmam Əhməddən rəvayət olunan iki rəydən biridir və bizim bir çox həmdaşlarımız və digərləri tərəfindən üstün tutulan rəy budur. Təcili olan bir şey üçün istixarə namazını nəhy olunmuş vaxtda qılmaq olar və namazın icazə verilidyi vaxt gələnə qədər gecikdirmək olmaz.

Dəstəmaz aldıqdan dərhal sonra iki rəkət namaz qılmaq müstəhəbdir, hətta bu namazın qadağan olunduğu vaxtda olsa belə. Bu Şafinin rəyidir. Sitatın sonu.

Şeyx ibn Üseymindən (Allah ona rəhmət etsin) soruşmuşdurlar: Namazın icazə verilmədiyi vaxtda istixarə qılmaq olar?

O cavab vermişdir: Əgər istixarə namazı təxirə salınması, ertələnməsi mümkün olmayan təcili bir iş üçün edilirsə o zaman əda etmək olar. Əgər ertələnməsi mümkün olan bir iş üçün edilirsə o zaman ertələnməlidir. Sitatın sonu.

Məcmu Fətəvə ibn Üseymin 14/275


Tarix: 05.04.2013 / 19:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 111 Bölmə: Maraqlı melumatlar