beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yolda kafirə rastlaşsam onu (maşınımla) götürə bilərəm?

Sual: Bir kəs yolda qeyri-müsəlmanı görsə və ondan onu da götürməsini xahiş etsə bunun hökmü nədir? Kafirin əli toxunduğu yeməkləri yemək olar?

Cavab: Həmd Allaha məxsusdur.
Şeyx Muhəmməd ibn Üseymin (Allah ona rəhmət etsin) demişdir:
Yol üstündə qeyri-müsəman birini görsəniz onu götürməkdə bir problem yoxdur. Çünki Allah təala buyurur: “Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!” (əl-Mumtəhinə 60:8)

Kafirin əllərinin toxunduğu yeməkləri yeməyə gəldikdə bu icazəlidir, olar. Kafirin nəcis olmağı maddi deyil, mənəvi mənadadır.

Məcmu Fətəvə ibn Üseymin (Allah ona rəhmət etsin) 3/44


Tarix: 05.04.2013 / 19:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 91 Bölmə: Maraqlı melumatlar